az  ru  en
NikoilBank

Ümumi məlumat

NIKOIL | Bank - Biz seçdiyimiz bankdır

 

NIKOIL | Bank 1994-cü ildən etibarən Azərbaycanda  fəaliyyət göstərir. Bank fəaliyyəti dövründə adını bir neçə dəfə dəyişdirsə də, 2002-ci il tarixində NIKOIL | Bank (11 aprel 2002-ci il tarixli, 203 saylı lisenziya AR MB) adı altında fəaliyyətini davam etdirmişdir.

  “Topaz İnvestments” 2008-ci ildən etibarən bankın əsas səhmdarıdır. Bankın nizamnamə kapitalı  184 mln. 500 min. AZN təşkil edir. NIKOIL | Bank-ın səhmləri səhmdarlar arasında aşağıdakı şəkildə bölüşdürülüb:

 "TOPAZ İNVESTMENTS" QSC - 91,84%

 "NİKOYL" QSC - 7,97%

 "ISR HOLDING" MMC - 0,19%

22 illik fəaliyyəti ərzində NIKOIL | Bank məqsədyönlü şəkildə Azərbaycan əhalisi və iş adamları üçün öz bank xidmətlərini təkmilləşdirir.  Bankın fəaliyyətinin əsas istiqaməti ölkə əhalisi və bir sıra iri şirkət olmaqla yanaşı, kiçik və orta biznesə universal bank xidmətləri göstərməkdən ibarətdir.  Bankın filial şəbəkəsi 17 satış nöqtəsindən ibarətdir.

Bank biznes sahəsində qazandığı uğurlarından başqa, özünün aktiv xeyriyyəçilik fəaliyyəti ilə də seçilir.