az  ru  en
NikoilBank

İdarə heyəti

 


Nikoloz Şurqaia 
İdarə Heyətinin Sədri
e-mail: n_shurgaia@nikoil.az 

Nikoloz Şurqaia Bank sahəsində 20 illik təcrübəsi olan  peşəkar bankirdir. Tiflis Dövlət Universiteti və London Biznes Məktəbinin MBA məzunu olan Nikoloz Şurqaia  öz karyerasına 1994-cü ildə “Eksimbank Gürcüstan” və “Birləşmiş Gürcüstan Bankı” ilə başlamışdır.

2004-2005-ci illərdə o, karyerasını ABN AMRO bankının departamentində Moskvada davam etmişdir. Ardı ilə Nikoloz Şurqaia Londona köçərək, AYİB-in ofisində aparıcı bankir vəzifəsinə yiyələnir. 2008-ci ilin payız ayında Nikoloz Şurqaia VTB Bankın (Gürcüstan) Baş direktoru təyin edilir, 2009-cu ildən 2011-ci ilədək isə Belarus Xalq Bankının Direktorlar Şurasının sədri kimi çalışır. 2012-ci ildə Nikoloz Şurqaia Azərbaycana gəlir və Rabitəbankda Direktorlar Şurasının sədri vəzifəsinə təyin edilir. 2016-cı il 22 iyul tarixindən etibarən İnvestisiya və Kommersiya bankı olan NIKOIL I BANK-da İdarə Heyətinin sədri vəzifəsini tutur. Bundan əlavə, Nikoloz Şurqaia Belarusiya və Gürcüstan banklarının və Gürcüstan Fond Birjasının  Müşahidə Şuralarının üzvüdür. Qeyd etmək lazımdır ki, artıq neçə illərdi Cənab Şurqaia Azərbaycanda, habelə Gürcüstan, Belarusiya, Qazaxıstan və Ukraynada  bir sıra məşvərət xarakterli layihələrlə məşğuldur.

Nikoloz Şurqaia yoqa, fitnes, üzgüçülük və dağ xizəyi ilə məşğul olur. O, müasir incəsənətlə maraqlanır, fürsət olunca  muzey və sərgiləri ziyarət edir. 

 

 

Hacınski Fərhad İsmayılbəy oğlu

İdarə Heyəti Sədrinin Birinci Müavini
e-mail: f_hajinski@nikoil.az

Fərhad Hacınski, 1976-cı ildə Bakı şəhərində anadan olub. 1993-ci ildə orta məktəbi bitirdikdən sonra Azərbaycan Tibb Universitetinin Müalicə İşi fakültəsinə daxil olub. Universitetdə təhsil almaqla yanaşı, maliyyə menecmenti ilə maraqlanırdı və Azərbaycan Auditorlar palatasının potensialının artırılması proqramı çərçivəsində beynəlxalq illik layihədə iştirak etmişdir. Bu layihəni, Almaniyada, Avropa Akademiyasında  uğurla başa çatdıraraq 500 peşəkar mühasib və maliyyəçi, layihə iştirakçıları, arasında 2-ci yeri tutmuşdur.

O, 1999-cu ildə öz peşəkar fəaliyyətinə bank olmayan kredit təşkilatı “FINCA AZERBAIJAN”-da kredit mütəxəssisi vəzifəsi ilə başlayır. Daha sonra karyera həyatını sürətlə inkişaf etdirərək Promtexbank SKB ASC-də kredit şöbəsinin rəhbəri və Unibankda korporativ müştərilərlə iş şöbəsinin rəhbəri vəzifəsində çalışır. Fərhad Hacınski 2002-ci ildə Almaniyanın Əmanət Kassaları Fondunun (SBFIC) təklifini qəbul edir və Fondun Azərbaycandakı müxtəlif layihələrində bank məsləhətçisi vəzifəsində fəaliyyət göstərir. Onun ən uğurlu layihələrindən biri Alman-Azərbaycan Fondunun layihəsi olur.

Qeyd etmək lazımdır ki, Fərhad Hacınski müxtəlif illərdə Bank Respublikada Kredit Departamentinin rəhbəri, KredAqro bank olmayan kredit təşkilatında Müşahidə Şurasının üzvü, Xəzər Beynəlxalq İnvestisiya Şirkətində (CIIC) investisiyalar üzrə direktor, Rabitəbank QSC-də İdarə Heyəti sədrinin müavini kimi rəhbər vəzifələrdə çalışmışdır. O, eyni zamanda “Professional Solutions” və “H&N Partners” kimi konsaltinq şirkətlərinin həmtəsisçilərindəndir.

O, 2016-cı ilin 22 iyul tarixində NIKOIL Bankın İdarə Heyəti sədrinin Birinci Müavini vəzifəsinə təyin edilib.

Mançester universitetinin MBA dərəcəli məzunudur və CIMA-nın iki mərhələsi üzrə sertifikatların sahibidir. 

Aktiv həyat tərzi aparır. Ailəlidir, iki övladı var.

 

Tağıyev Fuad Rauf oğlu
İdarə Heyəti Sədrinin müavini
e-mail: tag_fr@nikoil.az


Fuad Tağıyev, 1982-cı ildə Bakı şəhərində anadan olub. 1999-ci ildə orta məktəbi bitirdikdən sonra Xəzər Universitetinin “Maliyyə və Kredit” fakültəsinə daxil olub və 2003-ci ildə fərglənmə diplomu ilə bitirib. Universitetdə təhsil almaqla O, 2004-cu ildə öz peşəkar fəaliyyətinə Nikoil bankda maliyyə sahəsində mütəxəssis vəzifəsi ilə başlayır. Daha sonra karyera həyatını sürətlə inkişaf etdirərək 2006-cı ildə Risk-menecment şöbəsinin rəhbəri vəzifəsində çalışıb. Fuad Tağıyev 2009-cu ildə Nikoil bankın təklifini qəbul edirək Maliyyə Direktoru və İdarə Heyyatinin üzvü kimi fəaliyyət göstərir.

O, 2011-cı ilin 29 aprel tarixindən bu günə gədər  NIKOIL Bankın İdarə Heyəti sədrinin Müavini vəzifəsində işləyir.