az  ru  en
NikoilBank

Rəy və təkliflər

Hörmətli müştərilər!

 

Müştərilərə göstərilən xidmət keyfiyyəti və müştəri məmnuniyyəti Bankımız üçün önəmlidir. Bununla əlaqədar, artıq bütün şikayət və təklifləriniz ilə bağlı xüsusi struktur bölmə olan “Keyfiyyətin təşkili  və nəzarəti” şöbəsinə müraciət edə bilərsiniz.

Məhsul və xidmətlərimizlə bağlı irad və təkliflərinizi şifahi və yazılı formada aşağıdakı vasitələr ilə bildirə bilərsiniz:

1. Şəhər və mobil nömrələrindən (012) 981 Çağrı Mərkəzinə zəng edərək;

2. Elektron poçt vasitəsi ilə bank@nikoil.azmuraciet@nikoil.az ünvanına məktub ünvanlayaraq;

3. Baş ofis və ya filiallarımızın hər hansı birinə yaxınlaşıb ərizə ilə müraciət edərək (bazar ertəsi-cümə günləri saat 9:00-dan 18:00 qədər);

4. Bakı şəhəri, AZ 1010, Puşkin küçəsi 30 poçt ünvanına məktub ünvanlayaraq;

5. (012) 981 Çağrı Mərkəzindən avtomatik 8000 nömrəsinə qoşularaq.

Müraciətdə İstehlakçı tərəfindən əlaqə məlumatları (ad,soyad, atasının adı, əlaqə nömrələri) və şikayətin ətraflı izahı əks etdirilməlidir.

İstehlakçıların müraciətləri ən geci 10 iş günü ərzində cavablandırılır. Əgər müraciət əlavə araşdırma tələb edirsə, onun cavablandırılması 20 iş gününədək uzadıla bilər. Bu halda müştəri ilə əlaqə saxlanılaraq ona bu barədə məlumat verilir.

Müştərilər Bankımızın cavabı ilə razılaşmadıqda, təkrar olaraq Banka və ya Azərbaycan Respublikası Mərkəzi Bankına

(Tel: 994124931122, faks: 994124935541, e-mail: mail@cbar.az) müraciət edə bilərlər.

Müraciətlərin şəffaf baxılması üçün xüsusi struktur bölmənin əməkdaşları tərəfindən istehlakçılarla şifahi danışıqlar aparılır, görüşlər təşkil edilir, məsləhət və izahatlar verilir.

Metodoloji rəhbərlik