az  ru  en
NikoilBank

Dayanıqlı inkişaf

Güvənə əsaslanan əlaqələr qurmaq, hər zaman dəyər yaratmaq, dayanıqlı istiqamətdə inkişaf etmək, bizim müştərilərimizin ehtiyaclarını qarşılamaq, onlarda bizim biznesə qarşı inam yaratmaq.
Dayanıqlı inkişaf bizim biznesimizin bir hissəsidir. Bu bizim etibarımızdır. Şirkətimiz qərarların qəbulu və uzunmüddətli nailiyyətlərimizi dayanıqlı bank işinin inkişafının ekonomik, ətraf mühit və sosial istiqamətdə məsuliyyətli olmaqdan əldə edir.

Dayanıqlı inkişaf edən Bank olaraq yanaşma metodumuz

Hər bir individual şirkətimizin dayanıqlı inkişafı üçün müəyyən üsullardan istifadə edir: bizim müştərilərimizlə etdiyimiz biznesdən tutmuş, insanları cəmiyyətin inkişafına yönəldən dəstəyə kimi.  

Kommersiya bankçılıq fəaliyyəti, biznes fəaliyyətinin modelini və bankçılıq bacarıqlarına investisiya qoymaqla, müştərilərimizlə daha yaxından maraqlanır, onların maraqları əsasında məhsul inkişaf etdirir və bununla da xidmətimizdə fərq yaradırıq.

Korporativ vətəndaşlıq, maliyyə dəstəyini əlavə etməklə, müştərilərimizi bank sistemi haqqında daha məlumatlı olmaq və onları ekonomik sistemin inkişafında daha çox iştirak etməyə yönəldən təlimlərimiz, eyni zamanda ətraf mühiti qorumaq üçün daha həssas yanaşma tərzimiz dayanıqlı inkişafımızın bariz nümunəsidir. 

Davamlı İdarəetmə. Biz Nikoil Bank olaraq, idarəetmə mexanizmi və hesablaşma fəaliyyətlərinin inkişafını əsas tutmuşuq. Bizim əsas hədəfimiz dayanıqlılığı gündəlik fəaliyyətimizə tamamilə inteqrasiya etməkdir.

Dayanıqlı mədəniyyət
Bizim komanda dayanıqlılıq məsələlərini, səhmdarların istəklərini və eyni zamanda əməkdaşlarımızın yeni fikirlərini nəzərə alaraq, korporativ mədəniyyət üzərində çalışır və müştəri məmnuniyyətinin əsaslı qurulması üzərində çalışırıq. Dayanıqlı təcrübə müəssisəmizin investisiyasıdır, bu müəssisədə ən vacib faktor insan faktorudur, yəni bizim əməkdaşlarımızdır. Bizim yanaşmamız bütövlüyümüz və iş prosesi zamanı şəffaflığımızı əsas tutaraq, komandamızı ruhlandırmaq, onların daimi motivasiyası ilə yaxından maraqlanmaq və digər kommersiya partnyorlarımızı dəstəkləməkdən ibarətdir. 

Risklərin idarə edilməsi üsulu

Risklərin müəyyən olunması bank biznesinin ən mühüm elementidir və bütün bank əməliyyatlarında öz əksini tapır. Şirkətin bütün hissələrində risklərin effektiv idarə olunması texniki cəhətdən yüksək inkişaf etmiş, makro mühitdə dəyişiklikləri rahat və cəld şəkildə qəbul edən bilik tələb edir. Doğrudan da, risklərin idarə edilməsinə xüsusi yanaşma effektiv anlayış və risklərin daimi nüfuzunu təşkil edir. Əməliyyatlar və reputasiyalar arasında edilən birbaşa əlaqələr bizə imkan verir ki, risklərin operativ idarə olunmasını dərhal həyata keçirək. Məhz bu kimi məsələlər və risklərin idarə olunması ilə bağlı digər faktorlar Nikoil Bankın Risklərin İdarə Olunması departamentinin üzərinə düşür. 

Bizim əməkdaşlarımız
Hazırki inkişaf edən biznes mühiti tələb edir ki, dinamik və aktiv yanaşmalarla hərəkət edən insan əsaslı bir müəssisə təşkil edəsən. Beləliklə, bunları əsas tutaraq biz insan resurslarımızı inkişaf etdirir və dayanıqlı fəaliyyəti təmin edirik. Beləliklə, əməkdaşlarımızı sabit standartlar əsasında fəaliyyətlərini asanlaşdırır və uğurlu inkişaf etdirilməsinə dəstək oluruq. Eyni zamanda biz təlim və inkişaf proqramları da həyata keçirir, əməkdaşlarımızın həm dünya görüşü, həm də iş qabiliyyətini artırmaq üçün müxtəlif korporativ təlimlər keçiririk. Biz inanırıq ki, müəssisəmizin bütün təbəqələrində müxtəliflik çox vacib məsələdir və bu müxtəliflik bizə imkan verir ki, əməkdaşlarımızı, müştərilərimizi, xalqımızı və səhmdarlarımızı hər tərəfli məmnun edək. Bizim fərqli iş mühitimiz bizə imkan verir ki, müxtəlif insanları daha yaxşı anlayaq, müştərilərin tələblərinə vaxtında və düzgün cavab verək və eyni zamanda, biznes imkanlarımızı inkişaf etdirək. Məhz buna görə biz daim yenilik və dəyişikliklərə açığıq. Buna uyğun olaraq, biz hər zaman gender bərabərliyinə, əməkdaşlarımızın yaş keyfiyyətini üstün tutur, gənc və yeni kadrları inkişaf etdirməyə çalışırıq.   

Əməkdaşların qiymətləndirilməsi və liderlik qabiliyyətinin inkişaf etdirilməsi
Biz əməkdaşlarımızın əsas qabiliyyətini üstün tutaraq və onların professional inkişafını nəzərə alaraq daima əməkdaşlarımızda liderlik qabiliyyətlərini inkişaf etdirir və xüsusilə seçilən əməkdaşlarımızı qiymətləndiririk.

Professional təlimlərin maliyyələşdirilməsi
Professional təlimləri biznes seqmentlərinə əsasən qruplaşdırır və əməkdaşlarımızı müxtəlif professional yerli və beynəlxalq təlimlərə göndəririk. Bunu etməklə, biz əməkdaşlarımızın iş qabiliyyətini artırmağa çalışır, onların müştərilərlə daim böyük motivasiya və gülərüzlülük əsasında çalışmalarına nail oluruq. Bu da öz növbəsində müştərilərimiz tərəfindən müsbət təcrübə kimi bizə geri qayıdır.

Bizim Müştərilərimiz
Biz müştərilərimizlə davamlı ardıcıllıqla maraqlanır, onların çətinlikləri, problemləri və maddi ehtiyacları ilə yaxından tanış olur və onlara bu yönümdə bacardığımız köməkliyi göstərməyə çalışırıq. Bu da öz növbəsində məhsul çeşidinin artmasına, inkişaf olub və yayılmasına imkan verir. Beləliklə də, biz nəinki məhsul çeşidimizi artırır və onları lazımi insanlara çatdırırıq, eyni zamanda hazırki dövrdə insanların maraqları ilə bank məhsullarının üzləşməsinə xüsusi diqqət yetiririk. Bununla da, biz rahatlıqla deyə bilərik ki, biz müştərilərimizlə sadəlik, tezlik, şəffaflıq və xidmətin yüksək keyfiyyətini nəzərə alaraq çalışırıq.