NIKOIL | Bank Təmir Krediti üçün sərfəli şərtlər təklif edir

21.01.2019

NIKOIL|BANK Təmir Krediti üçün bugünkü gündə ən sərfəli şərtləri təklif edir. Vətəndaşların gözləntilərini və tələbatlarını nəzərə alaraq NIKOIL|BANK 15%-dən başlayan illik faiz dərəcəsi ilə bank komissiyaları tutulmadan Təmir üçün Kredit almağa imkan yaradır.

Fəaliyyət növündən və gəlir mənbəyindən asılı olmayaraq Təmir üçün Krediti həm Azərbaycan Respublikasının vətəndaşları, həm də sabit gəliri olan qeyri-rezidentlər də əldə edə bilər. Kreditin məbləği 5000 AZN-dən 50000 AZN-ə qədər dəyişir və 7 il müddətinə qədər verilir. Qeyd olunan şərtlərə əsasən 5000 AZN həcmində kredit alınarkən kreditin aylıq ödəniş məbləği cəmi 96 AZN təşkil edir. Kredit almaq üçün maraqlanan şəxslər onlayn müraciət formunu dolduraraq, bankın filiallarından birinə yaxınlaşa bilər.

Kredit borclarını vaxt itirmədən MilliÖn və eManat ödəniş terminalları, hesab.az, epay.az və ya NIKOIL|Bank-ın rəsmi saytı vasitəsilə ödəmək mümkündür.  

Qeyd edək ki, Təmir üçün Kredit rəsmiləşdirilən zaman əmlakın sığortalanması tələb olunmur. Kredit almaq üçün tələb olunan sənədlər haqqında ətraflı məlumat əldə etmək və onlayn ərizəni doldurmaq üçün linkə daxil olun.

Valyuta
19.02.2019
19.02.2019
Alış
Satış
  • USD
    1.6970
    1.7020
  • EUR
    1.8950
    1.9400
  • RUB
    0.0250
    0.0259
  • GBP
    2.1100
    2.2200
19.02.2019 Alış Satış
USD 1.6970 1.7020
EUR 1.8950 1.9400
RUB 0.0250 0.0259
GBP 2.1100 2.2200

Valyuta konvertoru