"Visa Int" beynəlxalq ödəniş sistemi Azərbaycan Respublikasının ərazisində 1 Noyabr 2012 - 30 İyun 2013 (8 ay) tarixlərində kampaniya keçirir.

16.11.2012

"Visa Int" beynəlxalq ödəniş sistemi VISA kartları ilə ödəmələri stimullaşdırmaq məqsədilə Azərbaycan Respublikasının ərazisində 1 Noyabr 2012 - 30 İyun 2013 (8 ay) tarixlərində kampaniya keçirir.

Kompaniyanın məqsədi:

- Supermarketlərdə VISA kartları ilə ödəmələri artırmaq;- Kart sahiblərinin kartla ödəmə həyata keçirərkən öz vəsaitləri haqda narahatçılığını azaltmaq; - Kart sahiblərinin davranışını dəyişdirmək: bankomatdan pul çıxarmaq əvəzinə ticarət obyektlərində kartla ödəmə həyata keçirmək;

İlk olaraq kompaniya "RAHAT" supetmarketlərində başlayır və 01.10.2012 - 31.01.2013 tarixləri ərzində davam edəcəkdir.

Beləki RAHAT supermarketlər şəbəkəsindən kampaniya müddətində pos-terminal vəsitəsi ilə alış-veriş edən hər bir şəxs alış-veriş məbləğindən asılı olaraq brend hədiyyə qazanacaqdır.

Alış-verişi təsdiqləyən pos-terminal çekini VISA stendindəki promoterə təqdim etdikdə, kart sahibləri yerindəcə hədiyyə əldə edəcək.

Hədiyyələr aşağıda qeyd edilmiş qaydada təqdim ediləcəkdir:

1. VISA kartla 01-20 AZN ödəndikdə, kart sahibləri promoterdən soyuducu üçün maqnit əldə edəcək. 2. VISA kartla 21- 50 AZN ödəndikdə, kart sahibləri promoterdən ekoloji çantalar əldə edəcək.3. VISA kartla 51- 100 AZN ödəndikdə, kart sahibləri promoterdən brend çətir və ya termo-fincan əldə edəcək.4. VISA kartla 101AZN və daha artıq dəyərində alış-veriş ödəndikdə, kart sahibləri promoterdən üzərində Visa logosu olan cüzdan və ya USB əldə edəcək.

Ödəmələrinizi Visa kartlarıyla həyata keçirin və hədiyyələri ƏLDƏ EDİN!

Valyuta
19.02.2019
19.02.2019
Alış
Satış
  • USD
    1.6970
    1.7020
  • EUR
    1.8950
    1.9400
  • RUB
    0.0250
    0.0259
  • GBP
    2.1100
    2.2200
19.02.2019 Alış Satış
USD 1.6970 1.7020
EUR 1.8950 1.9400
RUB 0.0250 0.0259
GBP 2.1100 2.2200

Valyuta konvertoru