NIKOIL | Bankın Qəbələ filialının müştərilərinin diqqətinə!

24.01.2018

Bankın maliyyə effektivliyinin artırılması və xərclərin optimallaşdırılmasının strateji prinsiplərinə uyğun olaraq NIKOIL | Bankın rəhbərliyi 31.01.2018-ci il tarixindən etibarən Qəbələ filialının bağlanmasına dair qərar qəbul edib. 01.02.2018-ci il tarixindən etibarən Qəbələ filialının müştəriləri Bərdə şəhəri, Ü.Hacıbəyov küç. 7 ünvanında yerləşən “Bərdə” filialında xidmət olunacaqlar. Bundan əlavə müştərilər kredit ödənişlərini NIKOIL | Bankın bütün filiallarında, və yaxud Azərbaycan Respublikası ərazisində bütün ödəniş terminalları vasitəsilə həyata keçirə bilərlər.  Əlavə məlumat əldə etmək üçün xahiş edirik Bankın Məlumat Mərkəzinə (012) 981 (daxili: 5400) müraciət edin.

NIKOIL | Bank Bakı və Azərbaycanın regional mərkəzlərində yerləşən və  qabaqcıl satış şəbəkəsi olan  universal maliyyə-kredit təşkilatıdır. Bank hesablaşma, depozit, kart, kredit və zəmanət kimi müasir və etibarlı bank xidmətləri əməliyyatlarının tam paketini təklif edir. Bankın bütün məhsulları, aksiyaları və xüsusi təklifləri barədə məlumatı korporativ www.nikoil.az səhifəsinə daxil olaraq və ya (012) 981 qısa nömrəsi ilə əlaqə saxlayaraq əldə edə bilərsiniz. Bankın sosial şəbəkədə rəsmi səhifəsinin ünvanı: https://www.facebook.com/bank.nikoil

26.01.2018

NIKOIL | Bank ABS-ni yeniləyir (avtomatlaşdırılmış bank...

Avtomatlaşdırılmış Bank Sisteminin (ABS) yenilənməsi və yeni versiyasına...

24.01.2018

NIKOIL | Bankın Qəbələ filialının müştərilərinin diqqətinə!...

Bankın maliyyə effektivliyinin artırılması və xərclərin optimallaşdırılmasının strateji...

Valyuta
19.02.2018
19.02.2018
Alış
Satış
  • EUR
    2.0900
    2.1400
  • RUB
    0.0293
    0.0303
  • GBP
    2.3500
    2.4400
19.02.2018 Alış Satış
EUR 2.0900 2.1400
RUB 0.0293 0.0303
GBP 2.3500 2.4400