Nikoil | Bank Visa kartları ilə Dubay Şopinq Festivalından zövq alın

05.12.2018

Dubay Şopinq Festivalı hər il Dubayda keçirilən dünyanın ən böyük alış-veriş və əyləncə tədbirlərindən biridir. 26 dekabr 2018-ci il tarixindən 2 fevral 2019-cu il tarixinədək moda, zərgərlik, elektronika sahələrində inanılmaz endirimlər, həyatınıza əyləncə qatacaq moda nümayişləri və çox saylı mükafatlar qazanmaq şansını əldə edəcəksiniz. 

Flydubai  

Visa ilə ödəniş edərkən Ekonom və Biznes uçuşlarına 10% endirim qazanın. Biletləri Visa kartı ilə 15 noyabrdan 15 dekabradək FZVISADSF promo kodunu daxil etməklə bron edin. Aksiya 3 yanvardan 31 mart 2019-cu il müddətinə qədər olan səyahətlər üçün şamil olunur.

Jumeirah Hotels &  Resorts

Dubay Şopinq Festivalı zamanı Visa ilə ödəmə edin və Jumeirah otellərində qonaqlamaya 20%, restoranlarında isə 25% -ə qədər endirimlə dünya mətbəxinin ləziz təamlarını dadmaq imkanını qazanın.

Dubai Pass

Dubay şəhərini yenidən kəşf edin! "DSFVISA15" promo kodunu daxil edin və Dubai Pass ilə 30-dan çox turistik yerlərə 15% endirimlə giriş qazanın, əyləncənin dadını çıxarın.

Meraas

Visa ilə Meraas brendinin City Walk, The Beach, Boxpark, Last Exit və Outlet Village kimi seçilmiş restoranlar, əyləncə parkları və kinoteatrlarda 20% endirimlə istirahət edin.

Majid Al Futtaim

Bankımızın Visa plastik kartlarından istifadə edin və ailənizlə birlikdə Macid Al Futtaim brendinin BƏƏ ərazisində yerləşən Ski Dubai, Magic Planet, iFly əyləncə mərkəzlərində 25% endirimlə nəfəs kəsən macəralar yaşayın.

Valyuta
22.01.2019
22.01.2019
Alış
Satış
  • USD
    1.6980
    1.7030
  • EUR
    1.8900
    1.9500
  • RUB
    0.0250
    0.0258
  • GBP
    2.0800
    2.2100
22.01.2019 Alış Satış
USD 1.6980 1.7030
EUR 1.8900 1.9500
RUB 0.0250 0.0258
GBP 2.0800 2.2100

Valyuta konvertoru