“Nikoyl” İKB ASC bildirir ki, Bankın Səhmdarlarının növbədənkənar Ümumi Yığıncağı 16 yanvar 2017-cı il tarixində Rusiya Federasiyası, Moskva şəhəri, Yefremov küçəsi, 8 ünvanında keçiriləcəkdir.
Yığıncaqda aşağıdakı məsələlərin müzakirəsi nəzərdə tutulmuşdur:
1. Müşahidə Şurasının tərkibinin dəyişdirilməsi,
2. Audit Komitəsinin tərkibinin dəyişdirilməsi,
3. Audit Komitəsinin üzvlərinin mükafatlandırılmasının təsdiq edilməsi.
Yığıncağın gündəliyində nəzərdə tutulumuş məsələlər üzrə materiallar Səhmdarların elektron ünvanlarına göndəriləcəkdir.
“Nikoyl” İnvestisiya Kommersiya Bankı
Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyəti