"NİKOYL" İnvestisiya Kommersiya Bankının səhmdarlarının 2016-ci il 31 avqust tarixli növbədənkənar ümumi yığıncağında Müşahidə Şurasının üzvlərinin sayının 7 nəfərdən 5 nəfərədək dəyişilməsi və şuranın tərkibinin aşağıdakı qaydada formalaşdırılması qərarı qəbul edilmişdir:
Müşahidə Şurasının sədri - Xəlilov İsgəndər Ağasəlim oğlu
Müşahidə Şurasının üzvləri:
- Kulişova Marina Valeryevna
- Sazanov Aleksey Valeryeviç
- Suxoruçkin Pavel Aleksandroviç
- Novikov Roman Vitalyeviç
Xatırlatmaq istərdik ki, yığıncağın gedişində Bankın nizamnamə kapitalının 60 mln. manat məbləğində artırılması qərarı qəbul edilmişdir. "NİKOYL" Bank səhmdarlarının bu qərarından sonra bankın nizamnamə kapitalı 94 mln. 500 min manat təşkil edəcək.