NIKOIL | Bank ənənəvi qanvermə aksiyası keçirdi

02.12.2015

NIKOIL | Bank-ın kollektivi 1 dekabr, QİÇS-lə Ümumdünya mübarizə günündə növbəti ənənəvi qanvermə aksiyasını keçirdi. Bankın Puşkin küçəsi 30 ünvanında yerləşən Baş Ofisində bütün filiallar və eyni zamanda mərkəzi ofisin əməkdaşları qeyd olunan aksiyada iştirak etmişdirlər. Aksiyanın gedişi müddətində ümumi həcmdə 7 litr qan toplanıb.

QİÇS-ə qarşı ümumdünya mübarizə günü hər il dekabr ayının 1-də keçirilir. Bu hadisə 1988-ci ildən bəri müntəzəm olaraq, QİÇS haqqında qlobal maarifləndirmə və bu dəhşətli infeksiya qarşısında beynəlxalq mübarizəni göstərmək məqsədilə qeyd olunur.

10 ildən artıqdır ki, NIKOIL | Bank-ın əməkdaşları müntəzəm olaraq bu və ya digər qlobal hadisələrə həsr olunan qanvermə aksiyalarında iştirak etməklə özlərini fəxri donor adlandıra bilərlər. Ildə iki dəfə keçirilən bu ənənəvi aksiya bankın korporativ sosial məsuliyyəti çərçivəsində keçirilir. Qeyd etmək lazımdır ki, NIKOIL | Bank müntəzəm olaraq keçirilən qanvermə aksiyalarının könüllü iştirakçısıdır və Mərkəzi Qan Bankı və Talassemiya Mərkəzi ilə sıx əməkdaşlıq edir.

Valyuta
17.02.2019
17.02.2019
Alış
Satış
  • USD
    1.6970
    1.7020
  • EUR
    1.8800
    1.9300
  • RUB
    0.0247
    0.0257
  • GBP
    2.1100
    2.2100
17.02.2019 Alış Satış
USD 1.6970 1.7020
EUR 1.8800 1.9300
RUB 0.0247 0.0257
GBP 2.1100 2.2100

Valyuta konvertoru