az  ru  en
NikoilBank

Risklərin idarə edilməsi

Risklərin İdarəetmə Komitəsinin (irəlidə - RK) əsas funksiyası bank risklərinin idarə edilməsində İdarə Heyətinə köməklik göstərməkdir. RK-nin tərkibi İdarə Heyətinin üzvlərindən və Riskləri İdarəetmə Departamentinin rəhbərindən formalaşdırılır. Komitəyə İdarə Heyətinin sədri rəhbərlik edir. RK risklərin idarə edilməsi məqsədilə bankda mövcud daxili komitələrin fəaliyyətlərini əlaqələndirir. Komitənin iclasları rübdə bir dəfədən az olmayaraq keçirilir və Bankın Müşahidə Şurasına hesabat verilir.
RK əsas funksiyasından irəli gələn aşağıdakı vəzifə və səlahiyyətlərə malikdir:

  • risklərin idarə edilməsi qaydalarını hazırlamaq, İdarə Heyəti ilə razılaşdırdıqdan sonra təsdiq olunması üçün Müşahidə Şurasına təqdim etmək;
  • risklərin idarə edilməsi qaydalarını vaxtaşırı qiymətləndirmək və tələb olunduqda yeniləşdirmək;
  • rəhbərliyə risklərin idarə edilməsini gücləndirmək məqsədi ilə bankın təşkilatı strukturunda və ya xüsusi vəzifələrin məsuliyyətlərində dəyişikliklərin edilməsi barədə məsləhətlər vermək;
  • risklərin idarə edilməsini gücləndirmək məqsədi ilə İdarə Heyətinə tövsiyələr vermək və bu tövsiyələrin İdarə Heyəti tərəfindən yerinə yetirilməsi barədə Müşahidə Şurasına hesabat vermək.

RK-nə gündəlik əməliyyat dəstəyinin təmin edilməsi məqsədilə Risklərin İdarəetmə Departamenti yaradılmışdır. Risklərin İdarəetmə Departamentinə RİK tərəfindən verilən spesifik tapşırıqlar bankın fəaliyyət xüsusiyyətindən asılıdır. Risklərin İdarəetmə Departamenti Bankın müstəqil struktur bölməsidir. Həmin struktur bölmələrin vəzifə səlahiyyətləri müvafiq Əsasnamələr ilə təsdiqlənmişdir.

Bankda bununla yanaşı risklərin azadılması istiqamətində strateji məsələlər üzrə qərarlar. Aktiv və Passivləri İdarəetmə, Kredit, Audit və İT Komitələrində qəbul edilir. Aktiv və Passivləri İdarəetmə Komitəsi bankın maliyyə vəsaitlərinin bölüşdürülməsinin təsdiqlənməsi və idarə edilməsi üzrə qərarları müzakirə edir. Kredit Komitəsinin əsas funksiyası Bankın kredit portfelinin idarəedilməsində İdarə Heyətinə köməklik göstərməkdir. Audit Komitəsi Bankda risklərə nəzarət sisteminin mövcudluğunu və adekvatlığını təmin etməklə Müşahidə Şurasına və İdarə Heyətinə köməklik göstərir. İT Komitəsi Bankın informasiya texnologiyaları sistemlərin səmərəli və təhlükəsiz işinin təmini məsələlərinə dair qərarları müzakirə edir.