Risklərin idarə edilməsi siyasəti

Riskləri idarəetmənin strateji məqsədi Bankın maliyyə davamlılığının verilmiş səviyyəsinin Siyasət çərçivəsində təmin olunması kimi müəyyən edilir.

Siyasətdə Bankın maliyyə davamlılığının göstəriciləri qismində Bankın risk və/və ya ayrı-ayrı portfellərinin və ya biznesin istiqamətlərinin göstəricilərindən istifadə olunur.
Risklərin effektli şəkildə idarəetmə sisteminin formalaşdırılması vəzifələrinə vahid metodoloji mühitin yaradılması, bankın əhəmiyyətli risklərinin identifikasiya olunması, qiymətləndirilməsi, idarə edilməsi və monitorinqi cəhətdən funksiyaların yerinə yetirilməsi və əlaqələndirilməsi daxil olan mərkəzləşdirilmiş idarəetmə Xidmətinin mövcud olmasını   nəzərdə tutur.

Bankın risklərinin idarə edilməsi risklərin idarə edilmə prosesinin təşkilinə bütöv Bank çərçivəsində kompleks, vahid şəkildə yanaşmaya, hər şeydən öncə bütün əhəmiyyətli risklərin identifikasiya olunması, onların qiymətləndirilməsinin, azaldılmasının (qət edilməsinin) və monitorinqinin işlənib hazırlanma üsulları və prosedurları cəhətdən yanaşmaya əsaslanır.

Riskləri idarəetmə strategiyasını risklərin idarə edilməsi və riskləri idarəetmə Siyasətinin qəbul edilməsi və Bankın digər daxili normativ sənədlərinin qəbul edilməsi üzrə müəyyən prioritet vəzifələr vasitəsilə Nəzarət Şurası və Bankın İdarə Heyəti müəyyən edir.

Bank risklərinin idarə edilməsinin effektivliyinə nəzarət riskləri idarəetmənin keyfiyyəti üzərində müstəqil nəzarət, risklərin idarə edilməsini və nəzarətini, riskləri idarəetməni həyata keçirən texnologiyaların və onların Bankın siyasətinə uyğunluğunun səmərəliliyinin qiymətləndirilmə prosedurlarını müəyyən qaydaya salan bütün daxili sənədlərin razılaşdırılması, daxili audit Xidməti tərəfindən həyata keçirilir.

Riskləri idarəetmə sisteminin fəaliyyətinin əsas məqsədi – risklərin adekvat qiymətləndirilməsinin və onların fəaliyyətin bütün istiqamətləri üzrə optimallaşdırılması hesabına, Bankın maliyyə davamlığının lazımi səviyyəsinin təmin edilməsi yolu ilə bankın səhmdarlarının, kreditorlarının və əmanətçilərinin maraqlarının qorunmasıdır.

Valyuta
11.12.2017
Alış Satış
USD 1.6980 1.7030
EUR 1.9850 2.0150
RUB 0.0283 0.0289
GBP 2.2800 2.3700