Təklif və Şikayətlər

Hörmətli müştərilər!

Müştərilərə göstərilən xidmət keyfiyyəti və müştəri məmnuniyyəti Bankımız üçün önəmlidir. Bununla əlaqədar, artıq bütün şikayət və təklifləriniz ilə bağlı xüsusi struktur bölmə olan “Keyfiyyətin təşkili və nəzarəti” şöbəsinə müraciət edə bilərsiniz.

Məhsul və xidmətlərimizlə bağlı irad və təkliflərinizi şifahi və yazılı formada aşağıdakı vasitələr ilə bildirə bilərsiniz:

1. Şəhər və mobil nömrələrindən (012) 981 Çağrı Mərkəzinə zəng edərək;

2. Elektron poçt vasitəsi ilə bank@nikoil.az ünvanına məktub ünvanlayaraq;

3. Baş ofis və ya filiallarımızın hər hansı birinə yaxınlaşıb ərizə ilə müraciət edərək (bazar ertəsi-cümə günləri saat 9:00-dan 18:00 qədər);

4. Bakı şəhəri, AZ 1010, Puşkin küçəsi 30 poçt ünvanına məktub ünvanlayaraq;

5. (012) 981 Çağrı Mərkəzinə zəng etdikdə dil seçimindən sonra 4 (dörd) düyməsini seçərək şikayətinizi bildirə bilərsiniz;

Müraciətdə İstehlakçı tərəfindən əlaqə məlumatları (ad,soyad, atasının adı, əlaqə nömrələri) və şikayətin ətraflı izahı əks etdirilməlidir.

Hüquqi şəxslər - Şirkətin tam adı və qeydiyyat nömrəsi, ünvanı, vəzifəsi, nümayəndənin adı və soyadı, əlaqə nömrələri və müraciəti bildirməlidir. 

Azərbaycan Respublikasında “Vətəndaşların müraciətləri haqqında Azərbaycan Respublikasının Qanunu” –na əsasən müraciətlər aşağıdakı qanunvericilikdə qeyd olunan müddətə uyğun olaraq  cavablandırılmalıdır.

Maddə 10. Müraciətə baxılması müddəti

Korrupsiya ilə əlaqədar hüquqpozmalar barədə müraciət daxil olduqda dövlət orqanının rəhbəri müraciət üzrə xidməti araşdırma təyin edir. Xidməti araşdırmanı müvafiq dövlət orqanında daxili nəzarət xidməti aparır. Xidməti araşdırma 20 iş günü müddətində başa çatdırılmalı və nəticəsi barədə məlumat dövlət orqanının rəhbərinə təqdim olunmalıdır. Əlavə materialların və məlumatların əldə edilməsi tələb olunduqda dövlət orqanı rəhbərinin bu müddəti 10 iş günü uzatmaq hüququ var. Beləhallar olmadıqda vətəndaşların müraciətlərinə ən geci 15 iş günü, əlavə öyrənilmə və yoxlanılma tələb edən müraciətlərə isə ən geci 30 iş günü müddətində baxılır.

Müştərilər Bankımızın cavabı ilə razılaşmadıqda, təkrar olaraq Banka və ya Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının qaynar xəttinə  (Tel: +994124933066, +99412 966, e-mail: info@fimsa.az) müraciət edə bilərlər. 

Müraciətlərin şəffaf baxılması üçün xüsusi struktur bölmənin əməkdaşları tərəfindən istehlakçılarla şifahi danışıqlar aparılır, görüşlər təşkil edilir, məsləhət və izahatlar verilir. 

 

Sənədlər

Valyuta
11.12.2017
Alış Satış
USD 1.6980 1.7030
EUR 1.9850 2.0150
RUB 0.0283 0.0289
GBP 2.2800 2.3700