HR siyasət

Personalın idarə edilməsi bankın strateji və mühüm istiqamətlərindən biri hesab
olunur.
İnsanlar bankın əsas kapitalıdır, və bizim uğurumuz burada işləyən insanların peşəkarlığı,
loyallığı və töhfələri ilə bağlıdır.
İşəgötürən olaraq, öz əməkdaşları üçün əlverişli və rahat əmək şəraiti yaradaraq, şirkət onların
səmərəliliyini artırır, motivasiyanı təmin edir, bu da öz növbəsində şirkətin inkişafına və
uğurlarına təsir edir.
İnsan resurslarının idarəetmə siyasətinin əsas prinsipləri və metodları:

  • Əmək bazarında ədalətli və bərabər şərtlər yaratmaqla Nikoyl bankda işləmək istəyən
    hər bir kəs üçün karyera imkanlarını təmin etmək;
  • Peşəkar kadrları cəlb etmək və onları ümumi ideya ətrafında birləşdirən siyasət
    qurmaq;
  • Əməkdaşların şirkətin ümumi işinə bağlılığını təmin etmək;
  • İnsanların məmnunluqla işləmək istədikləri şirkətin arzu olunan imicini
    formalaşdırmaq.
  • Hərəkətlərdə şəffaflıq və qərarların qəbulunda qərəzsizliyin təmin edilməsi.

Əməkdaşların bilik səviyyəsi, öz peşəkar fəaliyyətində innovasiya yanaşmasının olması
bankın səmərəli fəaliyyətinə təsir edən amillərdən biridir. Biz əməkdaşlarımızı, onların
bilik və bacarıqlarının artırılmasına yönəldilən müxtəlif peşəkar treninqlərə cəlb edirik.
Əməkdaşlar həvəsli və məmnun olanda ən yaxşı nəticə göstərir və qarşıya qoyulan
hədəflərə nail olurlar. Biz, insanları ümumi ideya ətrafında birləşdirən və onları banka
bağlılığını möhkəmləndirən korporativ tədbirləri keçiririk.
Hər əməkdaşın əməyi həvəsləndirilir, bu da işçilərə bir komandada çalışmağa və ümumi
hədəflərə nail olmasında öz əməyini hiss etməyə imkan yaradır.

Valyuta
11.12.2017
Alış Satış
USD 1.6980 1.7030
EUR 1.9850 2.0150
RUB 0.0283 0.0289
GBP 2.2800 2.3700