az  ru  en
NikoilBank

Vakansiyalar

Proqramçı

 

Tələblər:

  • Ali texniki təhsil 
  • İş stajı: ən azı 1 il
  • Tələb olunan bacarıqlar və biliklər:
    •     Proqramlaşdırma dillərindən istifadə üzrə praktik təcrübə;
    •     Layihələr üzrə iş təcrübəsi;
    •     Bankdaxili proseslərdən xəbərdar olmaq;
    •     Azərbaycan və rus dillərində sərbəst danışmaq və yazışmaq bacarığı;
    •     İngilis dilini texniki səviyyədə bilmək;
    •     Analitik düşüncə tərzi;
  • Tələb olunan biliklər: PL/SQL, .NET (C #, ASPX), JAVA, WEB (AJAX, jQuery)

 

Öhdəliklər:

    • Proqram təminatının hazırlanması və modifikasiyası, bank və informasiya sistemləri üzrə layihələrin müşayiəti.
    • Yeni sistemlərin beta-testi.
    • Bank sistemlərinin monitorinqi və işlək vəziyyətdə olmasına dəstək.

CV-lərinizi mövzu sətrində vakansiyanın adını qeyd edərək,  cv@nikoil.az elektron poçt ünvanına göndərməyinizi xahiş edirik.

 

 

BAŞ HÜQUQŞÜNAS - MƏSLƏHƏTÇİ

 Təhsil - ali hüquqi;

 İş təcrübəsi - 5 ildən artıq bankda hüquqşunas işləmiş;

  Ümumi və xüsusi tələblər:

 Kompyuter bacarığı: Microsoft Office-də sərbəst işləmə qabiliyyəti;

 Azərbaycan və rus dillərini sərbəst bilməli;

Hədəfə  çatan;

 Təşəbbüskar;

 İşgüzar;

 Komandada işləmək bacarığı olmalı;

 Öyrənmək qabiliyyəti yüksək olmalı;

 Cinsi – kişi;

 İşin təsviri - vəzifə səlahiyyətləri:

  •  Məhkəmə orqanları ilə qarşılıqlı əlaqələr quraraq  problemli aktivlər üzrə məhkəmənin  qərarının borclu tərəfin mənafeyinə zərər yetirmədən  bankın marağına uyğun verilməsi üzərində çalışmaq;
  •  Borcluların iflas prosedurunun müşayiət edilməsi;
  •  Notariat orqanları ilə qarşılıqlı əməkdaşlıq etmək;
  •  Təhqiqat, istintaq, prokurorluq orqanları, başqa hüquq-mühafizə orqanları ilə qarşılıqlı fəaliyyət  göstərərək səhlənkar borclulara qarşı cinayət-hüquqi  məsələlərin qaldırılması və təqib edilməsi;
  •  Problemli borclular tərəfindən törədilmiş  hüquqazidd hərəkətlərə qarşı cinayət işinin açılmasında lazımı sənədlərin hazırlanaraq  təhqiqat orqanlarına təqdim edilərək  kömək göstərilməsi;
  •  Səhlənkar  borclu barəsində başlanılmış cinayət işləri üzrə istintaq araşdırmalarının səmərəliliyinin artırılması üçün zəruri olan tədbirlər kompleksinin hazırlanıb həyata keçirilməsi.
  •  Zərurət yaranarsa, cinayət işləri üzrə təhqiqatlarda iştirak etmək, onların  monitorinqini aparmaq  və istintaq həyata keçirmək.

CV formasını məzmun hissədə"Baş hüquqşünas-məsləhətçi" yazaraq cv@nikoil.az ünvanına göndərməyinizi xahiş edirik.

 

 HÜQUQŞÜNAS-MƏSLƏHƏTÇİ

  Təhsil - ali hüquqi;

 İş təcrübəsi – 3 ildən artıq  bankda hüquqşünas işləmiş;

 Ümumi və xüsusi tələblər:

 Kompyuter bacarığı: Microsoft Office-də sərbəst işləmə qabiliyyəti;

 Azərbaycan və rus dillərini sərbəst bilməli,

 Hədəfə çatan;

 Təşəbbüskar;

 İşgüzar;

 Komandada işləmək bacarığı olmalı;

 Öyrənmək qabiliyyəti yüksək olmalı;

 İşin təsviri - vəzifə səlahiyyətləri

  • AR qanunvericiliyinin mövcud maddələrinə uyğun müqavilələrin hüquqi ekspertizasını təmin etmək;
  • Bankın hüquqlarının və maraqlarının qorunmasını, qanuni fəaliyyətinin hüquqi təminatını həyata keçirir;
  • Bankın ümumi yurisdiksiyalı məhkəmələrdə, arbitraj məhkəmələrində prosessual nümayəndəliyi üçün zəruri olan müəyyən olunmuş qaydada iddia ərizəsi, apellyasiya və kassasiya şikayətlərin, müvafiq vəsatətlər, iddia tələbləri və digər prosessual sənədlər üçün rəylər hazırlayır;
  • İcra sənədlərinin alınması üçün tələb irəli sürür, borcluların əmlakının üzərinə həbs qoyulması üçün icra sənədlərinin sırasında hazırlanıb  təqdim edilib məhkəmə icraçıları xidməti ilə qarşılıqlı fəaliyyət göstərir;
  • Borcluların tanınması üçün bəyənatı hazırlayıb məhkəməyə təhvil vermək;

 CV formasını məzmun hissədə "Hüquqşunas-məsləhətçi" yazaraq cv@nikoil.az ünvanına göndərməyinizi xahiş edirik

 

 

PROBLEMLİ KREDİTLƏR DEPARTAMENTİNİN MƏLUMAT MƏRKƏZİNİN MÜTƏXƏSSİSi

 Tələblər:

 Yaş: 20-30;

İş təcrübəsi: arzu olunandır;

Cinsi: qadın, kişi;

Ali təhsil;

Dil biliyi:

Azərbaycan dili – mükəmməl;

Rus dili – mükəmməl;

İngilis dili – arzu olunandır;

Şifahi və yazılı formada öz fikirlərini ifadə etmək bacarığı, düzgün nitq, ünsiyyət qurmaq bacarığı;

Məsuliyyət, dəqiqlik, fəallıq;

Komandada işləmək bacarığı;

 Zəngin lüğət ehtiyatı və savadlı danışıq qabiliyyəti;

 Kompyuter proqramlarını (Word, Excel, Outlook, Power Point) əla səviyyədə bilmək;

 Öhdəlikləri:

 Vaxtı keçmiş borcu olan müştərilərlə telefon vasitəsilə əlaqə yaratmaq. 

CV formasını mövzu hissədə “Məlumat mərkəzi mütəxəssisi” adını qeyd edərək cv@nikoil.az ünvanına göndərə bilərsiniz.