Visa Gold

Visa Gold plastic kartı digər kartlardan daha üstün imkanlara malikdir və eyni zamanda kart sahibini yüksək xidmətlə təmin edir. Visa Gold kartlarını almaqla Siz ekskluziv aksiyalar və kampaniyalarda iştirak etməklə, seçilmiş restoran, mağaza və kinoteatrlar şəbəkələrində güzəştlər əldə etmək imkanı qazanacaqsınız. Bundan əlavə Visa Gold debet kartlarındakı qalığa manatla illik 8%, ABŞ dolları ilə isə 2% hesablanır, SMS banking xidməti isə pulsuz təqdim olunur. 

1 illik

25  

2 illik

35  

3 illik

45  

Pin Change

PIN kodunun dəyişmə qaydası:

  • PIN-i yalnız ATM-də dəyişmək olar
  • Yeni PIN kodu 4 rəqəmdən ibarət olmalıdır
  • PIN kodunu dəyişmək imkanı məhdudiyyətsizdir.
  • Bankomatın menyusunda müştəri “XİDMƏTLƏR” seçir
  • ”XİDMƏTLƏR” menyusunda müştəri «PIN Change» seçir
  • Çıxan pəncərədə müştəri öz yeni PIN kodunu daxil edir
  • Növbəti pəncərədə müştəri öz yeni PIN kodunu təsdiq edir
  • Əgər müştəri yeni PIN kodunu yanlış təsdiq edirsə, ekranda aşağıdakı səhv çıxır: “PİN nömrəsi səhv yığılıb”
  • Belə halda müştəri “TƏKRAR YIĞMAQ ÜÇÜN BU DÜYMƏNİ BASIN” seçməlidir və yeni PIN    kodunu iki dəfə yığmalıdır

Təkrar olunan (5555), bir birinin ardınca gələn (1234) rəqəmləri və ya sizin bütün plastik kartlarınıza bir cür PIN kodunu seçmək məsləhət görülmür.

SMS Notification

SMS notification” xidməti öz sahibinə bank kartı üzrə bütün əməliyyatlar barəsində gecə-gündüz məlumatın alınmasına imkan verir, bunlar arasında: ödənişin həyata keçirilməsi haqda məlumatlandırma, vəsait kifayət etmədikdə əməliyyatın həyata keçirilməsi cəhdi haqda məlumat, kartın qüvvədə olma müddətinin başa çatması və digər oxşar hallar.

«SMS Notification» xidmətinə qoşulma aşağıdakı şəkildə həyata keçirilir:

  • Bank kartını bankomata daxil edərək əsas menyuda “Xidmətlər” bölməsini, sonra isə “SMS NOTIFICATIONS” opsiyasını seçmək;
  • SMS NOTIFICATIONS”  seçdikdən sonra iki dəfə öz mobil telefon nömrənizi daxil edirsiniz.
  • Təsdiq əməliyyatından sonra mobil telefonunuza xidmətə qoşulmanız haqda SMS daxil olur.

Xidmətdən bir ay müddətində istifadə 1.20 AZN təşkil edir. 

3D secure

«3D Secure» - dələduzluq hallarından mühafizə olunmaq və İnternet vasitəsilə keçirilən ödənişlərin təhlükəsizləşdirilməsi imkanı verən texnologiyadır. Xidmətə qoşulmaq üçün bankomatın xidmətlər bölməsində «İnternet Bankinq və 3D qeydiyyatı» bəndi seçərək çeki əldə edib, sonra https://acs.3dsecure.az/way4acs/enroll saytında qeydiyyatdam keçmək kiffayətdir. «3D Secure» xidmət pulsuz təqdim olunur.

İnternet-də  alış-veriş etdikdə, «3D Secure» xidmətini dəstəkləyən internet-mağaza Sizdən qeydiyyat zamanı seçilmiş parolu və ya birdəfəlik parollardan birini daxil etmeyə xahiş edəcək.

Proqramda iştirak edən internet-mağazaların saytlarında «Visa» ödəniş sisteminin loqosuna rast gələcəksiniz.

Cash by code

«CashByCode» xidməti NIKOIL | Bankın plastik kart sahiblərinə bank kartı olmayan şəxslərə günün istənilən vaxtı pul vəsaitlərinin göndərilməsini imkan verir. Həmin xidmətin həyata keçirilməsi NIKOIL | Bank və AzeriCard bankomatları və «MobilBank», «Internet-Banking» xidmətləri vasitəsilə həyata keçirmək mümkündür

Bankomat vasitəsilə «CashByCode» xidmətindən istifadə aşağıdakı şəkildə həyata keçirilir:

  • Bank kartını bankomata daxil edərək əsas menyuda «CashByCode» opsiyasını seçmək;
  • Daha sonra valyutanı, məbləği və pul vəsaitini alanın mobil telefonunu daxil etmək;
  • Sistem iki hissədən ibarət şifrə formalaşdırır, sifrənin bir hissəsi pul vəsaitini alana SMS şəklində göndərilir, digər hissəsi isə qəbz şəkilində çap olunaraq göndərəndə qalır.
  • Göndərən istənilən şəkildə şifrənin ikinci hissəsini pulu alana ötürür.
  • Pulu alan bankomatda şifrənin hər iki hissəsini daxil edir və plastik kartdan istifadə etməməklə pul vəsaitini əldə edir.

NIKOIL | Bankın bankomatları vasitəsilə pull vəsaitini aldıqda göndərəndən 1.5% komissiya tutulur (2.50 AZN/ 3.50 USD/ 3.50 EUR), digər bankların bankomatları vasitəsilə pul vəsaitini isə - 2.0% (2.50 AZN/ 3.50 USD/ 3.50 EUR).

Mobil Bank

Mobil telefon vasitəsilə öz pul vəsaitlərinizi tez, təhlükəsiz və rahat idarə edin. 

Sizin imkanlarınız:

  • Plastik kart hesabından son 10, 30 və 90 günə olan əməliyyatlar üzrə hesabatların tərtib olunması;
  • Kommunal xidmətlərin ödənişi;
  • Mobil telefon əlaqəsindən istifadəyə görə ödənişin həyata keçirilməsi;
  • Kartlarınızın tərəfinizdən müstəqil olaraq bloklaşdırılması və blokdan azad edilməsi;
  • Kartdan karta pul vəsaitlərinin köçürülməsi (Card-To-Card);
  • Bank kartı olmayan şəxslərə pul vəsaitlərinin göndərilməsi (CashByCode).

 «MobilBank» xidmətinə qoşulma aşağıdakı şəkildə həyata keçirilir:

  • Bank kartını bankomata daxil edərək əsas menyuda “Xidmətlər” bölməsini, sonra isə “MobilBank” opsiyasını seçmək;
  • Üzərində seriya nömrəsi və xüsusi kodlar qeyd olunan qəbzin çap olunmasını gözləyin;
  • Google-play və ya Apple.com/itunes-a daxil olaraq xüsusi proqramı Mobil telefonunuza yükləyin;
  • Seriya nömrəsini və xüsusi kodları daxil edin və proqramı aktivləşdirin;
  • Proqram üçün PİN-kod yaradın (2 dəfə daxil edilir) və proqram istifadə üçün hazırdır.

«MobilBank» xidməti 12 ay müddətinə təqdim olunur və xidmət haqqı 10 manat təşkil edir.

Internet Banking

Internet Banking - Sizə İnternet vasitəsilə bank əməliyyatlarını həyata keçirmək imkanı verən və Bankla istənilən zaman Sizə rahat məkandan işləməyə imkan yaradan distant bank xidməti sistemidir.

Sizin imkanlarınız:

  • Plastik kart hesabından son 10, 30 və 90 günə olan əməliyyatlar üzrə hesabatların tərtib olunması;
  • Kommunal xidmətlərin ödənişi;
  • Mobil telefon əlaqəsindən istifadəyə görə ödənişin həyata keçirilməsi;
  • Kartlarınızın tərəfinizdən müstəqil olaraq bloklaşdırılması və blokdan azad edilməsi;
  • Kartdan karta pul vəsaitlərinin köçürülməsi (Card-To-Card);
  • Bank kartı olmayan şəxslərə pul vəsaitlərinin göndərilməsi (CashByCode).

«Internet Banking» xidmətinə qoşulma aşağıdakı şəkildə həyata keçirilir:

  • Bank kartını bankomata daxil edərək əsas menyuda “Xidmətlər” bölməsini, sonra isə “İB və 3D Şifrələr” opsiyasını seçmək;
  • Üzərində seriya nömrəsi və xüsusi kodlar qeyd olunan qəbzin çap olunmasını gözləyin;
  • www.hbservice.com səhifəsinə daxil olmaq, “Yeni istifadəçinin yaradılması” bəndini seçmək və Sizin bank kartınızın nömrəsini daxil etmək.

«Internet Banking» xidməti 12 ay müddətinə təqdim olunur və xidmət haqqı 10 AZN təşkil edir.

Card to card

«Card-to-Card» xidməti plastik kart sahiblərinə NIKOIL | Bank və  AzeriCard bankomatlar şəbəkəsi, o cümlədən «MobilBank» və «Internet-Banking» xidmətləri vasitəsilə iki kart hesabı arasında ani pul köçürməsinin həyata keçirilməsi imkanını yaradır.

Bankomat vasitəsilə «Card-to-Card» xidmətindən istifadə aşağıdakı şəkildə həyata keçirilir:

  • Bank kartını bankomata daxil edərək əsas menyuda «Card-to-Card» opsiyasını seçmək;
  • Daha sonra köçürmə valyutasını seçərək, köçürmə alanın iki dəfə 16 rəqəmli kartının nömrəsini və köçürmə məbləğini  daxil etmək.

Köçürməyə görə göndərəndən 0,2% (min 0.8 AZN) həcmində komissiya tutulur. 
«Grace Period» kartlardan köçürməyə görə 1.5% (min 0.8 AZN) komissiya tutulur.


Visa Elektron kartı əldə etmək üçün sorğu

formanı doldur və 1 gün ərzində kartı əldə et

10.05.2018

NIKOIL | Bank Böyük Vətən müharibəsi veteranlarını...

Faşizm üzərində böyük Qələbənin 73-cü ildönümü münasibətilə NIKOIL...

30.04.2018

NIKOIL | Bank yeni bankomat quraşdırıb...

Bakı şəhər sakinlərinin rahatlığı üçün NIKOIL | Bank...

Valyuta
24.05.2018
24.05.2018
Alış
Satış
  • USD
    1.6980
    1.7020
  • EUR
    1.9700
    2.0100
  • RUB
    0.0270
    0.0280
  • GBP
    2.2000
    2.3100
24.05.2018 Alış Satış
USD 1.6980 1.7020
EUR 1.9700 2.0100
RUB 0.0270 0.0280
GBP 2.2000 2.3100