Visa Platinum

Təqdim olunan kart Sizə nadir imkanlar aləmini açacaq, həmçinin Sizin xüsusi statusunuzu qeyd edəcəkdir.
"Nikoil Bankın" VISA Platinum kartı – müstəqil, işgüzar və tələbkar insanlar üçün hazırlanmış ödəniş alətidir. Bundan əlavə Visa Platinum debet kartlarındakı qalığa manatla illik 8%, ABŞ dolları ilə isə 2% gəlir hesablanma imkanı, SMS banking və Mobil banking xidməti və Priority Pass kartı Visa Platinum sahiblərinə pulsuz təqdim olunur. 

PIN kodunun dəyişdirilməsi

 

  • PIN-i yalnız ATM-də dəyişmək olar
  • Yeni PIN kodu 4 rəqəmdən ibarət olmalıdır
  • PIN kodunu dəyişmək imkanı məhdudiyyətsizdir
  • Bankomatın menyusunda müştəri “XİDMƏTLƏR” seçir
  • ”XİDMƏTLƏR” menyusunda müştəri «PIN Change» seçir
  • Çıxan pəncərədə müştəri öz yeni PIN kodunu daxil edir
  • Növbəti pəncərədə müştəri öz yeni PIN kodunu təsdiq edir
  • Əgər müştəri yeni PIN kodunu yanlış təsdiq edirsə, ekranda aşağıdakı səhv çıxır: “PİN nömrəsi səhv yığılıb”
  • Belə halda müştəri “TƏKRAR YIĞMAQ ÜÇÜN BU DÜYMƏNİ BASIN” seçməlidir və yeni PIN    kodunu iki dəfə yığmalıdır
  • Xidmət haqqı 2 ş.v. təşkil edir

Qeyd

*Təkrar olunan (5555), bir birinin ardınca gələn (1234) rəqəmləri və ya sizin bütün plastik kartlarınıza bir cür PIN kodunu seçmək məsləhət görülmür

SMS Bildiriş

SMS notification” xidməti öz sahibinə bank kartı üzrə bütün əməliyyatlar barəsində gecə-gündüz məlumatın alınmasına imkan verir, bunlar arasında: ödənişin həyata keçirilməsi haqda məlumatlandırma, vəsait kifayət etmədikdə əməliyyatın həyata keçirilməsi cəhdi haqda məlumat, kartın qüvvədə olma müddətinin başa çatması və digər oxşar hallar.

«SMS Notification» xidmətinə qoşulma aşağıdakı şəkildə həyata keçirilir

  • Bank kartını bankomata daxil edərək əsas menyuda “Xidmətlər” bölməsini, sonra isə “SMS NOTIFICATIONS” opsiyasını seçmək
  • SMS NOTIFICATIONS”  seçdikdən sonra iki dəfə öz mobil telefon nömrənizi daxil edirsiniz
  • Təsdiq əməliyyatından sonra mobil telefonunuza xidmətə qoşulmanız haqda SMS daxil olur

Xidmətdən bir ay müddətində istifadə 1.20 AZN təşkil edir 

3D secure

«3D Secure» - dələduzluq hallarından mühafizə olunmaq və İnternet vasitəsilə keçirilən ödənişlərin təhlükəsizləşdirilməsi imkanı verən texnologiyadır.

Xidmətə qoşulmaq üçün bankomatın xidmətlər bölməsində «İnternet Bankinq və 3D qeydiyyatı» bəndi seçərək çeki əldə edib, sonra saytında qeydiyyatdan keçmək kiffayətdir.

İnternet-də  alış-veriş etdikdə, «3D Secure» xidmətini dəstəkləyən internet-mağaza Sizdən qeydiyyat zamanı seçilmiş parolu və ya birdəfəlik parollardan birini daxil etmeyə xahiş edəcək. Proqramda iştirak edən internet-mağazaların saytlarında «Visa» ödəniş sisteminin loqosuna rast gələcəksiniz.

«3D Secure» xidmət pulsuz təqdim olunur.

Cash by code

«Cash By Code» xidməti NIKOIL | Bankın plastik kart sahiblərinə bank kartı olmayan şəxslərə günün istənilən vaxtı pul vəsaitlərinin göndərilməsini imkan verir. Həmin xidmətin həyata keçirilməsi NIKOIL | Bank və AzeriCard bankomatları və «MobilBank», «Internet-Banking» xidmətləri vasitəsilə həyata keçirmək mümkündür

Bankomat vasitəsilə «CashByCode» xidmətindən istifadə aşağıdakı şəkildə həyata keçirilir

  • Bank kartını bankomata daxil edərək əsas menyuda «CashByCode» opsiyasını seçmək
  • Daha sonra valyutanı, məbləği və pul vəsaitini alanın mobil telefonunu daxil etmək
  • Sistem iki hissədən ibarət şifrə formalaşdırır, sifrənin bir hissəsi pul vəsaitini alana SMS şəklində göndərilir, digər hissəsi isə qəbz şəkilində çap olunaraq göndərəndə qalır
  • Göndərən istənilən şəkildə şifrənin ikinci hissəsini pulu alana ötürür
  • Pulu alan bankomatda şifrənin hər iki hissəsini daxil edir və plastik kartdan istifadə etməməklə pul vəsaitini əldə edir

NIKOIL | Bankın bankomatları vasitəsilə pull vəsaitini aldıqda göndərəndən 1.5% komissiya tutulur (2.50 AZN/ 3.50 USD/ 3.50 EUR), digər bankların bankomatları vasitəsilə pul vəsaitini isə - 2.0% (2.50 AZN/ 3.50 USD/ 3.50 EUR).

Mobil Bank

Mobil telefon vasitəsilə öz pul vəsaitlərinizi tez, təhlükəsiz və rahat idarə edin. 

İmkanlarınız

  • Plastik kart hesabından son 10, 30 və 90 günə olan əməliyyatlar üzrə hesabatların tərtib olunması
  • Kommunal xidmətlərin ödənişi
  • Mobil telefon əlaqəsindən istifadəyə görə ödənişin həyata keçirilməsi
  • Kartlarınızın tərəfinizdən müstəqil olaraq bloklaşdırılması və blokdan azad edilməsi
  • Kartdan karta pul vəsaitlərinin köçürülməsi (Card-To-Card)
  • Bank kartı olmayan şəxslərə pul vəsaitlərinin göndərilməsi (Cash by Code)

 «MobilBank» xidmətinə qoşulma aşağıdakı şəkildə həyata keçirilir

  • Bank kartını bankomata daxil edərək əsas menyuda “Xidmətlər” bölməsini, sonra isə “MobilBank” opsiyasını seçmək
  • Üzərində seriya nömrəsi və xüsusi kodlar qeyd olunan qəbzin çap olunmasını gözləyin
  • Google-play və ya Apple.com/itunes-a daxil olaraq xüsusi proqramı Mobil telefonunuza yükləyin
  • Seriya nömrəsini və xüsusi kodları daxil edin və proqramı aktivləşdirin
  • Proqram üçün PİN-kod yaradın (2 dəfə daxil edilir) və proqram istifadə üçün hazırdır

«MobilBank» xidməti 12 ay müddətinə təqdim olunur və xidmət haqqı 10 manat təşkil edir.

Internet Banking

Internet Banking - Sizə İnternet vasitəsilə bank əməliyyatlarını həyata keçirmək imkanı verən və Bankla istənilən zaman Sizə rahat məkandan işləməyə imkan yaradan distant bank xidməti sistemidir.

İmkanlarınız

  • Plastik kart hesabından son 10, 30 və 90 günə olan əməliyyatlar üzrə hesabatların tərtib olunması
  • Kommunal xidmətlərin ödənişi
  • Mobil telefon əlaqəsindən istifadəyə görə ödənişin həyata keçirilməsi
  • Kartlarınızın tərəfinizdən müstəqil olaraq bloklaşdırılması və blokdan azad edilməsi
  • Kartdan karta pul vəsaitlərinin köçürülməsi (Card-To-Card)
  • Bank kartı olmayan şəxslərə pul vəsaitlərinin göndərilməsi (Cash by Code)

«Internet Banking» xidmətinə qoşulma aşağıdakı şəkildə həyata keçirilir:

  • Bank kartını bankomata daxil edərək əsas menyuda “Xidmətlər” bölməsini, sonra isə “İB və 3D Şifrələr” opsiyasını seçmək
  • Üzərində seriya nömrəsi və xüsusi kodlar qeyd olunan qəbzin çap olunmasını gözləyin
  • www.hbservice.com səhifəsinə daxil olmaq, “Yeni istifadəçinin yaradılması” bəndini seçmək və Sizin bank kartınızın nömrəsini daxil etmək

«Internet Banking» xidməti 12 ay müddətinə təqdim olunur və xidmət haqqı 10 AZN təşkil edir.

Card to card

«Card-to-Card» xidməti plastik kart sahiblərinə NIKOIL | Bank və  AzeriCard bankomatlar şəbəkəsi, o cümlədən «MobilBank» və «Internet-Banking» xidmətləri vasitəsilə iki kart hesabı arasında ani pul köçürməsinin həyata keçirilməsi imkanını yaradır.

Bankomat vasitəsilə «Card-to-Card» xidmətindən istifadə aşağıdakı şəkildə həyata keçirilir:

  • Bank kartını bankomata daxil edərək əsas menyuda «Card-to-Card» opsiyasını seçmək
  • Daha sonra köçürmə valyutasını seçərək, köçürmə alanın iki dəfə 16 rəqəmli kartının nömrəsini və köçürmə məbləğini  daxil etmək

Qeyd

  • Köçürməyə görə göndərəndən 0,2% (min 0.8 AZN) həcmində komissiya tutulur
  • «Grace Period» kartlardan köçürməyə görə 1.5% (min 0.8 AZN) komissiya tutulur

Plastik kart əldə etmək üçün sorğu

Formanı doldur və 1 gün ərzində kartı əldə et

12.10.2018

Mastercard-la Disneyland Paris sehrini ailənizlə birlikdə yaşayın...

Bankımızın Mastercard debet və kredit kartları ilə Priceless...

26.09.2018

Biz Lənkəranda uşaq evini ziyarət etdik...

Əməkdaşlarımız “Mərhəməti qəlblərdə yaşadaq” lozunqu altında xeyriyyəçilik missiyası...

Valyuta
15.10.2018
15.10.2018
Alış
Satış
  • USD
    1.6980
    1.7030
  • EUR
    1.9600
    1.9800
  • RUB
    0.0250
    0.0263
  • GBP
    2.1000
    2.2600
15.10.2018 Alış Satış
USD 1.6980 1.7030
EUR 1.9600 1.9800
RUB 0.0250 0.0263
GBP 2.1000 2.2600