NİKOİL Bankın Səhmdarlarının Ümumi Yığıncağı məcmu kapitalının 56 milyon AZN-dək artırılması haqqında qərar qəbul etmişdir.

12.08.2013

NİKOİL Bankın Səhmdarlarının Ümumi Yığıncağı məcmu kapitalının 56 milyon AZN-dək artırılması haqqında qərar qəbul etmişdir.

Bankların məcmu kapitalının minimum həcminin 1 yanvar 2014-cü il tarixinədək 50 milyon AZN-dək artırılmasının zəruriliyi haqqında Azərbaycan Respublikası Mərkəzi Bankının tələblərini yerinə yetirərək, NİKOİL Bankın Səhmdarlarının Ümumi Yığıncağı məcmu kapitalının 24 milyon AZN artırılması haqqında 15 may 2013-cü il tarixində qərar qəbul etmişdir. Bankın hüquqşünasları emissiyaların qeydiyyata alınması prosesinə başlamışdır.

Hal-hazırda Bankın məcmu kapitalının həcmi 32 milyon AZN təşkil edir. Yuxarıdakı qərar nəzərə alınmaqla, Bankın məcmu kapitalının həcmi ilin sonuna ən azı 56 milyon AZN təşkil edəcəkdir ki, bu da Azərbaycan Respublikası Mərkəzi Bankının minimum tələblərini aşır.

Xatırladaq ki, “NİKOİL” İKB sıralarında hesablaşma, kredit, ödəniş, kart, zəmanət, banklararası, sənədləşmə və milli və xarici valyutalarda həyata keçirilən digər əməliyyatların olduğu tam xidmət paketini təklif edən universal maliyyə-kredit təşkilatıdır. Bankın filial şəbəkəsinin 18 satış nöqtəsivar ki, onlardan 3-ü bu il açılmışdır.

Valyuta
13.12.2018
13.12.2018
Alış
Satış
  • USD
    1.7000
    1.7030
  • EUR
    1.9000
    1.9450
  • RUB
    0.0247
    0.0258
  • GBP
    2.0600
    2.1650
13.12.2018 Alış Satış
USD 1.7000 1.7030
EUR 1.9000 1.9450
RUB 0.0247 0.0258
GBP 2.0600 2.1650

Valyuta konvertoru