NIKOIL Bank “Sabit” əmanət məhsulu üzrə faiz dərəcələrini artırdı

25.04.2019

Artıq NIKOIL Bank-ın əmanətçiləri əmanət üzrə maksimal illik faiz dərəcəsi 12,5% olmaqla üç illik müddətə manat və dollarla əmanət yerləşdirə biləcək.

Yeni dəyişikliklərə əsasən faizlərin aylıq götürülməsi imkanı ilə 12 ay müddətinə yerləşdirilən əmanətlər üzrə faiz dərəcəsi - 11.5%, 24-36 ay müddətinə yerləşdirilən əmanətlər üzrə isə 12% təşkil edir. Faizlər müddətin sonunda götürüldüyü halda faiz dərəcəsi 12 ay müddətinə yerləşdirilən əmanətlər üzrə - 12%, 24-36 ay müddətinə yerləşdirilən əmanətlər üzrə isə 12,5% təşkil edəcəkdir.

NIKOIL Bank-ın müştərilərinə əlavə üstünlüklər təqdim olunur. Onlar əmanət girovu ilə daha sərfəli şərtlərlə kredit ala bilər. Əmanət hesabı açılan zaman müştəriyə hesablanmış faizlərin çıxarılması üçün pulsuz plastik kart, həmçinin SMS-xəbərdarlıq xidməti və internet bankinqə qoşulma imkanı təqdim olunur.

Müştərinin istəyi ilə hesablanmış faizlər bank kartı və ya cari hesaba köçürülə, aylıq əsasda və ya əmanət müddətinin sonunda ödənilə bilər. Müştəri əmanət hesabını NIKOIL Bank-ın istənilən filialına yaxınlaşaraq aça bilər. Əmanətin MilliÖn və eManat ödəniş terminalları, hesab.az və epay.az saytları vasitəsilə banka yaxınlaşmadan artırılması mümkündür. Qeyd edək ki, yeni faiz dərəcələri bankın fəaliyyət göstərdiyi bütün regionlarda keçərlidir.

Valyuta
25.06.2019
25.06.2019
Alış
Satış
  • USD
    1.6990
    1.7015
  • EUR
    1.9050
    1.9600
  • RUB
    0.0266
    0.0273
  • GBP
    2.1200
    2.1900
25.06.2019 Alış Satış
USD 1.6990 1.7015
EUR 1.9050 1.9600
RUB 0.0266 0.0273
GBP 2.1200 2.1900

Valyuta konvertoru


Hörmətli istifadəçi

Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanına uyğun olaraq, fiziki şəxslərin xarici valyutada əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi ilə əlaqədar Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən hazırlanmış güzəşt kalkulyatoru

Kalkulyatora daxil ol Sayta davam et