Nikoil Bank 01 may 2013-cü il tarixdən fiziki şəxslər üzrə faiz dərəcələrini artırır

03.05.2013

Bankın rəsmi məlumatlarında qeyd edildiyi kimi, manat və ABŞ dolları ilə yerləşdirilmiş 12 aydan artıq əmanətlər üçün faiz dərəcələri 1 may tarixindən etibarən artırılmışdır. Bəzi əmanət növləri üçün faiz dərəcəsinin artımı 1 %-ə çatmış, AZN-lə depozitlər üzrə faizlər orta hesabla 0,7% artmışdır.

Beləliklə, 12 ay müddətinə AZN-lə yerləşdirilmiş faizlərin hər ay hesablanması ilə standart əmanət üzrə faiz dərəcəsi 12% təşkil edəcəkdir.

Hal-hazırda Nikoil Bank əhaliyə AVRO valyutasında depozitlər üzrə bazarda ən yüksək faiz dərəcələrindən birini təklif edir.

Həmçinin qeyd edilmişdir ki, hal-hazırda Nikoil Bank bütün tələbləri ödəyən çevik əmanətlər xəttini təklif edir: bunlar həm bir qismi xeyriyyə məqsədləri üçün istifadə olunan əmanətlər, həm faizləri əvvəlcədən hesablana bilən və kapitallaşdırılan əmanətlər, eləcə də yetkinlik yaşına çatmamış şəxslərin nəfinə açıla bilən uşaq yığım depozitidir. Bu sırada müddəti 1 aydan 36 aya qədər olub, faizləri müxtəlif variantlarla – hər ay, hər rüb və müddətin sonunda almaq imkanı olan əmanətlər təqdim olunmuşdur.

Bankın hər bir əmanətçisi avtomatik olaraq illik yeni il lotoreyasının iştirakçısına çevrilir və qiymətli hədiyyələr almaq imkanı əldə edir.

Xatırladırıq ki, Azərbaycan Əmanətləri Sığortalama Fondunun şərtlərinə görə 30000 AZN məbləğində və 12%-ə qədər faiz dərəcəsilə yerləşdirilmiş depozitlər sığortalanmış hesab olunur.

“Nikoil” İKB ASC - əhaliyə bank xidmətlərinin geniş spektrini təqdim edən universal kredit-maliyyə təşkilatıdır. Bankın depozit çantasının məcmu həcmi 30 aprel tarixinə 140 mln. AZN təşkil edir.

Bankın xidmətləri haqqında daha müfəssəl məlumatları vahid Əlaqə Mərkəzinə (012) 981 nömrəsi ilə zəng etməklə, yaxud Bankın rəsmi saytından: www.nikoil.azəldə etmək olar.

12.10.2018

Mastercard-la Disneyland Paris sehrini ailənizlə birlikdə yaşayın...

Bankımızın Mastercard debet və kredit kartları ilə Priceless...

26.09.2018

Biz Lənkəranda uşaq evini ziyarət etdik...

Əməkdaşlarımız “Mərhəməti qəlblərdə yaşadaq” lozunqu altında xeyriyyəçilik missiyası...

Valyuta
18.10.2018
18.10.2018
Alış
Satış
  • USD
    1.6980
    1.7030
  • EUR
    1.9450
    1.9700
  • RUB
    0.0252
    0.0262
  • GBP
    2.1000
    2.2500
18.10.2018 Alış Satış
USD 1.6980 1.7030
EUR 1.9450 1.9700
RUB 0.0252 0.0262
GBP 2.1000 2.2500