İKB “Nikoyl” ASC-də real rejimdə standart bank hesab nömrəsi (İBAN) tətbiq edilmişdir

23.01.2013

Elektron ödəniş məkanında bank müştərilərinin identifikasiya edilməsinin təkmilləşdirilməsi, ödənişlərin emalı zamanı avtomatlaşdırılma səviyyəsinin yüksəldilməsi və bank hesablarının strukturundakı pərakəndəliyin aradan qaldırılması məqsədilə beynəlxalq təcrübəyə əsaslanaraq 07 yanvar 2013 - cü il tarixindən ölkədə banklararası hesablaşmalarda istifadə olunan bütün bank hesabları standart bank hesab nömrəsinə (İBAN) keçirilmiş və real rejimdə istifadəyə başlanılmışdır. İKB "Nikoyl" ASC də bu hadisədən kənarda qalmayaraq, İBAN-a keçmişdir.

Məlumat üçün bildiririk ki, İBAN - Bankçılıq Standartları üzrə Avropa Komitəsi (ECBS) və Standartlaşdırma üzrə Beynəlxalq Təşkilat (İSO) tərəfindən müəyyən edilmiş İSO 13616 beynəlxalq standartına uyğun olaraq yaradılan standart bank hesab nömrəsidir. İBAN hal-hazırda Avropa ölkələri, Türkiyə, Səudiyyə Ərəbistanı, Pakistan, Tunis, MDB ölkələrindən Qazaxıstan və Gürcüstan da daxil olmaqla 61 ölkədə tətbiq edilir.

Mərkəzi Bank tərəfindən ölkədə maliyyə institutlarının bank hesablarına IBAN-ın tətbiq edilməsi barədə qərarı 17 iyun 2010-cu il tarixində qəbul edilmişdir. İBAN-a keçidin təmin edilməsi məqsədilə Mərkəzi Bankın, aparıcı kommersiya banklarının, Banklar Assosiasiyasının və müvafiq dövlət qurumlarının nümayəndələrindən ibarət İşçi Qrupu yaradılmış və Tədbirlər Planı təsdiq edilmişdir. Bu çərçivədə, İKB "Nikoyl" ASC-də bankın İBAN-a keçidinə məsul olan İşçi Qrupu yaradılmışdır. Tədbirlər Planına uyğun olaraq, ödəniş sistemlərinin iştirakçıları üçün açılmış müxbir və submüxbir hesablar hələ 2012-ci ilin mart ayından etibarən İBAN strukturun

10.05.2018

NIKOIL | Bank Böyük Vətən müharibəsi veteranlarını...

Faşizm üzərində böyük Qələbənin 73-cü ildönümü münasibətilə NIKOIL...

30.04.2018

NIKOIL | Bank yeni bankomat quraşdırıb...

Bakı şəhər sakinlərinin rahatlığı üçün NIKOIL | Bank...

Valyuta
21.05.2018
21.05.2018
Alış
Satış
  • USD
    1.6980
    1.7020
  • EUR
    1.9800
    2.0200
  • RUB
    0.0267
    0.0275
  • GBP
    2.2300
    2.3200
21.05.2018 Alış Satış
USD 1.6980 1.7020
EUR 1.9800 2.0200
RUB 0.0267 0.0275
GBP 2.2300 2.3200