NIKOIL | Bank Böyük Vətən müharibəsi veteranlarını təbrik etdi

10.05.2018

Faşizm üzərində böyük Qələbənin 73-cü ildönümü münasibətilə NIKOIL | Bank Leninqradın (indiki Sankt-Peterburq) 900 günlük mühasirəsi zamanı dəhşətli anlar yaşayan Böyük Vətən müharibəsi veteranlarını təbrik etdi.

NIKOIL | Bankın rəhbərliyi Böyük Vətən müharibəsi veteranları ilə görüşərək, onlara fədakarlıqlarına görə minnətdarlığını bildirdi. Bankın rəhbərliyi veteranları Qələbə Günü münasibətilə təbrik etdi, onlara uzun ömür və can sağlığı arzuladı.

Qeyd edək ki, Leninqradın mühasirəsi 1941-ci il sentyabrın 8-dən 1944-cü il yanvarın 27-dək davam etmişdir. Müxtəlif mənbələrə əsasən həmin illər ərzində 300 mindən 1,5 milyonadək insan həlak olmuşdur. Onlardan 97%-i aclıqdan, qalan 3%-i isə bombalanma və artilleriya atəşindən həlak olub. Xatırladaq ki, müharibə illəri ərzində Sovet ordusu sıralarına 600 000-nə yaxın azərbaycanlı çağırılmış, onların təxminən yarısı cəbhədə həlak olmuşdur. NIKOIL | Bank bəşəriyyət tarixində ən qanlı müharibənin döyüş meydanında həlak olanların işıqlı xatirəsini anır və bütün Azərbaycan xalqını Qələbə Günü münasibətilə təbrik edir.

12.10.2018

Mastercard-la Disneyland Paris sehrini ailənizlə birlikdə yaşayın...

Bankımızın Mastercard debet və kredit kartları ilə Priceless...

26.09.2018

Biz Lənkəranda uşaq evini ziyarət etdik...

Əməkdaşlarımız “Mərhəməti qəlblərdə yaşadaq” lozunqu altında xeyriyyəçilik missiyası...

Valyuta
18.10.2018
18.10.2018
Alış
Satış
  • USD
    1.6980
    1.7030
  • EUR
    1.9450
    1.9700
  • RUB
    0.0252
    0.0262
  • GBP
    2.1000
    2.2500
18.10.2018 Alış Satış
USD 1.6980 1.7030
EUR 1.9450 1.9700
RUB 0.0252 0.0262
GBP 2.1000 2.2500