Nikoyl Bank TBC Bank ilə strateji tərəfdaşlıq barədə saziş imzalayıb

27.07.2018

 

Nikoyl Bank TBC Bank Group PLC-nin törəmə şirkəti olan TBC Bank ilə strateji tərəfdaşlıq barədə öhdəliksiz saziş imzalayıb.

Strateji tərəfdaşlıq barədə saziş TBC Bank-ın Gürcüstan bazarında uğurlu təcrübəsinin  istifadə olunması məqsədilə bağlanıb və Nikoyl Bank-ın TBC Bankın törəmə şirkəti olan TBC Kredit ilə tam inteqrasiyası və qarşılıqlı əlaqəsini nəzərdə tutur. Bu müqavilənin həyata keçirilməsi dövlət orqanları tərəfindən təsdiqlənməlidir. Strateji tərəfdaşlıq çərçivəsində TBC Bankın nümayəndələri Nikoyl Bankın Müşahidə Şurasının işində iştirak edəcək və ən  yaxşı beynəlxalq təcrübəni tətbiq etməklə rəhbərliyə biznesin inkişafının sürətləndirilməsində kömək edəcək.

Nikoyl Bank-ın İdarə heyətinin sədri Nikoloz Şurqaia bağlanan müqaviləni qiymətləndirən zaman növbəti sözləri dedi: “Biz müştərilər üçün öz sektorunda ən yaxşı xidmətlərə və rəqəmsal imkanlara malik Gürcüstanın aparıcı bankı TBC Bank ilə tərəfdaşlıq barədə saziş imzaladığımız üçün çox şadıq. Birlikdə biz Azərbaycan biznesi və vətəndaşları üçün ən müasir xidmətləri təqdim edə və dinamik inkişaf edən bazarda irəliləyişə nail ola bilərik. Nikoyl Bankın rəhbərliyi bu tərəfdaşlığın həm bankın, həm ümumilikdə ölkə iqtisadiyyatının inkişafına müsbət töhfə verəcəyinə inanır”.

“Mən TBC Bankın Azərbaycan bazarında böyük təşəkkül və inkişaf yolu keçən və bu gün sadiq müştəri bazasına malik olan Nikoyl Bank-ın tərəfdaşı olmasını yüksək qiymətləndirirəm. Bu razılaşma Gürcüstanın ən böyük bankı olan və 2008-ci ildən etibarən fəaliyyət göstərdiyi Azərbaycan bazarında iştirak payını artırmaq məqsədinə yönələn TBC Bank üçün olduqca vacibdir. Biz Nikoyl Bank ilə təcrübəmizi və geniş məhsul çeşidlərimizi paylaşmağa hazırıq və onun biznesinin inkişafına töhfə verməyə şad olardıq”, - deyə  TBC Bankın Baş direktoru Vaxtanq Butsxrikidze qeyd edib. 

12.10.2018

Mastercard-la Disneyland Paris sehrini ailənizlə birlikdə yaşayın...

Bankımızın Mastercard debet və kredit kartları ilə Priceless...

26.09.2018

Biz Lənkəranda uşaq evini ziyarət etdik...

Əməkdaşlarımız “Mərhəməti qəlblərdə yaşadaq” lozunqu altında xeyriyyəçilik missiyası...

Valyuta
18.10.2018
18.10.2018
Alış
Satış
  • USD
    1.6980
    1.7030
  • EUR
    1.9450
    1.9700
  • RUB
    0.0252
    0.0262
  • GBP
    2.1000
    2.2500
18.10.2018 Alış Satış
USD 1.6980 1.7030
EUR 1.9450 1.9700
RUB 0.0252 0.0262
GBP 2.1000 2.2500