NIKOIL | Bank-ın Visa Platinum kartı ilə rahatlıq açarınız

30.10.2018

Məzuniyyətə və ya işgüzar səfərə hazırlaşırsınız və səyahət zamanı təlaşdan uzaq qalmaq istəyirsiniz? Bunu dünyanın istənilən nöqtəsində hava limanının VIP zalında edə bilərsiniz. Burada sizi nəfis təamlar və içkilər, pulsuz WIFI, spa prosedurları, danışıqlar üçün rahat konfrans zalları və xoş təəssüratlar bəxş edəcək bir çox digər xidmətlər gözləyir. Bizim Visa Platinum kartı ilə arzu və imkanlarınızı asanlıqla bir araya gətirə bilərsiniz.

Bizim Visa Platinum kartının sahibləri hava limanlarının 850-dən çox VIP istirahət zalına giriş hüququ əldə etməklə, aviaşirkət və ya biletin sinfindən asılı olmayaraq proqramda iştirak edən zalların bütün imtiyazlarından faydalana bilər.

Bankımıza məhsub Visa Platinum kartı ilə VIP zalına ziyarətin qiyməti 27 ABŞ dollar təşkil edir. Hər dəvət olunana görə  kart vasitəsilə eyni məbləği ödəməklə bu zamanı dost və tanışlarınızın əhatəsində keçirə bilərsiniz.

Premium sinif Visa Platinum kartını rəsmiləşdirin və Lounge Key proqramına avtomatik şəkildə qoşulun. Ərizəni onlayn tərtib edə, həmçinin bankın istənilən filialına şəxsiyyət vəsiqənizlə yaxınlaşa bilərsiniz.

Qeyd edək ki, VIP zalların sürətli axtarışı üçün Lounge Key xüsusi tətbiqi App Store və Google Play-də mövcuddur.

30.10.2018

NIKOIL | Bank-ın Visa Platinum kartı ilə...

Məzuniyyətə və ya işgüzar səfərə hazırlaşırsınız və səyahət...

Valyuta
14.11.2018
14.11.2018
Alış
Satış
  • USD
    1.6980
    1.7020
  • EUR
    1.9160
    1.9260
  • RUB
    0.0243
    0.0255
  • GBP
    2.0800
    2.2250
14.11.2018 Alış Satış
USD 1.6980 1.7020
EUR 1.9160 1.9260
RUB 0.0243 0.0255
GBP 2.0800 2.2250

Valyuta konvertoru