İxracatçıların nəzərinə!

17.05.2017

Bildirmək istəyirik ki, “Azərbaycan Respublikası idxal-ixrac əməliyyatlarının tənzimlənməsi qaydaları”-na əsasən hüquqi və fiziki şəxslər tərəfindən malların (işlərin, xidmətlərin) konsiqnasiya yolu ilə ixracı gömrük orqanlarında bəyan edilməklə aparılır. Konsiqnasiya yolu ilə ixrac əməliyatları xarici şəxslərlə bağlanmış müqaviləyə əsasən ixrac olunmuş malların(işlərin, xidmətlərin) müqabilində vəsaitlərin müəyyən edilmiş müddət ərzində ixracatçıya ödənilməsini nəzərdə tutur. Odur ki, konsiqnasiya yolu ilə ixrac edilən mallar (işlər, xidmətlər) müqabilində vəsaitlərin bəyan olunduğu gündən 180 (yüz səksən) gün ərzində müvəkkil banka olan hesablarınıza köçürülməsini təmin etməlisiniz.

Konsiqnasiya yolu ilə ixrac əməliyyatı həyata keçirən zaman ixracatçıdan tələb olunan tədbirlər:

  1. Banka yaxınlaşaraq “ İxrac əməliyyatlarına valyuta nəzarəti uçot kartoçkası”-nı doldurmalı və digər sənədlərlə bərabər Dövlət Gömrük Koitəsinə təqdim edilməlidir. Belə olduqda ixrac əməliyyatı bəyan edilmiş hesab edilir.
  2. Konsiqnasiya yolu ilə ixrac edilən mallara (işlərə, xidmətlərə) görə hesabınıza vəsait daxil edilən kimi banka yaxınlaşıb “Yük gömrük bəyannaməsi nömrəsi”-ni təqdim edilməlidir.
10.05.2018

NIKOIL | Bank Böyük Vətən müharibəsi veteranlarını...

Faşizm üzərində böyük Qələbənin 73-cü ildönümü münasibətilə NIKOIL...

30.04.2018

NIKOIL | Bank yeni bankomat quraşdırıb...

Bakı şəhər sakinlərinin rahatlığı üçün NIKOIL | Bank...

Valyuta
22.05.2018
22.05.2018
Alış
Satış
  • USD
    1.6980
    1.7020
  • EUR
    1.9900
    2.0200
  • RUB
    0.0272
    0.0279
  • GBP
    2.2300
    2.3100
22.05.2018 Alış Satış
USD 1.6980 1.7020
EUR 1.9900 2.0200
RUB 0.0272 0.0279
GBP 2.2300 2.3100