NIKOIL | Bank reqbi üzrə beynəlxalq turnirə dəstək oldu

25.04.2017

22-23 aprel 2017-ci il tarixində Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının stadionunda Azərbaycanın Milli Qəhrəmanı Allahverdi Bağırovun xatirəsinə həsr olunmuş beynəlxalq yeniyetmələr arasında “Nikoil Cup” reqbi turniri keçirildi. “NİKOYL” Bankın sponsorluğu ilə keçirilən turnirdə Azərbaycan, Gürcüstan və Rusiyadan 8 komanda iştirak edirdi. Bunlar: «Qarabağ», «Tiqrı», «TİSA Titans» (Azərbaycan), «Tsikara», «Mimino», «Vefxvebi» (Gürcüstan), «Drakonı», «Medvedi» (Rusiya) komandalarıdır. «Qarabağ» reqbi klubu, Azərbaycan Reqbi Federasiyası və Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi təşkilatın sponsoru kimi çıxış etdilər.

Baş tutmuş görüş gənc reqbistlərin mübariz oyunu, dinamik oyun kombinasiyaları, dözümlü və baxımlı oyunu ilə tamaşaçıları sevindirdi. Turnirin qalibi Rusiyanın Penza şəhərinin «Drakonı» komandası oldu. İkinci yeri «Vefxvebi» (Gürcüstan), üçüncü yeri isə Gürcüstanın «Mimino» komandası tutdu. Belə tədbirlərə maliyyə dəstəyinin edilməsi - Bankın sosial yönümlü siyasətinin ayrılmaz hissəsidir. Reqbi idman növünün təkcə Azərbaycan üçün deyil, bütün region üçün yeni olmasına baxmayaraq, bu beynəlxalq turnirin keçirilməsi böyüməkdə olan nəslin fiziki inkişafa və ümumiyyətlə idmana marağını bir daha sübut edir.

10.05.2018

NIKOIL | Bank Böyük Vətən müharibəsi veteranlarını...

Faşizm üzərində böyük Qələbənin 73-cü ildönümü münasibətilə NIKOIL...

30.04.2018

NIKOIL | Bank yeni bankomat quraşdırıb...

Bakı şəhər sakinlərinin rahatlığı üçün NIKOIL | Bank...

Valyuta
21.05.2018
21.05.2018
Alış
Satış
  • USD
    1.6980
    1.7020
  • EUR
    1.9800
    2.0200
  • RUB
    0.0267
    0.0275
  • GBP
    2.2300
    2.3200
21.05.2018 Alış Satış
USD 1.6980 1.7020
EUR 1.9800 2.0200
RUB 0.0267 0.0275
GBP 2.2300 2.3200