NIKOIL | Bankın bağlanmış dörd filiallarının müştərilərinə müraciəti

08.09.2016

Maliyyə Bazarlarına Nəzarət Palatasının qərarı ilə 06.09.2016 tarixində "NİKOYL" İKB ASC-nin 1 saylı, 2 saylı, 9 saylı və 13 saylı filiallarının lisenziyası geri çağırılmışdır. "NİKOYL" Bank tənzimləyici orqanların qərarlarına həmişə olduğu kimi hörmətlə və anlayışla yanaşır. Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən qəbul edilmiş qərara reaksiya olaraq Bank dərhal dörd satış nöqtəsini bağladı. Bankın rəhbərliyi baş verənlərə görə çox təəssüflənsə də, bu qərarı müştərilərlə işləmə sisteminin yeni mərhələsi kimi dəyərləndirir. Rəhbərlik dəyişikliyindən sonra "NİKOYL" Bank filial şəbəkəsinin və xərclərinin optimallaşdırılması ilə fəal məşğul olmağa başladı. Bank həmçinin texnoloji inkişafın artırılmasına və maliyyə davamlılığına investisiya qoymağa hazırlaşır. Cari ilin 31 avqust tarixində Moskva şəhərində "NİKOYL" İnvestisiya-Kommersiya Bankı səhmdarlarının növbədənkənar yığıncağı keçirilmişdir və Bankın nizamnamə kapitalının 60 mln. manat məbləğində artırılması qərarı qəbul edilmişdir. Qeyd etmək lazımdır ki, "NİKOYL" Bank səhmdarlarının bu qərarından sonra bankın nizamnamə kapitalı 94 mln. 500 min manat təşkil edəcək. Və bu gün Bank tərəfindən növbəti 10 mln. ABŞ dolları məbləğində tranş qəbul edilmişdir.

"NİKOYL" Bank öz müştərilərinə müraciət edərək bildirir ki, ləğv olunmuş filialların bütün fəaliyyətləri 3 saylı,5 saylı və 11 saylı filiallararasında paylanacaq.

1 saylı və 13 saylı filialların müştəriləri - Bakı şəhəri, Səməd Vurğun küç. 166 ünvanındayerləşən 3 saylı filialında xidmət olunacaqlar.

2 saylı filialın müştəriləri - Bakı şəhəri, Hüseyn Cavid pr. ev “A” ünvanında yerləşən 11 saylı filialında xidmət olunacaqlar.

9 saylı filialın müştəriləri - Bakı şəhəri, AZ 1025, Xocalı pr. 24 ünvanındayerləşən 5 saylı filialında xidmət olunacaqlar.

Valyuta
16.10.2019
16.10.2019
Alış
Satış
  • USD
    1.7000
    1.7030
  • EUR
    1.8400
    1.9000
  • RUB
    0.0258
    0.0266
  • GBP
    2.1000
    2.1800
16.10.2019 Alış Satış
USD 1.7000 1.7030
EUR 1.8400 1.9000
RUB 0.0258 0.0266
GBP 2.1000 2.1800

Valyuta konvertoru


Hörmətli istifadəçi

Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanına uyğun olaraq, fiziki şəxslərin xarici valyutada əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi ilə əlaqədar Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən hazırlanmış güzəşt kalkulyatoru

Kalkulyatora daxil ol Sayta davam et