NIKOIL | Bank kiçik və orta biznesin kreditləşdirməsini aktiv şəkildə davam etdirir.

30.08.2016

Artıq 12 ildir ki, NIKOIL | Bank Sahibkarlığa Kömək Milli Fondu ilə fəal əməkdaşlıq edir. SKMF-nun xətti ilə güzəştli kreditlərin əsas alıcıları ölkənin müxtəlif bölgələrindəki kiçik və orta biznes subyektləridir. Bu kreditlər Azərbaycanda istehsalın və kənd təsərrüfatının müxtəlif sahələrinin inkişafına təsir edən əsas motivasiya amillərindəndir. Bu müddət ərzində Bank tərəfindən 36 mln. manat məbləğində 1592 kredit verilib.

Bugün də NIKOIL | Bank bazarın kiçik və orta biznes seqmentinin iştirakçıları olan çörək və un məmulatlarının bişirilməsi və digər ərzaq və məhsullarının istehsalı ilə məşğul olan sahibkarlar eləcə də heyvandarlıq, arıçılıq, balıqçılıq, əkinçiliklə məşğul olan fermerlər üçün sərfəli kredit şərtləri təklif edir. Kredit məbləği 5000-10000000 AZN, kredit müddəti kreditin məbləğindən asılı olaraq 10 ilədək, illik 6% dərəcəsi ilə kredit müddətinin yarısına qədər güzəşt dövrü ilə verilir.

Daha ətraflı məlumat üçün (012) 981 qısa nömrəsinə zəng edərək NIKOIL | Bank-ın Məlumat Mərkəzi ilə əlaqə saxlaya və ya SKMF-nun rəsmi www.anfes.gov.azsəhifəsinə daxil olaraq məlumat əldə edə bilərsiniz. Həmçinin SKMF tərəfindən Respublikanın müxtəlif bölgələrində keçirilən kredit yarmarkalarında iştirak edərək daha geniş məlumat əldə etmək mümkündür. Qeyd edək ki, NIKOIL | Bank bütün yarmarkaların fəal iştirakçısıdır.

17.09.2018

NIKOIL | Bank yeni bankomat quraşdırıb...

Binəqədi rayon sakinlərinin rahatlığı üçün NIKOIL | Bank...

13.09.2018

NIKOIL | Bank neftçilər üçün aksiya keçirir...

NIKOIL | Bank neft-qaz sahəsində çalışan əməkdaşlar üçün...

Valyuta
20.09.2018
20.09.2018
Alış
Satış
  • USD
    1.6980
    1.7030
  • EUR
    1.9750
    1.9990
  • RUB
    0.0245
    0.0260
  • GBP
    2.1000
    2.2650
20.09.2018 Alış Satış
USD 1.6980 1.7030
EUR 1.9750 1.9990
RUB 0.0245 0.0260
GBP 2.1000 2.2650