NIKOIL | Bank-ın əsas səhmdarı depozit portfelini artırır

29.07.2016

Nikolaz Şurqaianın NIKOIL | Bank-ın İdarə heyəti sədri vəzifəsinə və Fərhad Hacınski ilə Sergey Xmurinin İdarə Heyəti üzvü vəzifəsinə təyinatının ardı ilə bu həftə, NIKOIL | Bank-ın mojaritar səhmdarlarından olan “Topaz İnvestment” QSC Bankda 20 mln. ABŞ dolları həcmində uzunmüddətli depozitin yerləşdirilməsi haqda qərar qəbul edib. İlk 10 mln. ABŞ dolları Banka artıq mədaxil edilib, ikinci tranş isə cari ilin avqust ayının 12-nə qədər mədaxil olunması gözlənilir. Səhmdarların bu qərarı bankın kapitalının artırılması ilə yanaşı Azərbaycanda biznesin və əhalinin kreditləşməsinə yönəldilib.

Xatırladaq ki, 30 iyun 2014-cü il tarixindən etibarən bank səhmdarlarının heyəti aşağıdakı kimi formalaşdırılıb: "Topaz İnvestment" QSC - 56,4%, "NİKOİL" QSC – 42.6% və "ISR Holding"-1% MMC.

Bugün NIKOIL | Bank əhaliyə milli və xarici valyutada həyata keçirilən hesablaşma, kredit, kart, zəmanət, banklararası, sənədli və digər əməliyyatların da daxil olduğu xidmətlərin tam paketini təklif edən universal maliyyə-kredit təşkilatıdır. Bankın filial şəbəkəsi Bakı, eləcə də Azərbaycanın bölgələrində yerləşmiş 21 satış məntəqəsindən ibarətdir.Bankın sosial şəbəkədə rəsmi səhifəsinin ünvanı:https://www.facebook.com/bank.nikoil

Valyuta
13.12.2018
13.12.2018
Alış
Satış
  • USD
    1.7000
    1.7030
  • EUR
    1.9000
    1.9450
  • RUB
    0.0247
    0.0258
  • GBP
    2.0600
    2.1650
13.12.2018 Alış Satış
USD 1.7000 1.7030
EUR 1.9000 1.9450
RUB 0.0247 0.0258
GBP 2.0600 2.1650

Valyuta konvertoru