Nikoil | Bank-ın alpinistlərdən ibarət komandası Xızıda təlim-məşq toplantısı keçirdilər.

07.06.2016

Bu dəfəki yürüşün əsas fərqli cəhətlərindən biri də kluba bank əməkdaşlarından təşkil olunmuş yeni üzvlərin daxil olması idi. Yürüş bir o qədər də çətin olmasa da kluba yeni daxil olmuş əməkdaşlar üçün əhəmiyyətli təcrübə qazandırdı. 22 nəfər üzvdən ibarət komanda 04.06.2016-cı il saat 08:00 radələrində Bakıdan Xızıya istiqamət götürdü. Artıq 2 saatdan sonra təyin olunmuş məntəqəyə çatdılar.

Bir gün öncədən yağan güclü yağış öz təsirini göstərmişdir. Lakin çətinliklərə baxmayaraq komanda bütün heyəti ilə birlikdə təxminən 2.5 saata 6-7 km məsafəni qət edərək müəyyən edilmiş hədəfə müvəffəqiyyətlə çatdı. Ənənəvi olaraq Azərbaycan Respublikasının üçrəngli bayrağı və Nikoil Bankın bayrağı ilə xatirə şəkili çəkdirdikdən sonra komanda üzvləri bazaya qayıtdılar. Saat 20 :00 radələrində komanda artıq Bakıya çatmışdı.

Nikoil | Bank Azərbaycanda dağ idman yürüşlərinin təşkil olunmasında yaxından iştirak edir. İyul ayında komanda daha böyük heyət ilə Gürcüstan Respublikasının Gudairi rayonunda yerləşən hündürlüyü 3386 metr olan Muxadze (Gürcüstan, 3386 m.) zirvəsini yenidən fəth etməyi, avqust ayında isə Avropanın ən hündür zirvəsi olan Elbrus (RF, 5642 m.) zirvəsini fəth etməyi panlaşdırır.

10.05.2018

NIKOIL | Bank Böyük Vətən müharibəsi veteranlarını...

Faşizm üzərində böyük Qələbənin 73-cü ildönümü münasibətilə NIKOIL...

30.04.2018

NIKOIL | Bank yeni bankomat quraşdırıb...

Bakı şəhər sakinlərinin rahatlığı üçün NIKOIL | Bank...

Valyuta
24.05.2018
24.05.2018
Alış
Satış
  • USD
    1.6980
    1.7020
  • EUR
    1.9700
    2.0100
  • RUB
    0.0270
    0.0280
  • GBP
    2.2000
    2.3100
24.05.2018 Alış Satış
USD 1.6980 1.7020
EUR 1.9700 2.0100
RUB 0.0270 0.0280
GBP 2.2000 2.3100