Siz yeni il möcüzəsinə inanırsınız? Nikoil | Bank ənənəvi əmanət aksiyasına start verir!
Siz yeni il möcüzəsinə inanırsınız? O zaman Nikoil | Bank-da əmanət yerləşdirin və bütöv bir torba pul qazanın!
23 noyabr tarixindən etibarənNikoil | Bank ənənəvi yeni il Nikoil | 2016 əmanət aksiyasının başlaması haqqında elan edir. İstənilən şəxs 1000 AZN/USD/EURməbləğindən az olmayaraq, 3 aydan 60 aya qədər müddətə əmanət yerləşdirə bilər. Belə ki, O, Bankdan əmanət faiz dərəcəsinə +1% hədiyyə qazanacaqdır. Aksiya 25 yanvar 2016-ci ilə qədər davam edəcək.
Əmanət üzrə sərfəli faiz dərəcəsi ilə bərabər, hər bir əmanətçi Bankdan dəyərli hədiyyə - 15 000 USD məbləğində torba və 20 ədəd müasir smartfon telefon əldə etmək üçün uduşa şans əldə edəcəkdir.
Lotereyanın şərtlərinə əsasən, hər 1000 – 5000 AZN/USD/EUR dəyərində əmanət yerləşdirənə 1 şans, növbəti 5000 AZN/USD/EUR isə 1 şansa bərabərdir. Belə ki, bir əmanətçi maksimum 10 şans əldə edə bilər. Bir əmanətçi yalnız 1 dəyərli hədiyyə qazana bilər. Uduşda, eyni zamanda, hazırda aktiv olan bütün əmanətlər iştirak edir. Əmanətlər üzrə məhsul xətti aşağıdakı əmanət növlərindən ibarətdir:
NIKOIL | Vergisiz (maksimal illik gəliri 12% AZN-də və 7,7%-ə qədər USD-də), əmanətin unikallığı ondan ibarətdir ki, əmanət üzrə vergi ödənişləri müştərilərə Bank tərəfindən hədiyyə olunacaq. (http://nikoil.az/az/deposits/d5).
NIKOIL | Sabit (maksimal illik gəliri 14,5%-ə qədər AZN-də, 10%-ə qədəri USD-də və 8%-ə qədəri EUR-da). Bu əmanət növü sığortalanmış və yüksək faiz dərəcəsini özündə birləşdirir. Bu əmanət növündə əmanətin müddəti 3 aydan 60 aya qədərdir (http://nikoil.az/az/deposits/d4).
NIKOIL | Private (maksimal illik gəliri 13,7%-ə qədər AZN-də, 9,1%-ə qədər USD-də və 7,6%-ə qədər EUR-da), ilkin əmanət məbləğinin yüksək olması şərti ilə yüksək faiz dərəcəsi təklif edir. Bu əmanət növü VİP müştərilər üçün nəzərdə tutulmuşdur (http://nikoil.az/az/privatbanking/).
Eyni zamanda qeyd etmək istərdik ki, 2015-ci il üçüncü rübün yekun nəticələrinə əsasən, NIKOIL | BANK-ın əmanət portfeli üzrə fiziki şəxslərin müddətli əmanətləri ötən ilin eyni müddətinin yekunları ilə müqayisədə 34,85% artmışdır. Son 9 ay ərzində Bankın fiziki şəxslərin əmanət portfelində 45 832 609 AZN məbləğində artım olmuşdur.
Uduş fondu 29 yanvar 2016-ci ildə, Bankın Puşkin küçəsi 30 ünvanında yerləşən Baş Ofisində oynanılacaqdır.