NIKOIL | Bank “Asan İmza”nı tətbiq edərək hüquqi şəxslər üçün İnternet-bankinq xidmətini təqdim edir

08.07.2015

“NİKOYL” İKB ASC hüquqi şəxslər üçün yeni İnternet-banking – distant bankçılıq xidməti sistemini təqdim edir. “İnternet banking” sistemi müştəri – hüquqi şəxslərin öz hesablarını İnternet vasitəsilə, məsafədən idarə etməyə və aşağıdakı qeyd olunan əməliyyatları həyata keçirməyə imkan verir:

  • Bütün hesablar üzrə balans və hərəkət cədvəlinə baxış
  • Bankdaxili, ölkədaxili və ölkə xaricinə ödəniş tapşırıqları
  • Valyuta köçürmələri
  • Valyuta konvertasiyasına tapşırıq
  • Valyuta alışına tapşırıq
  • Valyuta satışına tapşırıq
  • Banka sərbəst formatda sənədlər
  • Çıxarış üçün sorğular
  • Sənədə rəy üçün sorğular

Təklif edilən xidmət növünü istifadə edə bilmək üçün Müştəri, internet bankçılıq xidmətinin göstərilməsi barədə müqavilə bağlamalıdır. Əməliyyatın sistemdə avtorizasiyası tamamilə təhlükəsizdir, belə ki, internet bankçılıq xidməti “Asan İmza” mobil elektron imza və SSL protokolu vasitəsilə hazırlanıb. Bankın müştəriləri internet bankçılıq xidmətinə ilk 6 ay ərzində ödənişsiz, 7-ci aydan başlayaraq illik 30 AZN ödəməklə qoşula bilər.

“NIKOIL Bank” haqqında

"NİKOYL" İKB əhaliyə milli və xarici valyutada həyata keçirilən hesablaşma, kredit, kart, zəmanət, banklararası, sənədli və digər əməliyyatların da daxil olduğu xidmətlərin tam paketini təklif edən universal maliyyə-kredit təşkilatıdır. Bankın filial şəbəkəsi Bakı, eləcə də Azərbaycanın bölgələrində yerləşmiş 21 satış məntəqəsindən ibarətdir. “NIKOIL Bank”ın bütün bank məhsulları, aksiyaları və xüsusi təklifləri haqqında məlumatı www.nikoil.az rəsmi internet səhifəsinə daxil olaraq və ya (012) 981 qısa nömrəsinə zəng edərək almaq mümkündür. Bankın sosial şəbəkədə rəsmi səhifəsinin ünvanı:https://www.facebook.com/bank.nikoil

“Asan İmza” haqqında

“Asan İmza” mobil elektron imza – mobil telefonu rəqəmsal şəxsiyyət vəsiqəsi və elektron imza vasitəsi kimi istifadə etməyə imkan verən texnologiyadır. “Asan İmza” texnologiyasını önə çıxaran başlıca cəhət smart kartın oxunması üçün əlavə qurğuların və proqram təminatının istifadəsinə ehtiyacın olmamasıdır. Xidmətin istifadəsi üçün autentifikasiya və elektron imza rəqəmsal açarlarının saxlanıldığı SIM karta əsaslanan mobil telefonun mövcudluğu kifayətdir. Ətraflı məlumat üçün: www.asanimza.az “Asan İmza” mobil elektron imza sistemində istifadə olunan autentifikasiya və elektron imza sertifikatları Vergilər Nazirliyinin Asan Sertifikat Xidmətləri Mərkəzi (ASXM) tərəfindən təqdim edilir. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə birgə yaradılmış və Rabitə və Yüksək Texnologiyalar Nazirliyində akkreditasiyadan keçmiş ASXM dövlət və yerli özünüidarəetmə orqanlarının əməkdaşlarına, hüquqi və fiziki şəxslərə təkmil sertifikatlar təqdim etmək hüququna malikdir. Ətraflı məlumat üçün: www.asxm.gov.az

21.04.2019

Kompensasiyanın verilmə vaxtını dəqiqləşdir...

Nikoil Bank Kompensasiya ödənişi gözləyən hər bir müştərisinin...

Valyuta
25.04.2019
25.04.2019
Alış
Satış
  • USD
    1.6970
    1.7015
  • EUR
    1.8800
    1.9150
  • RUB
    0.0257
    0.0267
  • GBP
    2.1700
    2.2200
25.04.2019 Alış Satış
USD 1.6970 1.7015
EUR 1.8800 1.9150
RUB 0.0257 0.0267
GBP 2.1700 2.2200

Valyuta konvertoru


Hörmətli istifadəçi

Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanına uyğun olaraq, fiziki şəxslərin xarici valyutada əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi ilə əlaqədar Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən hazırlanmış güzəşt kalkulyatoru

Kalkulyatora daxil ol Sayta davam et