Bayram günlərində Nikoyl Bank öz müştərilərinin dollarla götürülmüş kreditlərinin müddətini faizsiz uzadır

20.03.2015

Nikoyl Bank Novruz bayramı münasibətilə hamını təbrik edir və bununla əlaqədar olaraq 23 – 27 Mart tarixləri arasında borcalanları üçün “Açıq qapı günləri” elan edir! Bu günlər ərzində bankın bütün filiallarında kredit ödənişləri qəbul olunacaq, eyni zamanda, müştərilər “Dollarla kredit götürən borcalanlar üçün maliyyə dəstəyi” aksiyasından istifadə edə biləcəklər.

Məlumat üçün xatırladaq ki, qeyd olunan aksiya Bankın istehlak və ya biznes məqsədilə dollarla kredit götürmüş borcalanları üçün nəzərdə tutulmuşdur. Belə ki, kredit ödənişi üzrə gecikmə müddəti 30 günü keçməsin. Əgər müştəri yuxarıda qeyd olunan kriteriyalara uyğundursa, Bank müştərinin müraciətindən sonra faiz dərəcəsini, əlavə komissiya və digər ödənişləri əlavə etmədən kredit ödənişinin müddətini 40%-a qədər artırır. Bu isə öz növbəsində kreditin aylıq ödənişini azaldır. Bu mexanizm kredit üzrə aylıq ödənişin manat ekvivalentini əvvəlki səviyyədə saxlamağa imkan verir.

Bankın filial şəbəkəsi Bakı və Azərbaycanın regionlarında yerləşən 21 satış nöqtəsindən ibarətdir. Bütün bank məhsulları, aksiyalar və xüsusi təkliflərlə bağlı ətraflı məlumat üçün (012) 981 qısa nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.

Bankın sosial şəbəkədə rəsmi səhifəsi: https://www.facebook.com/bank.nikoil

Valyuta
25.06.2019
25.06.2019
Alış
Satış
  • USD
    1.6990
    1.7015
  • EUR
    1.9050
    1.9600
  • RUB
    0.0266
    0.0273
  • GBP
    2.1200
    2.1900
25.06.2019 Alış Satış
USD 1.6990 1.7015
EUR 1.9050 1.9600
RUB 0.0266 0.0273
GBP 2.1200 2.1900

Valyuta konvertoru


Hörmətli istifadəçi

Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanına uyğun olaraq, fiziki şəxslərin xarici valyutada əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi ilə əlaqədar Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən hazırlanmış güzəşt kalkulyatoru

Kalkulyatora daxil ol Sayta davam et