Nikoil | Bankın alpinist komandası Muxadze zirvəsini (Gürcüstan) fəth etdi.

12.05.2014

Nikoil | Bankın 12 nəfərdən ibarət alpinist komandası, onlardan 6 nəfəri komandanın yeni üzvləri, tam tərkibdə 1-ci çətinlik kateqoriyalı dəniz səviyyəsindən 3400 metr hündürlükdə olan Muxadze (Çauxi dağ massivi) adına zirvəni fəth etmişdilər. Yürüş iştirakçıları bu dağ ərazisinin gözəlliyini və idman üstünlüklərini layiqincə qiymətləndirmişdirlər.

Həmin yürüş ümummilli lider Heydər Əliyevin doğum gününün 91-ci il dönümünə həsr olunmuşdur.

Marşrutun fəth olunması, baza düşərgəsindən zirvəyədək 4 saat ərzində mümkün oldu. Zirvənin fəth edilməsi ağır hava şəraitində həyata keçdi: yumşaq qar örtüyü yürüşü çətiləşdirirdi. Komandanın yeni üzvlərinin təəssüratlarına əsasən yürüş çətin, marşrut mürəkkəb idi, yalnız yüksək komanda ruhu həmin yürüşü həyata keçirməyə imkan vermişdir.

Muxadze zirvəsi kifayət qədər uzun məsafəlidir. Həmin zirvədən Çauxi dağ massivinə və əzəmətli Kazbekə möhtəşəm mənzərə açılır.

Nikoil | Bankın alpinist komandası iyun ayında “Uralsib” Maliyyə Korporasiyasının nümayəndələri ilə “Muxadze” zirvəsinə təkrar yürüş həyata keçirməyi planlaşdırır. 

10.05.2018

NIKOIL | Bank Böyük Vətən müharibəsi veteranlarını...

Faşizm üzərində böyük Qələbənin 73-cü ildönümü münasibətilə NIKOIL...

30.04.2018

NIKOIL | Bank yeni bankomat quraşdırıb...

Bakı şəhər sakinlərinin rahatlığı üçün NIKOIL | Bank...

Valyuta
24.05.2018
24.05.2018
Alış
Satış
  • USD
    1.6980
    1.7020
  • EUR
    1.9700
    2.0100
  • RUB
    0.0270
    0.0280
  • GBP
    2.2000
    2.3100
24.05.2018 Alış Satış
USD 1.6980 1.7020
EUR 1.9700 2.0100
RUB 0.0270 0.0280
GBP 2.2000 2.3100