NIKOIL|Bankın əməkdaşı Avropa çempionu titulunu müdafiə etdi.

17.04.2014

NIKOIL|Bankın əməkdaşı Həsən Quliyev, +85 kiloqram çəkidə karate-do şotokan idman növü üzrə Avropa çempionu titulunu müdafiə etdi.

Həsən Quliyev, 4-6 aprel 2014-cü il tarixlərində Eger (Macarıstan) şəhərində keçirilən karate-do üzrə Avropa Çempionatında qızıl medal qazandı. Görüşlərində rumın, bolqar və ispan idmançılarına qalib gələrək finalda ev sahibi macar idmançısına şans qoymamışdır.

Onuda qeyd etmək lazımdır ki, Həsən Əliyev karate-do üzrə Dünya və ikiqat Avropa çempionudur.

NIKOIL|Bankın əməkdaşları öz çempionunu Heydər Əliyev beynəlxalq Hava limanında qarşılayaraq, bununla öz həmkarlarına dövlətini və bankını beynəlxalq yarışlarda təmsil etdiyinə görə dəstəklərini və onun qələbəsinə inamlarını nümayiş etdirmişdilər.

Bu gün Bankın Baş Ofisində İdarə Heyətinin sədri V.V.Xamazanın rəhbərliyi altında çempionun təntənəli mükafatlandırma mərasimi keçirilmişdir. Tədbirə çempionun anası Züleyxa xanım və Azərbaycan karate-do federasiyasının prezidenti Ariz Ağayev dəvət olunmuşdurlar.

Həsən Quliyevə pul mükafatı təqdim olundu. Tədbirdə çıxış edən İKB “NİKOYL” ASC-nin İdarə Heyətinin Sədri Vasiliy Viktoroviç Xamaza bunları söylədi: “Həsənin unikallığı bir idmançı kimi ondan ibarətdir ki, o idmanla işdən kənar məşğul olur və bununlada çempionluq titulunu əldə edir. Biz ona hörmətlə yanaşaraq kollektivimizin tamhüquqlu üzvü hesab edirik”.

Öz təbrik nitqində Vasiliy Viktoroviç Həsənin məşqçizi Ariz Ağayevə təşəkkürünü bildirdi və onun məşqçi kimi əməyini qeyd etdi. Ariz Ağayev isə öz növbəsində, Həsəni və karate-do Federasiyasını dəstəklədiyinə görə İKB “NİKOYL” ASC-nin İdarə Heyətinin Sədri Vasiliy Viktoroviç Xamazaya minnətdarlıq rəmzi olaraq kimono hədiyyə etdi və 2-ci Dan qara kəmər sahibi fəxri diplomunu, Azərbaycan Karate-do Şotokan Federasiyasının üzvü vəsiqəsini təqdim etdi. 

10.05.2018

NIKOIL | Bank Böyük Vətən müharibəsi veteranlarını...

Faşizm üzərində böyük Qələbənin 73-cü ildönümü münasibətilə NIKOIL...

30.04.2018

NIKOIL | Bank yeni bankomat quraşdırıb...

Bakı şəhər sakinlərinin rahatlığı üçün NIKOIL | Bank...

Valyuta
22.05.2018
22.05.2018
Alış
Satış
  • USD
    1.6980
    1.7020
  • EUR
    1.9900
    2.0200
  • RUB
    0.0272
    0.0279
  • GBP
    2.2300
    2.3100
22.05.2018 Alış Satış
USD 1.6980 1.7020
EUR 1.9900 2.0200
RUB 0.0272 0.0279
GBP 2.2300 2.3100