Dividend siyasəti

“NİKOYL” İKB ASC DİVİDEND SİYASƏTİ

 

Hazırkı Dividend Siyasəti Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə və digər tətbiq olunan qanuvericiliyə, Bankın Nizamnaməsinə və Bankın daxili normativ sənədlərinə müvafiq olaraq işlənib hazırlanmışdır.

Hazırkı Dividend siyasətinin qəbul edilməsinin məqsədi dividentlərin verilməsi, ödənişlərin həcminin müəyyən edilməsi, qaydaları və müddətləri haqqında qərarın qəbul edilməsinin şəffaflığı və Bankın səhmdarlarına aydın mexanizminin müəyyən edilməsidir.

Divident siyasəti Bankın idarə edilməsinin ümumi siyasətinin hissəsidir və AR qüvvədə olan qanunvericiliyi, Bankın daxili sənədləri ilə nəzərdə tutulan səhmdarlara hörmət və onların hüquqlarının ciddi qorunması ilə Bankın və onun səhmdarlarının dividend ödənişlərinin müəyyən edilməsi zamanı maraqlar balansına əsaslanır və Bankın kapitallaşmasının artımına və ona investisiya cəlbinin artırılmasına yönəldilmişdir.

Dividendlərin ödənilməsi haqqında qərarla (elanla) hər bir kateqoriyanın bir səhminə hesablanma ilə dividendlərin həcmi müəyyən edilir. Elan olunmuş dividendlərin ödənilməsi Bankın vəzifəsidir. Bank dividendlərin alınması hüququna malik olan şəxslərin qarşısında bu vəzifələrin icra olunmamasına görə AR qanunvericiliyinə müvafiq olaraq məsuliyyət daşıyır.

SƏHMDARLARA DİVİDENDLƏRİN VERİLMƏSİNİN ƏSAS ŞƏRTLƏRİ

  • Bankin səhmdarlarına dividendlərin verilməsi şərtləri aşağıdakılardır:
  • Paylanması lazım olan təmiz gəlirin Bankda olması;
  • AR qanunvericiliyi ilə nəzərdə tutulan dividendlərin ödənilməsinə məhdudiyyətlər, həmçinin Bankın üçüncü şəxslərlə, xüsusilə xarici maliyyə təşkilatları ilə bağladığı müqavilələrdə olan digər məhdudiyyətlərlə;
  • Dividendlərin verilməsi zamanı Bankın şəxsi kapitalının kifayətliliyi AR banklarının ümumsahə normativlərindən aşağı olmayan normativlərinə riayət edilməsi;
  • Bankın beynəlxalq kredit reytinqlərinin saxlanması (dəstəklənməsi);
  • Müvafiq müddətdə Bankın maliyyə hesabatlığının auditinin aparılması;
  • Bankın səhmdarlarının ümumi yığıncağının qərarı;
  • Bankın öhdəlikləri üzrə defolta gətirə bilən ödənişlər zamanı defoltun yolverilməzliyi;
  • Səlahiyyətli orqan tərəfindən müəyyən edilən erkən reaksiya tədbirlərinin tətbiq edilməsinin yolverilməzliyi.

 

DİVİDENDLƏRİN ÖDƏNİLMƏSİ HAQQINDA QƏRARIN QƏBUL EDİLMƏSİ QAYDASI

  • Dividendlərin ödənilməsi, dividendlərin həcmi haqqında qərar (elan) Müşahidə şurasının tövsiyyəsi ilə Səhmdarların Ümumi Yığıncağı tərəfindən qəbul olunur.
  • Səhmdarların Ümumi Yığıncağı tərəfindən qəbul olunan dividendlərin verilməsi haqqında qərar, həmçinin səsvermənin yekunları səhmdarların ümumi yığıncağında elan olunur ki onun da gedişatında səsvermə aparılır və ya nikoil.az ünvanı üzrə İnternet şəbəkəsində Bankın rəsmi saytdında yerləşdirilmə və KİV-də nəşr olunmaq yolu ilə səhmdarların ümumi yığıncağında iştirak hüququna malik olan şəxslərin siyahısına daxil edilən şəxslərə səsvermə haqqında hesabat formasında qeydiyyatçı tərəfindən səsvermə yekunları haqqında protokol tərtib olunduqdan 10 gün sonra çatdırılır.

DİVİDENDLƏRİN ÖDƏNİLMƏ QAYDALARI

  • Bankin sadə səhmləri üzrə dividendlərin ödənilməsi haqqında qərar aşağıdakı məlumatlara malik olmalıdır:
  • Bankın adı, yerləşdiyi yer, bank və digər rekvizitləri;
  • Dividendlərin verilməsi müddəti;
  • Bir sadə səhmə görə hesablanmada dividendin həcmi;
  • Dividendlərin ödənilməsinin başlanma tarixi;
  • Dividendlərin ödənilməsi qaydaları və forması;
  • Dividendlərin ödənilməsi müddəti dividendlərin ödənilməsi haqqında qərarın Səhmdarların Ümumi Yığıncağı tərəfindən qəbul olunması anından 30 gündən gec olmayaraq.

Dividendlər səhmdarlara dividendlərin ödənilməsi haqqında qərarın qəbul olunması anından 30 gün ərzində ödənilir. Dividendlərin ödənilməsi nağdsız qaydada, səhmdarların, həmçinin hüquqi, eləcə də fiziki şəxslərin bank hesablarına köçürmə yolu ilə həyata keçirilir.

Bir səhmdara hesablanmış dividendlərin məbləği müəyyən kateqoriyanın bir səhminə olan dividend məbləğinin bu kateqoriyanın səhminin səhmdara məxsus olan sayına vurulması yolu ilə müəyyən edilir.

Səhmdarlara ödənilən dividendlərə verginin qoyulması qaydası AR vergi qanunvericiliyinə müvafiq olaraq hüquqi şəxslər üçün müəyyən edilir.

Tələb olunmayan dividendlərin ödənilməsi anında vergi qanunvericiliyinə dəyişikliklər və əlavələr daxil edildiyi hallarda, bu cür tələb olunmayan dividendlərin ödənilməsi zamanı ödəniş anında qüvvədə olan vergi qanunvericiliyinə müvafiq olaraq verginin yenidən hesablanması aparılır.

 

 16.05.2019

Valyuta
25.06.2019
25.06.2019
Alış
Satış
  • USD
    1.6990
    1.7015
  • EUR
    1.9050
    1.9600
  • RUB
    0.0266
    0.0273
  • GBP
    2.1200
    2.1900
25.06.2019 Alış Satış
USD 1.6990 1.7015
EUR 1.9050 1.9600
RUB 0.0266 0.0273
GBP 2.1200 2.1900

Valyuta konvertoru


Hörmətli istifadəçi

Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanına uyğun olaraq, fiziki şəxslərin xarici valyutada əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi ilə əlaqədar Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən hazırlanmış güzəşt kalkulyatoru

Kalkulyatora daxil ol Sayta davam et