Daxili komitələr

  • Komitənin sədri: Rüstəmov Emil
    Komitənin üzvləri:
    Mahmudxanov X. (KKKS olmadığı zamanı KKK Sədrini əvəz edən)
    Mədətov Fuad 

     

    Kiçik kredit komitəsi öz limitləri çərçivəsində kredit üzrə qərarlar qəbul edən, daimi fəaliyyət göstərən kollegial orqandır.

    Komitənin səalhiyyətlərinə öz limitləri çərçivəsində Bankın müştərilərinə standart kreditlərin verilməsi üzrə məsələlərə baxılması və qərarların qəbul edilməsi, mövcud kreditlərin restrukturizasiyası və şərtlərini dəyişdirilməsi üzrə qərarların qəbul edilməsi, kredit portfelinin monitorinqi nəticələrinə baxılması və portfelin növbədənkənar monitorinqi üzrə məsələnin inisiasiyası, eləcə də qanunvericiliklə və daxili sənədələrlə müəyyən edilmiş digər vəzifələr aiddir.

     



  • Komitənin sədri: Şurqaia N.N.
    Komitənin üzvləri:
    Tediaşvili D. V.
    Duşdurov E. M.
    Nadirov B. N.
    Zeynalov A. H.

     

    Aktiv və passivlərin idarəedilməsi komitəsi Bankda aktiv və passivlərlə əlaqədar risklərin idarə edilməsi və bu sahədə maksimal gəlirliliyin əldə edilməsi üçün səmərəli idarəetməyə nail olmaq məqsədi daşıyan kollegial orqandır.

    Komitə aktiv və passivlərin idarə edilməsi üzrə ümumi və ayrı-ayrı sahələr üzrə qərarlar qəbul edir, qərarların icrasına nəzarət edir, Müşahidə Şurasına öz səlahiyyətləri çərçivəsində təkliflər verir. Komitənin vəzifələrinə Bankın aktiv və passivlərin idarə edilməsi ilə bağlı bütün proseslərin hazırlanmasında iştirak, Müşahidə Şurası tərəfindən təsdiq olunan maksimal məqbul risk səviyyəsi çərçivəsində aktivlərin gəlirliliyinin artırılması, likvidliklə bağlı təhlil və proqnozların təsdiq olunma üçün təqdim edilməsi, eləcə də qanunvericiliklə və daxili sənədələrlə müəyyən edilmiş digər vəzifələr aiddir.

     

  • Komitənin sədri: Şurqaia N.N.
    Kredit komitəsinin üzvləri:
    Hacınski F. İ. (KKS olmadığı zamanı KK Sədrini əvəz edən)
    Tediaşvili D. V.

    Bankın qəbul olunmuş kredit siyasətinə müvafiq olaraq kredit risklərini idarə edir, öz səlahiyyəti daxilində kreditlərin verilməsi, verilmiş kreditlərin şərtlərinin dəyişdirilməsi ilə bağlı qərar qəbul edir.

      

     

  • Komitənin sədri: Kulişova M.V.
    Kredit komitəsinin üzvləri:
    Şurqaia N. N.
    Duşdurov E. V.

     

    Komitə, Bankda mükafatlandırma siyasətinin hazırlanması, mükafatlandırma prosesinə nəzarətin həyata keçirilməsi, mükafatlandırmanın həcmi üzrə təkliflərin verilməsi sahəsində səlahiyyətli kollegial struktur bölmədir.


    Bankın Mükafatlandırma Komitəsinin fəaliyyət prinsipləri aşağıdakı kimidir:
    Müstəqillik Komitənin üzvləri qərar qəbul etməkdə tam müstəqildir və onlara kənar təsir olmamalıdır;
    Peşəkarlıq Komitə üzvləri mükafatlandırma ilə əlaqədar dəqiq və ətraflı şəkildə qiymətləndirmə aparmalı və qərarlar yalnız əsaslandırılmış dəlillər əsasında qəbul edilməlidir;
    Şəffaflıq və kollegiallıq qərarlar Komitənin bütün üzvləri arasında açıq və aydın müzakirələr nəticəsində edilməlidir;
    Riskə görə nəticə Komitənin üzvləri qəbul etdikləri qərarların Bankın risk siasətinə uyğunluğuna əmin olmalıdırlar.

  • Komitənin sədri: Kərimov Vüqar
    Komitənin üzvləri:
    Tağıyev Samir (PAİK Sədrinin olmadığı zamanı PAİK Sədrini əvəz edən)
    Mustafayev Qafur

     

    Problemli aktivlərin idarəedilməsi komitəsi Bankın kredit portfelinin sağlamlaşdırılmasına yönləndirilmiş fəaliyyətin koordinasiyasına cavabdeh kollegial orqandır.

    Komitə problemli aktivlərin idarə olunması mexanizmlərini həyata keçiriri və bu sahədə onun vəzifələrinə Bankın problemli aktivlərlə iş üzrə siyasətinin müəyyən edilməsində iştirak, problemli aktivlərlə işin daimi dəstəklənməsi, bu sahədə standartların və qəbul olunmuş qaydaların icrasına nəzarət, problemli aktivlər üzrə itkilərin minimallaşdırılması üzrə təkliflərin irəli sürülməsi, müştərilərin kredit şərtlərində dəyişikıiklərin edilməsi ilə bağlı şikayət və müraciətlərinə baxılması və bununla bağlı qərarların qəbul olunması üçün müvafiq orqana müraciət, eləcə də qanunvericiliklə və daxili sənədələrlə müəyyən edilmiş digər vəzifələr aiddir.

  • Komitə sədri: Kulişova M.V.
    Komitə üzvləri:
    Şurqaia N. N.
    Duşdurov E. V.
    Zeynalov A. H.
    Tediaşvili D. V.
    Yenukidze N. N. – Auditor Komitəsinin Sədri
     

    Risklərin idarə edilməsi komitəsi Bankda idarəetmənin effektivliyinin artırılması, risklərin idarə edilməsi və risklərə nəzarətin gücləndirilməsi üçün fəaliyyətdə olan kollegial orqandır.

    Komitə Bankın risklərin idarə edilməsi üzrə strategiyası və siyasətinin müəyyən edilməsi, risklərin aşkarlanması və qiymətləndirilməsi üzrə müvafiq metod və vasitələrin seçilməsi və onların reallaşması tezliyinin müəyyən edilməsi, aşkar olunan və qəbul olunan risklərin onların idarə edilməsi üzrə strategiya və siyasətə uyğunluğunun monitorinqi, müxtəlif növ risklər üzrə limitlərə baxılması və təsdiq olunması üçün Müşahidə Şurasına təqdim olunması, Müşahidə Şurasına Bankın vaxtaşırı məruz qaldığı risklərin vəziyyəti barədə, risklərin idarə edilməsi sisteminin adekvatlığı və risklərin idarə edilməsi prosesinin effektivliyi barədə hesabatın təqdim olunması və risklərin idarə olunması ilə bağlı qanunvericilik və daxili sənədlərlə müəyyən edilmiş digər vəzifələrə malikdir.

     

     

  • Komitənin sədri: Şurqaia N.N.
    Komitənin üzvləri:
    Tağıyev F. R. (İTKS olmadığı zamanı İTK Sədrini əvəz edən )
    Birman D. 
    Zeynalov A. H.
    Duşdurov E. M.

    Komitə Bankın Azərbaycan Respublikasının maliyyə bazarında texnoloji liderlərdən birinə çevrilmək, yüksək kefiyyətli bank və maliyyə xidmətləri göstərməyi hədəfləyən informasiya texnologiyaları üzrə stretegiyasının həyata keçirilməsi prosesinə nəzarət edir və yönləndirir.

    Müəyyən olunmuş məqsədlərə nail olmaq üçün Komitənin aşağıdakı funksiyaları var:

    • Bankın informasiya texnologiyaları sahəsində siyasətinin müəyyən edilməsi
    • İnformasiya texnologiyalarının inkişafı ilə bağlı öz səlahiyyətləri çərçivəsində qərarların qəbul ediilməsi
    • İT satınalmaların planlaşdırılması və bununla bağlı qərarların qəbul edilməsi
    • İT və kommunikasiyalarla bağlı xərclərin analizi, effektivliyin dəyərləndirilməsi
    • Bankda İT işinin mükəmməlləşdirilməsi üzrə təkliflərin dəyərləndiriliməsi və təsdiqlənməsi.

     

     

     

Yüklənmə tarixi: 19.05.2019
2.07.2019

Nikoil bank-dan polis işçiləri üçün özəl kredit...

Ölkəmizin əmin-amanlığının əsas təminatçısı olan daxili işlər orqanlarının...

Valyuta
20.07.2019
20.07.2019
Alış
Satış
  • USD
    1.6990
    1.7020
  • EUR
    1.8800
    1.9300
  • RUB
    0.0250
    0.0272
  • GBP
    2.1000
    2.1600
20.07.2019 Alış Satış
USD 1.6990 1.7020
EUR 1.8800 1.9300
RUB 0.0250 0.0272
GBP 2.1000 2.1600

Valyuta konvertoru


Hörmətli istifadəçi

Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanına uyğun olaraq, fiziki şəxslərin xarici valyutada əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi ilə əlaqədar Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən hazırlanmış güzəşt kalkulyatoru

Kalkulyatora daxil ol Sayta davam et