Strateji baxış

İnkişaf strategiyası

Nikoyl İnvestisiya Kommersiya Bankının inkişaf strategiyası beynəlxalq maliyyə institutları ilə əməkdaşlıq edən pərakəndə bank olaraq, özünün paytaxt və region mərkəzlərində fəaliyyət göstərən geniş satış şəbəkəsi hesabına orta və xırda müəssisələrə, eləcə də, Azərbaycan Respublikası ərazisində əhalinin orta və az gəlirli təbəqələrinə bütün növ bank xidmətlərinin göstərilməsi  və 2020-ci ilə qədər aktiv, əmanət və kredit portfellərinin həcminə görə bank bazarının ilk onluğunda öz yerinin möhkəmləndirilməsində əksini tapır.  Bank beynəlxalq maliyyə bazarına çıxmaq və bank texnologiyalarını inkişaf etdirmək üçün beynəlxalq maliyyə insitutlarını öz sırasına dəvət etmək barədə düşünür.

Bankın qarşısına qoyduğu məqsədlərdən biri də beynəlxalq standartlara uyğun tam şəffaf fəaliyyət qurmaq, korporativ idarəetmə, risklərin idarə edilməsi və eləcə də, bank xidmətlərinin satış sferasında ən yeni texnologiyaların tətbiq edilməsidir.

Bank yeni texnologiyaların tətbiqi ilə öz müştərilərinə operativ və keyfiyyətli şəkildə çeşidli məhsullar təqdim etməlidir, bununla yanaşı öz əməkdaşlarını ən dəyərli aktiv kimi qiymətləndirməli, bu aktivə sərmayə qoymalı və nəticəyə əsaslanan motivasiya sistemi tətbiq etməlidir. 

Bank Azərbaycan cəmiyyəti qarşısında sosial məsuliyyətini anlayaraq maliyyə xidmətləri haqqında cəmiyyəti maarifləndirməyə müntəzəm olaraq öz töhvəsini vermək fikrindədir.

30.10.2018

NIKOIL | Bank-ın Visa Platinum kartı ilə...

Məzuniyyətə və ya işgüzar səfərə hazırlaşırsınız və səyahət...

Valyuta
14.11.2018
14.11.2018
Alış
Satış
  • USD
    1.6980
    1.7020
  • EUR
    1.9120
    1.9250
  • RUB
    0.0243
    0.0254
  • GBP
    2.0800
    2.2250
14.11.2018 Alış Satış
USD 1.6980 1.7020
EUR 1.9120 1.9250
RUB 0.0243 0.0254
GBP 2.0800 2.2250

Valyuta konvertoru