az  ru  en
NikoilBank
26 İyul, 2017 il.

NIKOIL | Bank manatla yeni kredit məhsullarını təqdim etdi!

  Artıq bu gündən, Siz, dörd əsas kredit məhsullarından istənilən məhsulu sərfəli şərtlərlə, milli valyutada, illik 20%-dən başlayaraq rəsmiləşdirə bilərsiniz:Daşınmaz əmlak girovu ilə kredit:- 7 000-dən 50 000 AZN-ə qədər;- Komissiya: 2%;- müddət: 6-60 ay. Dollar depoziti əsasında manatla kredit xətti:- əmanətin ümumi məbləğinin 70%-ə qədəri;- komissiya: 0%;- müddət: 1-12 ay. Kredit kartı:- 300 – 30 000 AZN;- komissiya: 0%;- müddət: 12-36 ay. Nağd pulla kredit:- 500-dən 30 000 AZN-ə qədər;- komissiya: 1%;- müddət: 6 – 36 ay.

 

17 İyul, 2017 il.

NIKOIL | Bank “Zolotaya Korona” şöbəsini açdı

NIKOIL | Bank “Zolotaya Korona” sistemi ilə beynəlxalq pul köçürmələrini həyata keçirən müştəriləri üçün yeni – “Tarif 0%” təklifini elan edir. Bu məqsədlə Puşkin küçəsi 30 ünvanında yerləşən, 09:00-dan 21:00-ə qədər fəaliyyət göstərəcək xüsusi şöbə açıldı.Bundan sonra, yaxın və uzaq xarici ölkələrə milli valyutada köçürmələrin edilməsinə və rubl, ABŞ dolları və ya türk lirası ilə alınmasına görə komissiya tutulmayacaq. Göndərən şəxs üçün manatın uyğun valyutaların birinə konvertasiyası əlverişli məzənnə ilə həyata keçirilir.“Zolotaya Korona” pul köçürmələri dərhal aparılır. Pulun göndərilməsi və alınması üçün hesabın açılması tələb olunmur. “Zolotaya Korona – Pul köçürmələri” servisi xidmətinin infrastrukturu MDB və uzaq xarici ölkələrdə olan 49 mindən artıq məntəqələrdən ibarətdir.Qeyd edək ki, bu şöbə həftənin 7 günü fəaliyyət göstərir. 

 

11 İyul, 2017 il.

NIKOIL | Bank hüquqi şəxslər və fərdi sahibkarlar üçün SMS-bankinq xidmətini açdı

Hüquqi şəxslər və fərdi sahibkarlar üçün SMS-bankinq xidməti – sadə və eyni zamanda müasir və rahat xidmətdir. Bu xidmət, banka  gəlmədən, evdən və ya ofisdən çıxmadan, xaricdə olarkən 24 saat ərzində hesabın balansına və hesab üzrə əməliyyatlara mobil telefona daxil olan mesaj vasitəsilə nəzarət etməyə imkan yaradır. SMS-bankinq pul vəsaitlərinin hesaba mədaxili (köçürmələr), pul vəsaitlərinin hesabdan köçürülməsi, cari nağd vəsaitin hesaba artırılması, hesab üzrə cari qalıq haqqında xəbərdarlıq almaq imkanı yaradır. SMS-bankinq xidmətinə qoşulmaq üçün ərizə yazıb onu  müştərinin xidmət olunduğu Bankın bölməsinə təqdim etmək lazımdır.  

 

7 İyul, 2017 il.

NIKOIL | Bank – İpoteka. Öz evinə xoş gəlmisən!

    Azərbaycan İpoteka Fondu tərəfindən NIKOIL | Bank üçün növbəti böyük limit ayrıldı. NIKOIL | Bank Azərbaycan İpoteka Fondu ilə 2006-cı ildən etibarən sıx əməkdaşlıq edir və ipoteka kreditlərinin verilməsini aktiv şəkildə davam etdirir. Dövlət ipoteka kreditləşməsinin şərtlərinə uyğun olaraq, kreditlər 30 il müddətinədək,  güzəştli faiz dərəcəsi -  4%, standart  faiz dərəcəsi - 8% olaraq 100 min AZN-dək verilir. İpoteka kreditinin şərtlərinə görə ilkin ödənişin məbləği daşınmaz əmlakın ümumi dəyərinin 15% -ni təşkil etməlidir. Bugünədək NIKOIL | Bank tərəfindən 43 mln. AZN məbləğində 1134  kredit verilmişdir. Azərbaycan Dövlət İpoteka Fondu ilə əməkdaşlığı sayəsində, NIKOIL | Bank, əhalinin mənzil şəraitinin yaxşılaşdırılması istiqamətində fəaliyyətini davam etdirir.

 

23 İyun, 2017 il.

NIKOIL | Bank iş cədvəlini dəyişdi!

“Formula-1” Bakı Qran-Prisi ilə əlaqədar, Puşkin küçəsi 30 ünvanında yerləşən Bankın Baş Ofisi yeni iş cədvəlinə keçəcək. 23 iyun tarixində Müştəri Xidmətləri Mərkəzi 09:00-dan 18:00-a qədər bütün bank xidmətləri üzrə fəaliyyət göstərəcək. 18:00–dan 21:00-a qədər isə yalnız valyuta mübadiləsi xidməti aktiv olacaq. 24 və 25 iyun daxil olmaqla, valyuta dəyişmə məntəqəsi 10:00-dan 21:00-a qədər açıq olacaq, lakin digər bank əməliyyatları aparılmayacaqdır.Müştərilərin rahatlığı və xidmətlərin keyfiyyətinin artırılması - NIKOIL | Bankın müştərilər və paytaxtın qonaqları qarşısında olan əsas vəzifələrindən biridir.

 

21 İyun, 2017 il.

NIKOIL | Bank bayram iftarı təşkil etdi

Qarşıdan gələn müqəddəs Ramazan bayramı münasibətilə NIKOIL | Bank növbəti sosial aksiyasını keçirdi. Bank Bakı məscidlərinin birində bayram iftarı təşkil etmişdir. Ənənəvi duanın oxunması və namaz ilə başlanan tədbirdə 150  nəfərə yaxın dindar iştirak etmişdir.      Ramazan – müsəlman təqviminin doqquzuncu ayıdır. Bu ayda oruc tutmaq İslamın beş şərtindən biridir. Oruc  insanın sağlamlığına müsbət təsir edir, xoş əməllər isə xüsusən vacib sayılır.

 

13 İyun, 2017 il.

NIKOIL | Bankın debet kartını sifariş edin və vəsaitləri komissiyasız nağdlaşdırın!

NIKOIL | Bank öz bankomatlar və pos-terminal şəbəkələrində debet kartlarından nağd pulun çıxarılması üçün komissiyaların ləğv etmə üzrə aksiyanın müddətini uzadıb. Növündən və dəyərindən asılı olmayaraq, debet plasik kartlartın bütün sahibləri müasir ödəniş vasitəsinə malik olmaqla yanaşı, komissiyalara görə 100% endirim qazanacaqlar!  Göstərilən şərtlər həm mövcud, həm də yeni müştərilər üçün keçərlidir. Bu gün NIKOIL | Bank-ın plastik kartlar üzrə məhsul xəttində Visa Electron, Visa Classic, Visa Gold, Visa Platinum, MasterCard Maestro, MasterCard Standard və MasterCard Gold kimi plastik kartlar təqdim olunur. Qeyd edək ki, Visa Platinum kartını əldə edən müştəriyə Priority Pass kartı hədiyyə edilir. Bu kart vasitəsilə dünyanın istənilən hava limanlarının VİP istirahət məkanlarından sərbəst istifadə etmək mümkündür.

 

9 İyun, 2017 il.

İdxalçıların nəzərinə!

            “A.R. rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması” Qaydalarının 4.3.1.3. maddəsinə əsasən, Azərbaycan Respublikasına idxal olunan malların və xidmətlərin qabaqcadan ödəniş aparıldığı gündən 180 gün müddətində malların ölkəyə idxalını təsdiq edən sənəd banka təqdim edilməlidir. Həmin müddət ərzində mallar idxal edilmədikdə, xidmətlər göstərilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda bank qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədləri Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş məsuliyyət tədbirlərinin həyata keçirilməsi üçün iki iş günü ərzində Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasına təqdim etməlidir.           Məlumat üçün bildiririk ki, İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə vəzifəli şəxslərin inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslərin inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilməsi nəzərdə tutulmuşdur.

 

2 İyun, 2017 il.

NIKOIL | Bank filial şəbəkəsini optimallaşdırır

     Daha əvvəl səsləndirilmiş Bankın maliyyə səmərəliliyinin və texnolojiliyinin artırılması prioritetlərinə uyğun olaraq, NIKOIL | Bank rəhbərliyi “Xırdalan” və 7 saylı filiallarınbağlanması haqqında qərar verib. Satış nöqtələrinin fəaliyyəti 4 saylı, 5 saylı və “Sumqayıt” filialları arasında paylanacaq. Filialların bağlanması və müştərilərin digər filiallara köçürülməsi cari ilin iyun ayında həyata keçiriləcək. Keçmiş 7 saylı filialın müştəriləri, Bakı ş., Xocalı pr. 24 ünvanında yerləşən 5 saylı filialda xidmət olunacaq, keçmiş “Xırdalan” filialın müştəriləri Bakı ş., Q.Qarayev küçəsi 25-29 ünvanında yerləşən 4 saylı filialda və Sumqayıt ş. 1-ci mikrorayon, N.Nərimanov küçəsi 49В ünvanında yerləşən“Sumqayıt” filialında xidmət olunacaqlar.     NIKOIL | Bank Bakı və Azərbaycanın regional mərkəzlərində yerləşən və  qabaqcıl satış şəbəkəsi olan  universal maliyyə-kredit təşkilatıdır. Bank hesablaşma, depozit, kart, kredit və zəmanət kimi müasir və etibarlı bank xidmətləri əməliyyatlarının tam paketini təklif edir. Bankın bütün məhsulları, aksiyaları və xüsusi təklifləri barədə məlumatı korporativ www.nikoil.az  səhifəsinə daxil olaraq və ya (012) 981 qısa nömrəsi ilə əlaqə saxlayaraq əldə edə bilərsiniz. Bankın sosial şəbəkədə rəsmi səhifəsinin ünvanı:https://www.facebook.com/bank.nikoil

 

2 İyun, 2017 il.

Müştərilərin nəzərinə!

Azerbaycan Respublikası Banklar haqqında qanun 45-ci maddəsinə əsasən bank maliyyə ilin qurtarmasından ən geci beş ay müddətində maliyyə vəziyyətini əks etdirən xarici auditor tərəfindən təstiqlənmiş maliyyə hesabatı auditor rəyi ilə birlikdə kütləvi informasiya vasitələrində dərc edilməlidir. Nikoyl Bank maliyyə ilin hesabatını texniki problemlər ilə əlaqədar 12 iyun 2017-ci il tarixində kütləvi informasiya vasıtələrində dərc edəcəkdir.

 

18 May, 2017 il.

NIKOIL | BANK-ın əməkdaşı karate-do üzrə Avropa Çempionatının mükafatçısı oldu

  NIKOIL | BANK –ın əməkdaşı Həsən Quliyev 05-07 may tarixlərində Serbiyanın Subotitsa şəhərində karate-do idman növü üzrə keçirilən Avropa çempionatında bürünc medal qazandı. Həmin çempionatda 25 fərqli ölkədən idmançılar iştirak edirdi. 85+ kq çəki kateqoriyasında mübarizə apararaq, Həsən, İngiltərə, Rumıniya və Bolqariya təmsilçiləri üzərində üstünlük əldə etdi. Lakin yarımfinal görüşündə bolqarıstanlı idmançıya məğlub olaraq 3-cü fəxri yerin sahibi oldu. Xatırladaq ki, Həsən Quliyev üçqat Avropa çempionu, ikiqat Dünya çempionu və digər fərqli Beynəlxalq turnirlərin qalibidir. Qeyd edək ki, Həsən karate-do üzrə 2-ci dan qara kəmər sahibidir. "NİKOYL" İKB-nın kollektivi həmkarını səmimi qəlbdən təbrik edir və ona gələcək turnirlərdə qələbə arzulayır! 

 

17 May, 2017 il.

İxracatçıların nəzərinə!

Bildirmək istəyirik ki, “Azərbaycan Respublikası idxal-ixrac əməliyyatlarının tənzimlənməsi qaydaları”-na əsasən hüquqi və fiziki şəxslər tərəfindən malların (işlərin, xidmətlərin) konsiqnasiya yolu ilə ixracı gömrük orqanlarında bəyan edilməklə aparılır. Konsiqnasiya yolu ilə ixrac əməliyatları xarici şəxslərlə bağlanmış müqaviləyə əsasən ixrac olunmuş malların(işlərin, xidmətlərin) müqabilində vəsaitlərin müəyyən edilmiş müddət ərzində ixracatçıya ödənilməsini nəzərdə tutur. Odur ki, konsiqnasiya yolu ilə ixrac edilən mallar (işlər, xidmətlər) müqabilində vəsaitlərin bəyan olunduğu gündən 180 (yüz səksən) gün ərzində müvəkkil banka olan hesablarınıza köçürülməsini təmin etməlisiniz.   Konsiqnasiya yolu ilə ixrac əməliyyatı həyata keçirən zaman ixracatçıdan tələb olunan tədbirlər:   Banka yaxınlaşaraq “ İxrac əməliyyatlarına valyuta nəzarəti uçot kartoçkası”-nı doldurmalı və digər sənədlərlə bərabər Dövlət Gömrük Koitəsinə təqdim edilməlidir. Belə olduqda ixrac əməliyyatı bəyan edilmiş hesab edilir. Konsiqnasiya yolu ilə ixrac edilən mallara (işlərə, xidmətlərə) görə hesabınıza vəsait daxil edilən kimi banka yaxınlaşıb “Yük gömrük bəyannaməsi nömrəsi”-ni təqdim edilməlidir.

 

17 May, 2017 il.

Nikoyl Bankın səhmdarlarının növbəti Ümumi Yığıncağı keçiriləcəkdir.

BİLDİRİŞ Hörmətli Səhmdarlar! “NİKOYL” İKB ASC (ünvan: Bakı şəhəri, Puşkin küçəsi 30) bildirir ki, 30 iyun 2017-ci il tarixdə saat 10.00-da Monako Krallığının, Monnte Karlo şəhərində səhmdarların növbəti ümumi yığıncağı keçiriləcəkdir. Yığıncaqda aşağıdakı məsələlərin müzakirəsi nəzərdə tutulmuşdur: Bankın kənar auditor tərəfindən təsdiqlənmiş və Audit Komitəsi tərəfindən tövsiyə edilmiş illik maliyyə hesabatının təsdiq edilməsi; Səhmdarların Ümumi Yığıncağı haqqında Əsasnamənin təsdiq edilməsi; Mənfəətin bölüşdürülməsi və dividendlərin ödənilməsi; Yığıncağın gündəliyində duran digər məsələlər. Yığıncaqda iştirak etmək üçün şəxsiyyət vəsiqəsi və müvafiq səlahiyyət təsdiq edici sənədləri təqdim etməyiniz xahiş olunur. Gündəlikdə duran məsələlər üzrə materiallar elektron poçt vasitəsilə göndəriləcəkdir.   “NİKOYL” İKB ASC-nin Müşahidə Şurası

 

15 May, 2017 il.

NIKOIL | Bank-ın valyuta mübadilə məntəqəsi gücləndirilmiş rejimdə fəaliyyət göstərəcək

NIKOIL | Bank müştərilərin rahatlığını düşünərək 2017 İslam Həmrəylik oyunları ilə əlaqədar Bankın Bakı şəhəri, Puşkin küçəsi 30 ünvanında yerləşən valyuta mübadilə şöbəsi 12 – 22 may tarixləri arasında şənbə və bazar günləri daxil olmaqla şəhərimizin sakinləri və qonaqlarının xidmətində olacaq. Valyuta mübadiləsi məntəqəsində həftənin 7 günü saat 9:00 – 20:00-dək valyuta mübadiləsi əməliyyatlarını həyata keçirmək mümkün olacaqdır.

 

25 Aprel, 2017 il.

NIKOIL | Bank reqbi üzrə beynəlxalq turnirə dəstək oldu

22-23 aprel 2017-ci il tarixində Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının stadionunda Azərbaycanın Milli Qəhrəmanı Allahverdi Bağırovun xatirəsinə həsr olunmuş beynəlxalq yeniyetmələr arasında “Nikoil Cup” reqbi turniri keçirildi. “NİKOYL” Bankın sponsorluğu ilə keçirilən turnirdə Azərbaycan, Gürcüstan və Rusiyadan 8 komanda iştirak edirdi. Bunlar: «Qarabağ», «Tiqrı», «TİSA Titans» (Azərbaycan), «Tsikara», «Mimino», «Vefxvebi» (Gürcüstan), «Drakonı», «Medvedi» (Rusiya) komandalarıdır. «Qarabağ» reqbi klubu, Azərbaycan Reqbi Federasiyası və Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi təşkilatın sponsoru kimi çıxış etdilər. Baş tutmuş görüş gənc reqbistlərin mübariz oyunu, dinamik oyun kombinasiyaları, dözümlü və baxımlı oyunu ilə tamaşaçıları sevindirdi. Turnirin qalibi Rusiyanın Penza şəhərinin «Drakonı» komandası oldu. İkinci yeri «Vefxvebi» (Gürcüstan), üçüncü yeri isə Gürcüstanın «Mimino» komandası tutdu.  Belə tədbirlərə maliyyə dəstəyinin edilməsi - Bankın sosial yönümlü siyasətinin ayrılmaz hissəsidir. Reqbi idman növünün təkcə Azərbaycan üçün deyil, bütün region üçün yeni olmasına baxmayaraq, bu beynəlxalq turnirin keçirilməsi böyüməkdə olan nəslin fiziki inkişafa və ümumiyyətlə idmana marağını bir daha sübut edir.

 

21 Aprel, 2017 il.

Beynəlxalq "Nikoil Cup" reqbi turniri

22-23 aprel 2017-ci il tarixində Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının stadionunda (Fətəli Xan Xoyski prospekti, 98) yuniorlar arasında beynəlxalq “Nikoil Cup” reqbi turniri keçiriləcək. Bu turnir Azərbaycanın Milli Qəhrəmanı Allahverdi Bağırovun xatirəsinə həsr olunacaq. Yarışın baş sponsoru "Nikoyl" bankdır.Turnirdə Azərbaycan, Gürcüstan və Rusiya komandaları iştirak edəcək. Turnirin açılışı 22 aprel 11:00- da baş tutacaq.

 

12 Aprel, 2017 il.

NIKOIL | Bank-ın ƏMƏK HAQQI LAYİHƏSİNƏ maraq artmaqdadır!

NIKOIL | Bank-ın sadə, müasir, rahat və eyni zamanda sərfəli əmək haqqı layihəsi orta və iri şirkətlərin əməkdaşlarının əmək haqqı prosesini daha da sadələşdirəcək. 2017-ci ilin birinci rübü ərzində NIKOIL | Bank-ın Əmək Haqqı Layihəyəsinə ölkənin 200-dən artıq iri şirkətləri qoşulmuşdur. Bu da Özəl sahibkarlıq sektorunun Banka etimadından xəbər verir. Bu həqiqətən də həm şirkətə, həm də onun əməkdaşlarına sərfəlidir.  Bu layihənin uğurla reallaşdırılmasının səbəbi də qərarların operativ həll edilməsi, Bank tərəfindən hər bir müştəriyə fərdi yanaşaraq onun hesablarının məxfilik və yüksək təhlükəsizliyinə zəmanət etməsidir. Bu layihənin üstünlükləri bunlardır:• Sərfəli qiymət təklifləri• 24 saat ərzində plastik kartların alınması• Əmək haqqı kartlarının təmənnasız alınma imkanı (şirkətin əməkdaşlarının sayından asılı olaraq) • Plastik kartların 3 ilədək müddətinə verilməsi• SMS - bankinq xidməti• İnternet-bankinq xidməti vasitəsilə distant əməliyyatlarının aparılması• Müəssisənin ərazisinə bankomatın çatdırılması və quraşdırılması, bankomatın fasiləsiz işinin təmin olunması və xidmət olunması• Bankın şirkətin ərazisində fasiləsiz rejimdə işləyən bankomatından əmək haqqının komissiyasız çıxarılması• Şirkətin əməkdaşlarına fərdi şərtlərlə kreditlərin təqdim edilməsi  

 

3 Aprel, 2017 il.

NIKOIL | Bank filial şəbəkəsini yeniləməkdə davam edir!

  Aprelin 3-dən etibarən NIKOIL | Bank-ın 3 saylı filialı yeni - Akademik Həsən Əliyev 90A ünvanında fəaliyyət göstərəcək.  3 saylı filialın müasir və rahat məkanı geniş əməliyyat zalına malikdir və burada müştəriləri milli və xarici valyutada keçirilən hesablaşma-kassa, kredit, ödəmə, kart, zəmanət, banklararası, sənəd və s.  kimi yüksək səviyyəli bank xidmətləri gözləyir. Yeni 3 saylı filialın ünvanını xəritədə görmək üçün aşağıdakı keçidə keçə bilərsiniz: http://bit.ly/2nm8Xnb

 

9 Mart, 2017 il.

NIKOIL | Bank-ın əməkdaşı idmandakı nailiyyətlərinə görə fəxri fərmanla təltif edilib.

5 mart - Bədən tərbiyəsi və İdman günü NIKOIL | Bank-ın əməkdaşı Həsən Quliyev karatedəki idman nailiyyətlərinə görə Yasamal rayonu Gənclər və İdman İdarəsi tərəfindən fəxri fərmanla təltif edilmişdir.  Qara kəmər və ikinci dan sahibi olan Həsən Quliyev 1974-ci ildə dünyaya gəlib. O, karate ilə hələ məktəb illərində maraqlanmağa başlamışdır və 2000-ci ildən isə artıq peşəkar səviyyəyə keçmişdir. Həsən Quliyev şotokan - karate idman növündə  +85 kq çəki üzrə Azərbaycan çempionu (2013), üç qat Avropa çempionu (2013, 2014 və 2015) və iki qat  Dünya çempionudur (2013, 2014). 2016-ci ildə Həsən idman ustası dərəcəsi almışdır. Qarabağ müharibəsi veteranı, Həsən Quliyev iyirmi ildən artıqdır ki, NIKOIL | Bank – ın əməkdaşıdır. Eyni zamanda o, özəl məşqçi olaraq da fəaliyyət göstərir.

 

22 Fevral, 2017 il.

NIKOIL | Bank biznes kreditlərinin verilməsini uğurla davam etdirir!

NIKOIL | Bank kiçik, orta və iri biznes üçün sərfəli kreditlər təklif edir. Kreditin məbləği 10 000 USD - 3 000 000 USD olmaqla illik faiz dərəcəsi 10%-dən başlayaraq, 3 aydan 60 ayadək müddətinə verilməsi nəzərdə tutulub. Bundan əlavə Bank müştərilərə həm Bakıda, həm də Respublikanın regionlarında sadələşdirilmiş sənədlər paketini təqdim etməklə kredit ərizələrinə qısa müddət ərzində baxılmasına zəmanət verir. NIKOIL | Bank həmçinin Sahibkarlığa Kömək Milli Fondu ilə də aktiv əməkdaşlığını davam etdirir. Bu kreditlər Azərbaycanda istehsalın və kənd təsərrüfatının digər sahələrinin inkişafı üçün əsas motivasiya mənbəyidir. Kreditin məbləği 5000 manatdan 6 000 000 manatadək, illik faiz dərəcəsi illik 6% olmaqla 6 aydan 120 ayadək verilir. Güzəştli dövr, uzunmüddətlilik və məbləğin milli valyutada verilməsi bu kreditin əsas üstünlüklərindəndir. Son 12 il əməkdaşlıq dövrü ərzində Bank tərəfindən SKMF xətti ilə 37 mln. manat məbləğində 1626 kredit verilmişdir.

 

17 Fevral, 2017 il.

Müştərilərin nəzərinə! NIKOIL | Bank-ın Sumqayıt filialı yeni ünvanda fəaliyyət göstərəcək

Fevralın 17-dən etibarən NIKOIL | Bank-ın Sumqayıt filialı Sumqayıt şəhəri, 1-ci mikrorayon, N.Nərimanov küç. 49B ünvanında yerləşən yeni, müasir və rahat ünvanda müştərilərinin xidmətində olacaq. Təkmilləşdirilmiş filial  geniş əməliyyat zalına malikdir və burada müştəriləri milli və xarici valyutada keçirilən hesablaşma-kassa, kredit, ödəmə, kart, zəmanət, banklararası, sənəd və s.  kimi yüksək səviyyəli bank xidmətləri gözləyir. Yenilənmiş filial həm fiziki, həm də hüquqi şəxslərə yüksək xidmət göstərməkdə davam edəcək.

 

9 Fevral, 2017 il.

NIKOIL | Bank-ın Visa plastik kartlarının üstünlüklərindən faydalanın!

NIKOIL | Bank Visa-nın premium sinifli plastik kartları üzrə keçirilən kampaniyaya qoşuldu. NIKOIL | Visa Gold və NIKOIL | Visa Platinum kartları vasitəsilə ödəniş edərkən bankın hər bir müştərisinə partnyor restoran, geyim butikləri, ətriyyat mağazaları və supermarketlər şəbəkələrində 7.5%-dən 20%-ədək endirim təqdim edilir. Partnyorların tam siyahısı ilə www.visa.com.azsaytında tanış ola bilərsiniz. NIKOIL | Bank-ın premium sinifli plastik kart sahibləri müasir ödəniş vasitəsinə, həmçinin kart qalığına Manat üzrə illik 8% və ABŞ Dolları üzrə illik 2% həcmində hesablanan faiz və əlavə üstünlüklər əldə edə bilir. Sərfəli faiz şərtləri ilə yanaşı, bu kart növünün hər bir yeni sahibi sms-notification və mobile banking kimi xidmətlərə pulsuz qoşula və digər üstünlüklərdən faydalana bilər. Kartın balansını onlayn artırmaqla yanaşı, Milliön, EasyPay və E-manat ödəniş aparatları vasitəsilə də artırmaq olar!

 

9 Fevral, 2017 il.

NIKOIL | Bank-ın Visa plastik kartlarının üstünlüklərindən faydalanın!

NIKOIL | Bank Visa-nın premium sinifli plastik kartları üzrə keçirilən kampaniyaya qoşuldu. NIKOIL | Visa Gold və NIKOIL | Visa Platinum kartları vasitəsilə ödəniş edərkən bankın hər bir müştərisinə partnyor restoran, geyim butikləri, ətriyyat mağazaları və supermarketlər şəbəkələrində 7.5%-dən 20%-ədək endirim təqdim edilir. Partnyorların tam siyahısı ilə www.visa.com.az saytında tanış ola bilərsiniz. NIKOIL | Bank-ın premium sinifli plastik kart sahibləri müasir ödəniş vasitəsinə, həmçinin kart qalığına Manat üzrə illik 8% və ABŞ Dolları üzrə illik 2% həcmində hesablanan faiz və əlavə üstünlüklər əldə edə bilir. Sərfəli faiz şərtləri ilə yanaşı, bu kart növünün hər bir yeni sahibi sms-notification və mobile banking kimi xidmətlərə pulsuz qoşula və digər üstünlüklərdən faydalana bilər. Kartın balansını onlayn artırmaqla yanaşı, Milliön, EasyPay və E-manat ödəniş aparatları vasitəsilə də artırmaq olar!

 

7 Fevral, 2017 il.

NIKOIL | Bank tender elan edir!

NIKOIL | Bank 7 fevral 2017-ci ildən etibarən  cari ilin qalan dövrünə bütün server avadanlığının təchizatı üzrə açıq tender elan edir. Tenderin predmeti - Hewlett Packard Enterprise şirkətinin istehsalı olan avadanlıqlarının təchizatı üzrə ən yaxşı təklifdir. Təchizat müqavilə imzalandıqdan sonra 55 təqvim günündən artıq olmayan müddətdə Bankın Baş ofisinin yerləşdiyi ünvanda (Bakı şəh., Puşkin küç. 30) həyata keçiriləcəkdir; Bank tenderdə iştirak etmək istəyən hər kəsdən öz təkliflərini möhürlənmiş zərfdə "Kommersiya təklifi – AÇMAQ OLMAZ" işarəsi ilə  16 fevral 2017-ci il tarixinə kimi "NİKOYL" İKB-nın İdarə Heyətinin sədrinin adına ünvanlayaraq Bankın Baş Ofisinə təqdim etməyi xahiş edir. Bütün texniki suallarla əlaqəli ali_ea@nikoil.az, digər suallarla əlaqəli bank@nikoil.az elektron ünvanlarına müraciət etməyinizi xahiş edirik.

 

18 Yanvar, 2017 il.

1. Bank fəaliyyəti ilə əlaqədar Vergi Məcəlləsinə aşağıdakı əlavə və dəyişikliklər edilmişdir (yeni əlavə və dəyişikliklər 01 yanvar 2017-ci il tarixindən etibarən tətbiq ediləcəkdir)

1.1. Hüquqi şəxslər və fərdi sahibkarlar tərəfindən bank hesablarından pul vəsaitlərinin nağd çıxarılmasına görə məbləğə 1 % sadələşdirilmiş vergi tətbiq ediləcək; 1.2. Elektron ticarət qaydasında işlərin və xidmətlərin təqdim edilməsinə görə vergi orqanlarında uçotda olmayan şəxslər tərəfindən ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmayan qeyri-rezidentə ödənişlər aparılarkən qeyri-rezidentə ödənilməli olan məbləğdən ƏDV-nin tutulması nəzərdə tutulmuşdur. Bununla yanaşı, elektron ticarət qaydasında işlərin və xidmətlərin alıcısı vergi orqanlarında uçotda olmayan şəxs olduqda, ödənişi aparan bank ƏDV-ni alıcının vəsaiti hesabına tutaraq, büdcəyə ödəməlidir; 1.3. Rezidentlər tərəfindən qeyri-rezidentlərin elektron pul kisələrinə köçürülən məbləğdən 10% həcmində ödəmə mənbəyində verginin banklar tərəfindən tutulmalı olduğu müəyyən edilmişdir;  2. “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilmişdir. Qanuna əsasən: 2.1. Məbləğindən asılı olmayaraq, əmək haqqı ödənişləri (müəyyən vergi ödəyiciləri istisna olmaqla), kreditlərin verilməsi, faizlərin ödənilməsi, sığorta ödənişləri, təhsil haqqı ödənişləri və sair ödənişlər yalnız nağdsız qaydada həyata keçirilməlidir; 2.2. 01 yanvar 2017-ci il tarixdən etibarən ƏDV ödəyiciləri və vergi tutulan əməliyyatlarının həcmi ardıcıl 12 ay ərzində 200 000 manatdan artıq olan ticarət və (və ya) ictimai iaşə müəssisələri tərəfindən təqvim ayı ərzində ümumi məbləği 30 000 manatdan artıq olan əməliyyatlar nağdsız qaydada keçirilməlidir; 2.3. 01 aprel 2017-ci il tarixdən etibarən digər vergi ödəyiciləri tərəfindən isə təqvim ayı ərzində ümumi məbləği 15 000 manatdan artıq olan hesablaşmalar üzrə ödənişlər nağdsız qaydada həyata keçirilməlidir.

 

17 Yanvar, 2017 il.

BİLDİRİŞ!

“NİKOYL” İKB ASC bildirir ki, 16.01.2017-ci il tarixində Rusiya Federasiyası, Moskva şəhəri, Yefremov küçəsi 8 ünvanında keçirilməsi planlaşdırılan Bankın səhmdarlarının növbədənkanar ümumi yığıncağı təxirə salınmışdır. “NİKOYL” İKB ASC-inin səhmdarlarının növbədənkanar ümumi yığıncağı 08.02.2017-ci il tarixində Birləşmiş Krallıq, London şəhəri, Pikadili 21-də yerləşən “Le Méridien Piccadilly” otelində keçiriləcəkdir. Yığıncaqda aşağıdakı məsələlərin müzakirəsi nəzərdə tutulmuşdur: 1. Müşahidə Şurasının tərkibinin dəyişdirilməsi, 2. Audit Komitəsinin tərkibinin dəyişdirilməsi, 3. Audit Komitəsinin üzvlərinin mükafatlandırılmasının təsdiq edilməsi. 4. “NİKOYL” İKB ASC-inin Nizamnaməsinin yeni redaksiyada təsdiq olunması. Yığıncağın gündəliyində nəzərdə tutulmuş məsələlər üzrə materiallar səhmdarların elektron ünvanlarına göndəriləcəkdir.      “Nikoyl” İnvestisiya Kommersiya Bankı  Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyəti

 

16 Yanvar, 2017 il.

NIKOIL | Bank vaxtınıza qənaət edir!

  NIKOIL | Bank cari və kart hesablarına www.hesab.az və www.e-pul.az saytları və ya xüsusi ödəmə terminalları vasitəsilə əlavələrin edilməsi üzrə CASH-İN xidmətini yeniləyib. Bu funksiya ilə müştərilər gün ərzində öz hesablaşma, depozit və kart hesablarını, FOREX hesablarını, həmçinin kredit borcunun ödənilməsi üçün vəsaitlərin Milliön, EasyPay və E-manat vasitəsilə ödənişini fasiləsiz həyata keçirməyə imkan verir.  Bu xidmət, nəğd vəsaitlərin həm milli, həm də xarici valyuta vasitəsilə ödənilməsini nəzərdə tutur. Müştərilərə öz kreditlərini asanlıqla yükləyə biləcəyi CİB mobil əlavəsi vasitəsilə ödənilməsinə də imkan yaradılır. Azərbaycanda NIKOIL | Bank-ın aktiv ödəniş xidməti Milliön şəbəkəsində 2684 terminal, E-manat şəbəkəsində 2083 terminal, EasyPay şəbəkəsində  isə 309 terminal vasitəsilə təqdim edilir.

 

28 Dekabr, 2016 il.

Nikoloz Şurqaia: "Yaxşı bankları olmayan iqtisadiyyat yaxşı ola bilməz" - MÜSAHİBƏ

  - Cənab Şurqaia, bu yaxınlarda siz bankın rəhbərliyinə gətirildiniz. Bununla yanaşı, bankın menecmentində digər dəyişikliklər də baş verdi. Biz həmçinin səhmdarların strukturunda da ciddi dəyişikliklərin şahidi olduq. Nə baş verir? - Sadə dillə desək, bank inkişafının yeni mərhələsinə qədəm qoyur. Menecmentin yenilənməsi və səhmdarların strukturunun dəyişməsi məhz bununla bağlıdır. Bankın kapitallaşması nəticəsində nizamnamə kapitalının həcmi 184,5 mln. manata çatıb ki, bu da bankın möhkəmlənməsinə və inkişafının dəstəklənməsinə hesablanıb. Kapitallaşma hesabına biz yeni çağırışların, o cümlədən institusional və texnoloji transformasiyanın öhdəsindən daha asan gələcəyik. Bankın əsas səhmdarının Azərbaycanla bağlı uzunmüddətli pozitiv planları var.   - Ötən ilin məhz bu günü (müsahibə dekabrın 22-də alınıb) biz manatın devalvasiyaya uğraması barədə xəbəri aldıq. Sizin və bankirlərin həmin gün necə yadında qalıb?   - (Gülür - red.) Həmin gün mənim üçün olduqca qısa olub. Düşünürəm ki, bu, iqtisadiyyat və bank sektoru üçün bir qədər çətin dövrdür. Biz "dib"ə olduqca yaxınıq və vəziyyət tədricən düzələcək. Hökumət və tənzimləyici tərəfindən aparılan və aparılacaq islahatlar öz bəhrəsini verir və verəcək. Mövcud durum bütün dünya qarşısında çağırışdır. Dollar inkişaf etməkdə olan ölkələrin valyutalarına qarşı bahalaşmaqdadır. Qlobal iqtisadi artım zəifləyib. Azərbaycan müəyyən qədər beynəlxalq və regional amillərin təsiri altındadır. Mən ümid edirəm ki, 2017-ci il çətinliklərin dəf olunacağı il olacaq. Sürətli dəyişiklikləri gözləmirəm. Lakin bir məni ümidləndirən, mənə optimizm verən bir neçə hadisəni qeyd edə bilərəm. Birincisi, ölkə başçısı tərəfindən Strateji Yol Xəritəsinin təsdiqlənməsini qeyd etmək istəyirəm. İkincisi, dövlət banklarının rəhbərliyindəki yeni təyinatlar. Onlar ixtisaslaşmış mütəxəssislərdir. Onlardan biri ilə və onun kvalifikasiyası ilə mən yaxından tanışam. Üçüncüsü, tənzimləyicinin və mənim həmkarlarımın, yəni kommersiya banklarının rəhbərlərinin hazırladığı institusional həllər. Söhbət bankların yeni şəraitə uyğunlaşdırmaqdan gedir. Bu amillər bank sektorunun yeni, müsbət istiqamətə dönüş nöqtəsi olacaq.   - Bəs sizin rəhbərlik etdiyiniz bank özünü bu şəraitdə necə hiss edir?   - Çətinliklər az deyil, lakin ümumilikdə biz özümüzü kifayət qədər komfort hiss edirik. Bank stabil qaydada çalışır və müştərilərin bankımıza marağı artır. Kapitallaşma bankımızın artımına hesablanan yalnız ilk addım idi. Sözsüz ki, 2017-ci il maliyyə göstəricilərimizə də müsbət təsir edəcək. Biz buna cari ildə atdığımız və növbəti il atacağımız ardıcıl addımlar hesabına nail olmaq niyyətindəyik. Təbii ki, bazarda rəqabət var. Əhali və biznes tərəfindən bank məhsullarının istehlakına tələbat azaldığı üçün bankların gəlirləri azalır. Buna baxmayaraq, biz özümüzü güvənli hiss edirik. Yaxşı kapitallaşan, güclü komandası və etibarlı səhmdarı olan "Nikoil Bank" bazarın ən etibarlı oyunçularından biridir. Bu, qələbənin kombinasiyasıdır. - Siz qeyd etdiniz ki, sürətli artım gözləmirsiniz. Konkretləşdirə bilərsinizmi? - Düşünürəm ki, 2017-ci il xammal ixracına əsaslanmayan daha müstəqil iqtisadiyyatın qurulması istiqamətində dönüş nöqtəsi olacaq. İl ərzində müəyyən çətinliklər olacaq, lakin məhz bu il iqtisadiyyat "dib"ini tapacaq, stabilləşəcək və artım başlanacaq. - Hazırda bankın nizamnamə kapitalı 184,5 mln. manatdır və bu göstərici hər bank üçün əlçatan deyil. Cari ili hansı maliyyə göstəriciləri ilə bitirmək istəyirsiniz və növbəti il üzrə proqnozlarınız nədən ibarətdir?   - Hər şey nisbidir. Uğura fərqli rakurslardan baxmaq olar. Böyük gəlirliliyə, ciddi artıma əsaslanan mütləq uğur var ki, nəticədə hamı razı qalır. Bir də nisbi uğur var ki, sən kimdənsə və ya arxada qoyduğun dövrə nisbətən yaxşı olursan. 2017-ci il mübarizə ili olacaq, iqtisadiyyatımız üçün çətin il olacaq. Bu baxımdan mən ciddi artım gözləmirəm. Lakin mən əminəm ki, bizim maliyyə göstəricilərimiz arxada qoyduğumuz illə müqayisədə daha yaxşı olacaq. Bu, bizə növbəti illərdə daha ciddi artım əldə etmək üçün güclü fundamentin yaradılmasına imkan verəcək. 2017-ci ildə kredit portfelinin, depozitlərin və gəlirlərin ciddi artacağını gözləmirəm. Məsələ burasındadır ki, hazırda iqtisadiyyatımız yenidənqurma vəziyyətindədir. Biz ənənəvi xammal bazarı tərəfindən dəstəklənməyən bazar iqtisadiyyatına keçirik. Uzun müddət ərzində biz dövlət tərəfindən dəstəklənən bazar iqtisadiyyatı şəraitində yaşamışıq. Hökumət infrastruktur layihələrinə, sosial tədbirlərə ciddi dəstək verirdi və bu vəsaitlər iqtisadiyyata axırdı. Buna paralel olaraq kreditləşmə həcmi artırdı. Hazırda müşahidə olunan ucuz neft dövründə isə əks proses gedir. Bir tərəfdən dövlət xərclərini, digər tərəfdən isə banklar kreditləşməni azaldır. 2017-ci ildə azalma dayanmalıdır. Məhz növbəti ildə iqtisadi agentlər inamı bərpa edəcək, gələcək artımla bağlı planlarını quracaqlar.   - Düz anladımsa, "Nikoil Bank" bu ili zərərlə başa vuracaq...   - Biz 2016-cı ili "rekord" zərərlə başa vuracağıq. Bu, normal prosesdir və bazarın reallığını əks etdirir. Biz kreditlərin ehtimal olunan itkisi ilə bağlı ehtiyatlar yaradırıq. İqtisadiyyatın pozitiv fazaya qayıdışı təmin olunduqca itkiləri növbəti il qaytaracağıq.   - Bəs kredit və depozit portfellərinin dollarlaşması hansı səviyyədədir?   - 70%-dən artıq...   - Hər iki portfel üzrə?   - Bəli, hər ikisi üzrə.   - Dedollarizasiya ilə bağlı hansı addımlar atılır?   - Biz cəlbedici dərəcələrlə manat depozitlərinin cəlb olunması üzərində aktiv şəkildə işləyirik. Müvafiq olaraq, manatla kreditləşməyə üstünlük veririk. Atılan addımlar qısa müddət ərzində gözlənilən nəticəni verməyə bilər, amma manatla depozit kütləsinin artması üçün vaxt lazımdır. Mən 2018-ci ildə nisbətin yaxşılaşacağını gözləyirəm. Biz ciddi restrukturizasiya tədbirləri həyata keçiririk və bir çox borclananların kreditlərini manata konvertasiya edirik. Söhbət stabil ödəyicilərdən gedir. Biz problemlərlə üzləşən, lakin öhdəliklərini unutmayan müştərilərə yardım etməliyik və edirik.   - Manatla kreditləşmədən söz düşmüşkən, bu məhsul hər adam üçün əlçatan deyil. Kifayət qədər insan şikayət edir ki, milli valyutamızla kredit ala bilmirik...   - Təəssüf ki, depozit portfelində manat kütləsinin payı yetərli deyil. Əsas səbəb budur. Biz müştərilərimizi manatla kreditləşdiririk və kreditləşmənin genişləndirilməsi üzərində işləyirik.   - Bu yaxınlarda "Fitch" beynəlxalq reytinq agentliyi bildirib ki, 2017-ci ildə bank sektorumuzda "təmizləmə əməliyyatı" davam edəcək. Buna münasibətinizi öyrənmək maraqlı olardı.   - Açığı, mən növbəti ili məhz bu cür görürəm. Kifayət qədər kapitallaşmayan oyunçuların bank sektorundan çıxması müsbət addımdır. Əlbəttə, bankların və iş yerlərinin bağlanması ürəkağrıdıcıdır. Lakin etibarsız, zəif oyunçuların bazardan getməsi sektora inamın artması baxımından düzgün addımdır. Bank sektoruna inam olduqca vacib amildir. Yaxşı bankları olmayan iqtisadiyyat yaxşı ola bilməz. Heç bir ölkədə! - Yeri gəlmişkən, "Fitch" manatın məzənnəsi ilə bağlı da proqnoz verib. Düzdür, hazırkı tendensiyanı izlədikdə həmin proqnoz bir qədər şübhəli görünür. İnsanlar bankirlərə inanır. Buyurun, söz sizindir. - Proqnoz vermək ən arzuolunmaz məşğuliyyətdir. Mənim üçün də manatın məzənnəsi ilə bağlı proqnoz vermək çətindir. Yalnız onu deyə bilərəm ki, bizim bank istənilən məzənnəyə hazırdır. Biz hər zaman öhdəliklərimizi yerinə yetirməyə, müştərilərimizə xidmət göstərməyə və strateji inkişaf xəttimizə sadiq qalmağa davam edəcəyik. Təbii ki, burada mövcud şəraitin dəyişkənliyi də nəzərə alınmalıdır.   - İcazənizlə, son zamanlar ən çox müzakirə olunan mövzuya toxunmaq istərdim. Belə ki, banklar dolların satışını dayandırıb, nəticə etibarilə hər kəs "qara bazar"a üz tutdu…  - Sözünü kəsmək məcburiyyətində qalıram. Biz dollar satışını dayandırmamışıq. Mən də "qara bazar" haqqında eşidirəm. Haradadır o bazar? "Nikoil Bank" stabil olaraq müştərilərinə valyuta satır. Bəli, bizə bəzən müştərilərimizin tələbatını ödəmək çətin olur. Manat ucuzlaşmaqdadır. Lakin valyuta satışının dayandırılması barədə söhbət gedə bilməz. Biz valyutanı həm fiziki şəxslərə, həm də korporativ müştərilərimizə satırıq.   - Dollar mövzusunun davamı olaraq, 2017-ci ildə tənzimləyici idarəolunmayan üzən məzənnə rejiminə keçmək istəyir. Gözləntiləriniz i bilmək olarmı?   - Mən ümid edirəm ki, tənzimləyici bu addımı atacaq. Düşünürəm ki, bu, iqtisadiyyatın bərpası nöqteyi-nəzərdən olduqca vacib addımdır. Bir şeyi yadda saxlayın, siz uşağı daim əlinizdə gəzdirsəniz, o, gəzməyi öyrənə bilməyəcək. Əvvəlcə çətin olur, lakin sonradan uşaq tam olaraq ayaq üstə dayanmağı öyrənir. Mən bazar iqtisadiyyatının davamçısıyam və "görünməz əl"in mövcudluğuna inanıram. Müvafiq olaraq, üzən məzənnə rejiminə keçid olduqca vacib addımdır və bazar iqtisadiyyatının formalaşmasında və xarici şoklara daha dayanıqlı olmaq baxımından olduqca vacib addımdır.   - Bankın fəaliyyəti ilə bağlı daha bir sual verib, müsahibə yekun vurmaq istərdim. Səhv etmirəmsə,  bank filial şəbəkəsini azaldıb. Səbəblər bəllidir. Proses davam edəcəkmi? - Bəli, doğrudan da biz xidmət şəbəkəmizi azaltmışıq. Biz növbəti ilə effektivlik ili kimi baxırıq. Müvafiq olaraq, biz hər bir satış nöqtəmizin daha effektiv olmasına nail olmaq istəyirik. Biznesimizin optimallaşdırılmasına davam edəcəyik. Biz ortamüddətli perspektivdə qeyri-effektiv satış nöqtələrimizin gələcəyini qiymətləndirəcəyik. Potensialı olan satış nöqtələri fəaliyyətini davam etdirəcək. Qeyri-effektiv satış nöqtələri ya transformasiya olunacaq, ya da bağlanacaq. Hesab edirəm ki, bu, olduqca normal prosesdir. Bilirsiniz ki, bütün dünyada elektron bankçılığın payı artmaqdadır. Bu, o anlama gəlməməlidir ki, bütün sektorda fiziki satış nöqtələrinin sayı sürətlə azalacaq, elektron xidmətlərin payı isə artacaq. Əlbəttə, hər bir proses ilk növbədə iqtisadi durumdan asılıdır. Hazırda bir çox banklar filiallarının sayını azaldıb, lakin əks proses də müşahidə olacaq.

 

27 Dekabr, 2016 il.

NIKOIL | Bank növbəti xeyriyyə aksiyasını keçirdi!

  Yeni İl ərəfəsində NIKOIL| Bank-ın əməkdaşları Bilgəh qəsəbəsində yerləşən Sümük Vərəm dispanserində xəstəlikdən əziyyət çəkən uşaqlar üçün bayram təşkil etdilər. Bank əməkdaşları Bayram süfrəsi və tortlardan əlavə balaca dostları şən oyunlar, musiqi və rəqslərlə əyləndirdilər. Bayrama Şaxta baba və Qar qızı rolunda çıxış edən peşəkar artistlər də dəvət edilmişdi. Bayramın sonunda hər bir uşağa yeni il hədiyyəsi təqdim olundu.NIKOIL | Bank aztəminatlıları da diqqətdən kənarda qoymayıb. Nəsimi rayonunda məskunlaşan otuz aztəminatlı ailə bank tərəfindən yeni il ərzaq payı ilə təmin olundu. Beləliklə, NIKOIL | Bank bir daha sübut etdi ki, sosial məsuliyyətin əsas missiyalarından biri zamanında digərlərindən çox ehtiyacı olanlara dəstək və yardım etməkdir.

 

5 Dekabr, 2016 il.

Böyük ürəkdən balacaya: NIKOIL | Bank növbəti qanvermə aksiyasını keçirdi!

Dekabrın 2-si NIKOIL | Bank-ın kollektivi qana ehtiyacı olan uşaqlar üçün  növbəti könüllü qanvermə aksiyasını keçirdi.  NIKOIL | Bank-ın Bakı şəhəri filialları və Mərkəzi filialının bütün əməkdaşları Bankın Puşkin küçəsi 30 ünvanında yerləşən Baş Ofisində keçirilən aksiyada iştirak etdilər.  Artıq 10 ildir NIKOIL | Bank  “Fəxri donor” adını ləyaqətlə daşıyır. Bankın sosial korporativ məsuliyyət proqramı çərçivəsində talassemiya xəstəliyindən əziyyət çəkən uşaqlara yardım məqsədi ilə mütəmadi olaraq qanvermə aksiyası həyata keçirilir.

 

30 Noyabr, 2016 il.

NIKOIL | Bank premium sinifli plastik kartlar üzrə aksiyasının müddətini uzadıb!

  Bu ilin yayında NIKOIL | Bank tərəfindən başlamış premium sinifli plastik kartlar üzrə aksiya davam edir. Visa Gold, Master Card Gold və Visa Platinum premium sinifli plastik kartlarının hər bir yeni sahibi müasir və nüfuzlu ödəmə vasitəsinə malik olmaqla yanaşı, həm də kart qalığına Manat üzrə illik  8%-ədək, ABŞ dolları üzrə illik 2%-ədək gəlir və bir sıra əlavə üstünlüklər əldə edəcək.  Əlverişli faiz şərtlərindən başqa, bu nüfuzlu kartlar növünün bütün yeni sahiblərinə pulsuz xidmətlər və əlavə imtiyazlar veriləcək. Bunlara sms-notification və mobile banking xidmətləri daxildir. Kartın balansını onlayn və eyni zamanda Million, Easypay və E-manat  ödəniş aparatlarının vasitəsilə artırmaq mümkündür.

 

25 Noyabr, 2016 il.

B İ L D İ R İ Ş

    “Nikoyl” İKB ASC  bildirir ki, Bankın Səhmdarlarının növbədənkənar Ümumi Yığıncağı 16 yanvar  2017-cı il tarixində Rusiya Federasiyası, Moskva şəhəri, Yefremov küçəsi, 8 ünvanında keçiriləcəkdir. Yığıncaqda aşağıdakı məsələlərin müzakirəsi nəzərdə tutulmuşdur:         1. Müşahidə Şurasının tərkibinin dəyişdirilməsi,       2. Audit Komitəsinin tərkibinin dəyişdirilməsi,       3. Audit Komitəsinin üzvlərinin mükafatlandırılmasının təsdiq edilməsi.   Yığıncağın gündəliyində nəzərdə tutulumuş məsələlər üzrə materiallar Səhmdarların elektron ünvanlarına göndəriləcəkdir.       “Nikoyl” İnvestisiya Kommersiya Bankı  Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyəti  

 

31 Oktyabr, 2016 il.

NIKOIL | Bank kapitallaşma prosesini sona çatdırdı!

NIKOIL | Bank-ın nizamnamə kapitalının  150 mln. manatadək artırılması başa çatdı. Bankın əsas səhmdarı olan “TOPAZ İNVESTMENTS” QSC Bakı Fond Birjasında yerləşdirilən səhmlərin emissiyasını tam aldı. Beləliklə, bankın kapitalının ümumi məbləği 184 mln. 500 min AZN təşkil edir. Bankın son benefisiarı – Vahid Ələkbərov Bankın kapitallaşmasının uğurla sona çatdırılması və Bankın inkişafının yeni mərhələsinin başlanması münasibətilə Müşahidə Şurasını və  Bankın menecmentini təbrik edir. Cənab Ələkbərov etibar və sədaqətinə görə Bankın müştərilərinə  öz minnətdarlığını bildirir, Bankın Azərbaycanın biznes sahələrinin və əhalisinin maraqlarına uyğun uzun və səmərəli xidmət göstərəcəyini vurğulayır. Bank rəhbərliyi Bankın inkişafı naminə edilmiş sərmayəyə görə əsas səhmdara dərin minnətdarlığını bildirir. NIKOIL | Bank müştərilərinə ən etibarlı və müasir xidmətlər göstərmək və ölkənin iqtisadiyyatının inkişafına layiqli töhfəsini vermək üçün yeni mərhələyə keçir.

 

26 Oktyabr, 2016 il.

Müştərilərin nəzərinə!

"Nikoil Bank"-ın 1 saylı filialının müştərilərinin nəzərinə! 25.10.2016-cı il tarixindən etibarən Bankın 1 saylı filialında yerləşən depozit seyflərindən artıq Bankın 12 saylı filialında faydalana bilərsiniz. Ünvan: Bakı şəhəri, Alı Mustafaev küç., 20-1 Tel.: (012)981    

 

25 Oktyabr, 2016 il.

NIKOIL| Bank-dan illik 18,5% -dək əmanət !

NIKOIL| Sabit əmanəti NIKOIL| Bank-ın ən tələb olunan əmanət növü olaraq qalır və onun aşağıdakı üstünlükləri və yeni xüsusiyyətləri mövcuddur:  1. Sərfəli şərtlər: Əmanətlərin illik 18,5%-dək AZN və 3%-dək USD məzənnələrində gəlirliyi. Qeyd olunan əmanət növü pul vəsaitlərinizin qorunub saxlanması ilə bərabər yığılmış məbləğin illik faiz dərəcəsi endirilmədən 12 ay müddətində əmanəti artırmaq imkanı yaradır. Faizlər aylıq ödənildiyi təqdirdə faiz dərəcəsi 0.5%-dək azalır.  2. Çevik şərtlər: Pul vəsaitlərini  istənilən vaxt bütünlüklə, hissə-hissə götürmək imkanı verir. Eyni zamanda müqaviləyə xitam verilmədən və qalıq məbləğin faizləri itirilmədən yalnız götürülən məbləğə hesablanmış faizlərin 50%-dək həcmi ödənilir.    3. Rahat şərtlər: – Bankın rəsmi saytı www.nikoil.az, www.hesab.az ödəniş saytı vasitəsilə  məsafədən balansın artırılması, həmçinin E-manat, Easy Pay, Golden Pay, Million ödəniş terminallarından sıfır komissiya ilə balansın artırılması. Ətraflı məlumat üçün (012) 981 qısa nömrəsinə zəng edə və ya göstərilmiş keçidə daxil olaraq əldə edə bilərsiniz.  

 

7 Oktyabr, 2016 il.

NIKOIL | Bank-ın Müşahidə Şurasına yeni sədr təyin olunub.

5 oktyabr 2016-ci il tarixində NIKOIL | Bank-ın Səhmdarlarının növbədənkənar Ümumi Yığıncağında Xəlilov İsgəndər Ağasəlim oğlu öz xahişi ilə Müşahidə Şurasının sədri vəzifəsindən azad olunmuşdur. Səhmdarlar Kulişova Marina Valeryevnanın Müşahidə Şurasının Sədri təyin ediməsi barədə qərar qəbul etmişdirlər. O, Bankın  transformasiyası mərhələsində onun daha keyfiyyətli inkişaf səviyyəsinə qaldırılması prosesinə rəhbərlik edəcək.  Eyni zamanda Romanovskiy İvan Vladimiroviçin Müşahidə Şurasının üzvü təyin edilməsi barədə qərar qəbul edilmişdir.  Müşahidə Şurasının tərkibindən çıxmasına baxmayaraq, İsgəndər Xəlilov  NIKOIL | Bank-ın səhmdarlarından biri olaraq qalır.  Beləliklə Müşahidə Şurasının tərkibi aşağıdakı qaydada təsdiq edilib:  Müşahidə Şurasının sədri:  Kulişova Marina Valeryevna;  Müşahidə Şurasının üzvləri: Romanovskiy İvan Vladimiroviç; Sazonov Aleksey Valeryeviç; Suxoruçkin Pavel Aleksandroviç; Novikov Roman Vitalyeviç;  Bankın səhmdarları, Müşahidə Şurası və menecmenti  NIKOIL | Bankın tərəqqisi və inkişafına verdiyi töhfəsinə görə Xəlilov İsgəndər Ağasəlim oğluna minnətdarlığını bildirirlər.

 

4 Oktyabr, 2016 il.

NIKOIL | Bank «Pulsuz danışıq dəqiqələri» aksiyasını davam edir!

NIKOIL | Bank və Bakcell mobil operatorunun birgə layihəsi davam edir.  Beynəlxalq pul köçürmə sistemlərinin hər hansı birindən istifadə etdikdə, NIKOIL | Bank tərəfindən müştəriyə 10 dəqiqədən 50 dəqiqəyə kimi Bakcell danışıq dəqiqələri hədiyyə ediləcəkdir. Müştəri 500-1000 ş.v. məbləği arasında pul köçürməsi etdikdə - 10 dəqiqə, 1001-5000 ş.v. məbləği arasında pul köçürməsi etdikdə - 20 dəqiqə, 5001-10000 ş.v. məbləği arasında pul köçürməsi etdikdə 30 dəqiqə, 10001 ş.v. məbləğindən artıq pul köçürməsi etdikdə 50 dəqiqə pulsuz danışıq dəqiqələri əldə edəcəkdir.    Hal-hazırda NIKOIL | Bank-da  "Zolotaya Korona", "Contact", "Caspian Money Transfer", "Lider", "Western Union", "Blizko", "Monex" və "Forsaj" kimi pul köçürmə sistemləri  mövcuddur.

 

27 Sentyabr, 2016 il.

NIKOIL | Bank Masallı filialı ilə Lənkəran filialını birləşdirdi

Filial şəbəkəsinin optimallaşdırılması ilə əlaqədar NIKOIL | Bank rəhbərliyi Masallı və Lənkəran  şəhərlərindəki  filiallarının bir regional filial şəklində birləşdirilərək Lənkəranın mərkəzində yerləşdirilməsi barədə qərar qəbul edib.  Bununla da, cari ilin sentyabrın 27-dən etibarən Masallının keçmiş filialının müştəriləri Lənkəran şəhərinin aşağıda göstərilmiş ünvanında yerləşmiş filialında xidmət olunacaqlar:  S. Bayramov küçəsi 19. Ətraflı məlumatı (012) 981 (daxili 5600) qısa nömrəsinə zəng etməklə əldə etmək olar.

 

27 Sentyabr, 2016 il.

NIKOIL | Bank depozit xəttini yeniləyib

NIKOIL | Bank depozit xəttini yeniləyərək, onu öz müştəriləri üçün daha da cəlbedici edib. Yeni depozit xətti  NIKOIL | Sabit depozit məhsulu ilə təqdim edilib. Qeyd edək ki, bankın təqdim etdiyi yeni faiz dərəcələri bazarın tələblərinə tam cavab verir və bu gün də gəlirlilik və etibarlılığının ən yaxşı birləşməsidir. Depozitlər haqqında ətraflı məlumat almaq üçün (012) 981 qısa nömrəsinə zəng vuraraq və ya NIKOIL | Bankın rəsmi səhifəsinə daxil olaraq əldə edə bilərsiniz. Xatırladaq ki, 21 sentyabr tarixində NIKOIL | Bankın  səhmdarları Bankın nizamnamə kapitalının 150 mln. manatadək artırılması barədə elan vermişdilər.  Beləliklə, cari ilin oktyabr ayının sonunadək NIKOIL | Bankın  nizamnamə kapitalı 184 mln. 500 min manat təşkil edəcək. Bu xəbər NIKOIL | Bankın Azərbaycanın maliyyə bazarında vəziyyətinin sabitliyini və davamlılığını bir daha təsdiqləyir.

 

23 Sentyabr, 2016 il.

NIKOIL | Bank - ın nizamnamə kapitalı - 184 mln. 500 min manat təşkil edəcək!

Sentyabrın 21-də Bank sektorunun sağlamlaşdırılması proqramı çərçivəsində Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatası və "NİKOYL" İnvestisiya-Kommersiya Bankının əsas səhmdarı TOPAZ İNVESTMENT  arasında  "NİKOYL" Bankının nizamnamə kapitalının öncə elan edilən 60 mln. manat daxil olmaqla, 150 mln. manatadək artırılması haqqında ikitərəfli protokol imzalanmışdır. Beləliklə, cari ilin oktyabr ayının sonunadək "NİKOYL" İKB ASC-nin nizamnamə kapitalı 184 mln. 500 min manat təşkil edəcək. Bankın səhmdarları və hüquqi-tənzimləyici orqanlar  tərəfindən atılan bu addım Azərbaycanın bank bazarına müsbət təsir edəcək  və "NİKOYL" Bankın daha da inamlı inkişafı üçün geniş imkan yaradacaq.

 

15 Sentyabr, 2016 il.

"NİKOYL" Bankın Müşahidə Şurasının yeni tərkibi təsdiqlənib

 "NİKOYL" İnvestisiya Kommersiya Bankının səhmdarlarının 2016-ci il 31 avqust tarixli növbədənkənar ümumi yığıncağında Müşahidə Şurasının üzvlərinin sayının 7 nəfərdən 5 nəfərədək dəyişilməsi və şuranın tərkibinin aşağıdakı qaydada formalaşdırılması qərarı qəbul edilmişdir:  Müşahidə Şurasının sədri - Xəlilov İsgəndər Ağasəlim oğlu  Müşahidə Şurasının üzvləri: Kulişova Marina Valeryevna Sazanov  Aleksey Valeryeviç Suxoruçkin Pavel Aleksandroviç Novikov Roman Vitalyeviç  Xatırlatmaq istərdik ki, yığıncağın gedişində Bankın nizamnamə kapitalının 60 mln. manat məbləğində artırılması qərarı qəbul edilmişdir. "NİKOYL"  Bank səhmdarlarının bu qərarından sonra bankın nizamnamə kapitalı 94 mln. 500 min manat təşkil edəcək.

 

9 Sentyabr, 2016 il.

NIKOIL | Bank növbəti xeyriyyə aksiyasını keçirdi!

Qurban bayramı ərəfəsində "NİKOYL" İKB ASC-nin kollektivi "Azərbaycan Qızıl Aypara" cəmiyyətinin Nəsimi rayonunda yerləşən nümayəndəliyində növbəti xeyriyyə aksiyasını keçirdi. "NİKOYL" İKB ASC-nin kollektivi 50-ə yaxın aztəminatlı ailələri müqəddəs Qurban bayramı münasibətilə təbrik etdi. Aztəminatlı ailələrin siyahısı "Azərbaycan Qızıl Aypara" cəmiyyəti tərəfindən təqdim edilmişdir və nəticədə hər bir ailə "NİKOYL" bankın kollektivi tərəfindən bayram payı ilə təmin edildi.

 

8 Sentyabr, 2016 il.

NIKOIL | Bankın bağlanmış dörd filiallarının müştərilərinə müraciəti

Maliyyə Bazarlarına Nəzarət Palatasının qərarı ilə 06.09.2016 tarixində "NİKOYL" İKB ASC-nin 1 saylı, 2 saylı, 9 saylı və 13 saylı  filiallarının lisenziyası geri çağırılmışdır. "NİKOYL" Bank tənzimləyici orqanların qərarlarına həmişə olduğu kimi  hörmətlə və anlayışla yanaşır. Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən qəbul edilmiş qərara reaksiya olaraq Bank dərhal dörd satış nöqtəsini bağladı. Bankın rəhbərliyi baş verənlərə görə çox təəssüflənsə də, bu qərarı müştərilərlə işləmə sisteminin  yeni mərhələsi kimi dəyərləndirir. Rəhbərlik dəyişikliyindən sonra  "NİKOYL" Bank filial şəbəkəsinin və xərclərinin optimallaşdırılması ilə fəal məşğul olmağa başladı. Bank həmçinin texnoloji inkişafın artırılmasına və maliyyə davamlılığına investisiya qoymağa hazırlaşır. Cari ilin 31 avqust tarixində Moskva şəhərində "NİKOYL" İnvestisiya-Kommersiya Bankı səhmdarlarının növbədənkənar yığıncağı keçirilmişdir və Bankın nizamnamə kapitalının 60 mln. manat məbləğində artırılması qərarı qəbul edilmişdir. Qeyd etmək lazımdır ki, "NİKOYL"  Bank səhmdarlarının bu qərarından sonra bankın nizamnamə kapitalı 94 mln. 500 min manat təşkil edəcək.  Və bu gün Bank tərəfindən növbəti 10 mln. ABŞ dolları məbləğində tranş qəbul edilmişdir. "NİKOYL" Bank öz müştərilərinə müraciət edərək bildirir ki, ləğv olunmuş filialların bütün fəaliyyətləri 3 saylı,5 saylı və 11 saylı filiallararasında paylanacaq. 1 saylı və 13 saylı filialların müştəriləri - Bakı şəhəri, Səməd Vurğun küç. 166 ünvanındayerləşən 3 saylı filialında xidmət olunacaqlar. 2 saylı filialın müştəriləri - Bakı şəhəri, Hüseyn Cavid pr. ev “A” ünvanında yerləşən 11 saylı filialında xidmət olunacaqlar. 9 saylı filialın müştəriləri - Bakı şəhəri, AZ 1025,  Xocalı pr. 24  ünvanındayerləşən 5 saylı filialında xidmət olunacaqlar.  

 

5 Sentyabr, 2016 il.

NIKOIL | Bank nizamnamə kapitalını 60 mln. manat məbləğində artırır!

31 avqust tarixində Moskva şəhərində "NİKOYL" İnvestisiya-Kommersiya Bankı səhmdarlarının növbədənkənar yığıncağı keçirilmişdir. Yığıncağın gedişində Bankın nizamnamə kapitalının 60 mln. manat məbləğində artırılması qərarı qəbul edilmişdir. Qeyd etmək lazımdır ki, "NİKOYL"  Bank səhmdarlarının bu qərarından sonra bankın nizamnamə kapitalı 94 mln. 500 min manat təşkil edəcək. Xatırladaq ki, bu məsələ  "NİKOYL" Bankın Müşahidə Şurasının bu yaxınlarda keçirilmiş iclasında müzakirə edilmişdir və iclasda nizamnamə kapitalının cari ilin sentyabr ayından gec olmayaraq artırılması tövsiyyə edilmişdir.

 

30 Avqust, 2016 il.

NIKOIL | Bank kiçik və orta biznesin kreditləşdirməsini aktiv şəkildə davam etdirir.

Artıq 12 ildir ki, NIKOIL | Bank Sahibkarlığa Kömək Milli Fondu ilə fəal əməkdaşlıq edir. SKMF-nun xətti ilə güzəştli kreditlərin əsas alıcıları ölkənin müxtəlif bölgələrindəki kiçik və orta biznes subyektləridir. Bu kreditlər Azərbaycanda istehsalın və kənd təsərrüfatının müxtəlif sahələrinin inkişafına təsir edən əsas motivasiya amillərindəndir. Bu müddət ərzində Bank tərəfindən 36 mln. manat məbləğində 1592 kredit verilib. Bugün də NIKOIL | Bank bazarın kiçik və orta biznes seqmentinin iştirakçıları olan çörək və un məmulatlarının bişirilməsi və digər  ərzaq və məhsullarının istehsalı ilə məşğul olan sahibkarlar eləcə də heyvandarlıq, arıçılıq, balıqçılıq, əkinçiliklə məşğul olan fermerlər üçün sərfəli kredit şərtləri təklif edir. Kredit məbləği 5000-10000000 AZN, kredit müddəti kreditin məbləğindən asılı olaraq 10 ilədək, illik 6% dərəcəsi ilə kredit müddətinin yarısına qədər güzəşt dövrü ilə verilir. Daha ətraflı məlumat üçün (012) 981 qısa nömrəsinə zəng edərək  NIKOIL | Bank-ın  Məlumat Mərkəzi ilə əlaqə saxlaya və ya SKMF-nun rəsmi www.anfes.gov.azsəhifəsinə daxil olaraq məlumat əldə edə bilərsiniz. Həmçinin SKMF tərəfindən Respublikanın müxtəlif bölgələrində keçirilən  kredit yarmarkalarında iştirak edərək daha geniş məlumat əldə etmək mümkündür. Qeyd edək ki, NIKOIL | Bank bütün yarmarkaların fəal iştirakçısıdır.

 

29 Avqust, 2016 il.

“Nikoyl” İKB ASC-nin İdarə Heyətinin Sədri Nikoloz Şurqaia ilə müsahibə

Cənab Şurqaia, hər şeydən öncə Sizi "NİKOYL" Bankın İdarə Heyətinin Sədri vəzifəsinə təyin olunmanız münasibətilə təbrik etmək istərdim.  Təşəkkür edirəm. İlk öncə ondan başlayaq ki, "NİKOYL" Bank yarandığı 1994-cü ildən bəri müəyyən tarixə, öz ənənələrinə və müştəri bazasına malik olan, ölkənin universal banklarından biridir. Uzun illər ərzində  Banka sadiq olan, həmçinin son dövrlər ərzində bizim sıralarımıza qoşulmağa qərar verənlərə öz minnətdarlığımı bildirmək istəyirəm.  Mənim üçün geniş və sadiq müştəri bazasına və inkişafa tuşlanmış səhmdarlara  malik olan, 20 ildən artıq tarixi olan Banka başçılıq etmək böyük şərəfdir.  Bu həmçinin Bankı daha yüksək müasir inkişaf səviyyəsinə köçürmək üçün yeni çağırışdır.  Təbii ki, Bankın müştərilərinə və sadə oxuculara Sizinlə yaxından tanış olmaq maraqlı olacaq, buna görə də standart yanaşmadan başlayacağıq – özünüz haqda və Sizin peşəkar bankir fəaliyyətiniz haqda danışın. Mən 20 ildən artıqdır ki,  bank işinə həyatımı həsr etmişəm və çalışıram bundan sonrada sevdiyim işlə məşğul olum, daim öz bacarıqlarımı təkmilləşdirirəm,  həm özümü, həmdə işlədiyim şirkətləri dəyişdirirəm. London biznes-məktəbinin biznesin idarəedilməsi üzrə magistr dərəcəm var və iqtisad elmləri namizədiyəm. Mənim bankir karyeram 1994-ci ildə Tbilisi Dövlət Universitetində ikinci kursda oxuyarkən başlayıb. O zaman mən Gürcüstanın "Eksimbank"-ında çalışmağa başladım. Biznes məktəbi bitirdikdən sonra 2004-ci ildə mən Moskvaya köçdüm, burada mən “ABN AMRO” Bankının energetika Departamentində çalışmağa başladım. Daha sonra Londona AYİB-in maliyyə institutları Qrupuna qayıtdım və 2008-ci ilin yazından mən karyeramı artıq beynəlxalq bankir, menecer və müşavir kimi davam etdirdim.  Bu qismdə mən Gürcüstan, Belarus və Azərbaycanda işlədim. Əsas işlərlə paralel olaraq, mən yaxın xarici ölkələrdə müxtəlif tipli maliyyə qurumlarının direktorlar şurasında iştirak edirəm. Mənim missiyam tərəqqinin sürətləndirilməsinə kömək etmək, təcrübə mübadiləsi və ümumi məqsədlər ətrafında müxtəlif  baxışları olan peşəkarların birləşdirilməsi sayəsində  dəyərlər yaratmaq və komandanın hər bir üzvünün ən yaxşı keyfiyyətlərini üzə çıxarmaqdır. Yorulmamısınız? Vəziyyətin tez-tez dəyişilməsi, hələ Sizin təyinatınızın coğrafi əhatə dairəsi barədə demirəm...  Heç bir halda. Əksinə, şirkətin effektliyinin və əməyin məhsuldarlığının artırılması, təcrübə mübadiləsi və yenilikləri tanımaq imkanları məni ruhlandırır. İnsan kimi təşkilatın da inkişafı daimi dəyişikliklərə hazır olmasına əsaslanır. İnkişaf etmə zərurəti bankirlər üçün daha aktualdır. Banklar iqtisadiyyatda orqanizmi qan ilə təmin edən ürək rolunu oynayır. Ona görə də biz, həmişə yaxşı formada olmalıyıq ki, müxtəlif bölgələrdə gedən artım və müvəqqəti zəifliklərə qarşı orqanizmin ehtiyaclarını ödəyə bilək.Yorğunluq ürək üçün yolverilməz dəyərdir. Bəli, razılaşıram ki, işlədiyim ölkələr - Gürcüstan, Belarus, Azərbaycan, Böyük Britaniya və Rusiya öz dərin ənənələri, mentaliteti və həyat tərzi, həmçinin maliyyə bazarları ilə seçilən müxtəlif suveren dövlətlərdir. Bununla belə, həm mədəniyyət, həm də biznesdə bu ölkələr arasında ümumi cəhətlər çoxdur. İnsanlar hər yerdə insanlardır, xüsusən də, çoxəsrlik birgə tarixə malik olan qonşu ölkələrdə. İnsanlar, ölkələr və bizneslər arasındakı fərqlər isə yeni bir şey görmək və öyrənmək imkanı verir. İş təcrübəsi olduqda  müxtəlif situasiyalarda üç mühüm amili yadda saxlamaq gərəkdir – sualların cavablandırılmasına doğru yanaşma, nəticəyə istiqamətlilik və təşəbbüskarlıq. Sonra isə müəyyən olmayan bir şey qalmır. Biznes haqqında konkret "NİKOYL" Bank  haqqında danışarkən - yaxın gələcəkdə nə gözlənilir?  Təbii ki, ilk növbədə biz müştərilərimizin xidmətinin yaxşılaşdırılması üzrə işləməyə başlayacağıq, bankın fəaliyyətdə olan əməliyyat imkanlarına,  fiziki və hüquqi şəxslər üçün risk-profilli məhsullara yenidən baxacağıq. "NİKOYL" Bankın müştərilərinin aldığı sürətli xidmət, diqqət və rahatlıq bizim üçün birinci dərəcəli məqsədlərdir. Mobil bank, internet bank  və digər məsafəli xidmətlərin çeşidi artacaq. Təbii ki, müştərilərin tələbləri fərqlənir və müştərilərimizin rahatlığı üçün  satış nöqtələrinin komfortunu yaxşılaşdıracağıq. Biz maksimum çalışacağıq ki, hər kəs üçün uyğun yanaşma tərzi tapaq. Nadir hallarda, bizdən tələb olunanı verə bilmədikdə, bunu dürüst və açıq şəkildə bildirəcəyik. Müştərilər üçün təqdim olunan xidmətlə yanaşı hər bir bank üçün onun içəridən görünən biznes tərəfi vacibdir, bu isə bizim biznes həyata keçirdiyimiz istiqamət və şöbələrin hər birinin effektliyidir. Biz satış nöqtələrinin optimallaşdırılması, onların idarəedilməsi, biznesin planlaşdırılması və qiymətləndirilməsi ilə məşğul olacağıq.  Burada biznesin effektivliyi və müştərilərin məmnuniyyəti vurğulanır. Korporativ idarəetmənin ən yaxşı beynəlxalq təcrübəsini tətbiq edərək  müştərilər və partnyorlarla uzunmüddətli və etibarlı münasibətlər yaratmaq bizim əsas vəzifəmizdir. Qısa müddət ərzində Azərbaycanda bankların sayı kəskin azaldı. Bu, ümumi əhval-ruhiyyəyə necə təsir edə bilər? Bazar iqtisadiyyatının dövri təbiəti və xammal məhsullarına olan dünya qiymətləri bir çox ölkələr, o cümlədən Azərbaycanın iqtisadiyyatı üçün təhdidlər yaratdı. Bank sektoru iqtisadi silsilələrin təsirinə daha çox məruz qalır, nəinki müştərilərin vəziyyətindən asılı olan iqtisadiyyat.  Təxminən son 20 il ərzində bank sektorunda baş vermiş fasiləsiz artıma cavab olaraq, bank sistemində əhəmiyyətli dəyişikliklər indi baş verir. Bankların və bank kreditlərinin sayının azlaması  bank işçilərinin eləcə də müştərilərin, xüsusilə, borcalanlar üçün ağrılı bir prosesdir. Lakin cəmiyyətə faydalı olması baxımından müsbət tərəfləri də çoxdur. Bu sektorda çalışanların ümumi sayının azalması, biznesin riskliliyinin azalması, avtomatlaşdırma və səmərəliliyinin artırılması bank sənayesinin ümumi yaxşılaşdırılması üçün atılan addımların bir hissəsidir. Banklar əsasən bacarıqlı mütəxəssislərlə komplektləşdirilir və yeni iqtisadi şəraitə adaptasiya olurlar. Prosesin düzgün tənzimlənməsi zamanı işçilərin sayının azaldılması sektorun sağlamlaşdırılmasına gətirib çıxaracaq. İqtisadi aktivliyin artırılması ilə banklar iqtisadiyyatın xeyri naminə daha yaxşı və daha çox xidmət təklif edəcəklər. Bununla da inkişafın müsbət spiralı yaranaraq, iqtisadi inkişafa müsbət təsir edəcək. Kreditləşdirmənin hansı istiqamətləri "NİKOYL" Bank üçün prioritet sayılacaq?  Mikro, kiçik, orta biznes və Azərbaycan əhalisi ilə işlərin aparılması bizim üçün prioritetdir. Burada biz gələcək üçün böyük potensial görürük. Bugün də biz,  iqtisadi aktivliyin azalmasına baxmayaraq kənd təsərrüfatı, istehsal, turizmə cəlb olunmuş şirkətlər və ümumi fərdi sahibkarlarlarla aktiv işləyirik. Əlbəttə ki, biz kredit üçün müraciətləri diqqətlə təhlil edirik. Bu proses hər iki tərəf üçün fayda daşıyır. Adətən bankirlərin ehtiyatlılığı müştəriləri əsassız risklərdən qoruya bilir. "NİKOYL" Bankın yeni rəhbərliyinin əsas məqsədi nədir? Məqsədimiz səhmdarlar, müştərilər və əməkdaşlar üçün dəyərlı olacaq  müasir bank yaratmaqdır;  faydalı iqtisadi vahid ola bilən və daim özünü inkişaf etdirmə qabiliyyətinə malik olan bir bank. Sizin üçün "NİKOYL" Bankın uğurunun təminatı nədir? Uğur, bank sənayesi ilə müqayisədə, nisbi və ya mütləq anlayışdır – kapitalın gəlirliyinin uzun  müddətli və yüksək səviyyədə dəstəyini təmin edir.  Nisbi uğur özü banka aid  nisbi amillərdən asılıdır. Mütləq uğur üçün əlavə əlverişli əməliyyat və davamlı mühit lazımdır. Nisbi uğura aparan yol bir neçə komponentə əsaslanır. Hesab edirəm ki, onlardan ən əsasları peşəkar bir  komandanın olması, düzgün korporativ idarəetmə və səhmdarların maliyyə dəstəyinin olmasıdır. Nikoyl Bankın maliyyə dəstəyi var. Yaxın gələcəkdə səhmdarlar bankın kapitalının artırılması niyyətindədirlər. Bizdə həmçinin düzgün korporativ idarəetmə bacarıqları mövcuddur. Və mən ümid edirəm ki, biz tezliklə bu istiqamətdə ən yaxşı təcrübəni reallaşdıracağıq. Yalnız bir şey qalır – effektli, işinə qəlbi və ağlı ilə sadiq olan komandanın formalaşdırılması. Mən bu məqsədə nail olmaq üçün əlimdən gələni edəcəyəm və inanıram ki, düzgün yanaşma və inadlı iş həmişə müsbət nəticə verir. Bəs sizə elə gəlmirmi ki, dünya iqtisadi turbulentlik, Azərbaycanın bank sektrorundakı çətinliklər fonunda bankirlərə etibar azalıb? 2008-2009-ci illər Dünya maliyyə böhranından sonra, bankirlərin nüfuzu, qlobal miqyasda zərər çəkib. Bankların mühüm rolu olan ciddi iqtisadi çətinliklər ortaya çıxdı. Azərbaycan dünyada gedən proseslərdən kənarda qalmadı. Öz sənətimə qarşı tənqidləri qəbul edərək, düşünürəm ki, bankirlər dəyişilməli və daha yaxşı olmalıdırlar. Eyni zamanda, mən öz peşəmi sevirəm, ona hörmət edirəm və onunla fəxr edirəm. Düşünürəm ki, cəmiyyət də dəyişilir və bu şeylərin təbiətini daha dərindən qəbul etməyə başlayır. İnsanların və biznes nümayəndələrinin əksəriyyəti bankların rolunu daha yaxşı anlamağa və yaxşını pisdən ayırmağı, fərqləndirməyi öyrəniblər. Onlar artıq başa düşürlər ki, kim-kimdir. Paralel olaraq, maliyyə sənayesinin yenilənməsi prosesi gedir, bankirlərin əksəriyyəti işə düzgün yanaşırlar və öz biznesini təkmilləşdirirlər. Dünya iqtisadiyyatı bir çox risklərin təsirinə meyilli olaraq qalır lakin, o daha canlı inkişafa yenidən dönəcək. Bununla bağlı olaraq, cəmiyyət də özünü daha firavan və rahat hiss edəcək. Banklara inam da mütləq bərpa olunacaq.  Amma təkrar edim ki, gələcəyin bankları keçmiş və bugünkü banklardan çox fərqlənəcək. Deməli siz banklarda müsbət dəyişikliyə inanırsınız. Birmənalı şəkildə. Müasir iqtisadi nəzəriyyənin banilərindən biri olan A.Smitin tərəfdarı kimi, onun “görünməyən əl” nəzəriyyəsinə inanaraq hesab edirəm ki, iqtisadiyyatın özünütənzimləmə xüsusiyyəti var. Banklar, maliyyə sektoru  müştərilərin və cəmiyyətin tələblərini qarşılamaq üçün dəyişiklikləri davam etdirəcəklər. Eyni zamanda peşəkarlar öz işlərini yaxşı görürlərsə, bu həm iqtisadiyyat, həm də cəmiyyət üçün  yaxşıdır. İşi yaxşı görmək üçün doğru və çox işləmək lazımdır, hətta lap çox... Sizin iş bacarığınızın sirri nədədir? Öz sağlamlığına qarşı nizam-intizamlı olmaq bütün peşələrə malik insanlara kömək edir. Mənim üçün bu, düzgün qidalanma, fiziki aktivlik və kifayət edəcək qədər yuxudan ibarətdir. Həyata nikbin baxış da böyük rol oynayır. Özünə və insanların müsbət tərəflərinə inanmaq lazımdır. İnsan nəyə köklənsə elə də davam edəcək.  İşdən kənar vaxtlarda daha nə ilə məşğul olursunuz? İşdə intensiv fəaliyyətimdən sonra evdə ailəmlə vaxt keçirmək mənim üçün çox önəmlidir. Ailə və dostlar - sevgi və yeni enerji mənbəyidirlər. Həmçinin idman da mənim həyatımın ayrılmaz hissəsidir. İdman gunün müsbət başlanması üçün əvəzolunmazdır. Uzun və gərgin işdən sonra sürətli bərpa olunmaqda köməklik göstərir. İmkan olunca səyahət etməyi də sevirəm, həmçinin həyat yoldaşımla birgə müasir incəsənətlə məşğul oluram. Mən dünyagörüşünün daima genişlənməsinin tərəfdarıyam. Bunlar -  müxtəlif ölkərə səfər etmək, biznes cəmiyyətləri ziyarət etmək, müxtəlif peşə və baxışlara malik insanlarla ünsiyyət qurmaqdır. Dünya rəngarəngdir. "NİKOYL" Bankın kollektivinə hansı cümlə ilə müraciət edibsiniz? Banka öz eviniz kimi yanaşın! Gələcək bankirlərə nə arzulayardınız? Bank işi – texniki və humanitar biliklərdən, praktiki bacarıqlardan ibarət kokteyldir və həmçinin yaxşı kommunikasiya qurmaq bacarığıdır.   Mütləq yaxşı təhsil almaq və imkan olan kimi çoxlu oxumaq lazımdır. Bu baxımdan məni gənclər arasında şəkil və videolara üstünlük verilərək oxumağa meyilliyin azalması narahat edir.  Xarici dillərin öyrənilməsindən yan keçmək olmaz. Əlbəttəki, ən əsas dil ingilis dilidir, çünki o, birbaşa müasir biliklərə, xarici nəşrlərə və maliyyə ədəbiyyatına yiyələnməyə imkan verir. Lakin digər dillər də faydalıdır. İş təcrübəsinə malik olmaq da vacvibdir. Başa düşürəm ki, çox vaxt gənclər özlərinə münasib iş tapmaqda çətinlik çəkirlər. Bununla belə, müəyyən dövr üçün az məvacib alaraq sevmədiyin işi görmək işsiz qalmaqdan daha yaxşıdır. Bank təcrübəsi də çox önəmlidir. Ən sonda gənclərə daha iddialı olmağı, irəli addımlamağı və öz arzularını fəth etməyi arzulayıram. Və sonda, oxucularımıza arzunuz?  Bizi izləyin və yaxın gələcəkdə ortaya çıxacaq yeni təkliflərimizin və tərəqqimizin şahidi olun. Əgər siz müasir və rahat bank xidmətləri almaq istəyirsinizsə bizim - "NİKOYL" bankın müştərisi olun!   Cənab Şurqaia, xoş söhbətə görə Sizə təşəkkür edirəm. Sizə və "NİKOYL" Bankın bütün kollektivinə möhkəm cansağlığı, biznesinizdə uğurlar və firavanlıq  arzulayıram!  

 

22 Avqust, 2016 il.

NIKOIL | Bank-ın Müşahidə Şurasının növbəti iclası keçirildi.

19.08.2016-cı il tarixində "NİKOYL" İnvestisiya Kommersiya Bankı ASC-nin Müşahidə Şurasının  Moskvada iclası keçirilmişdir. İclasda əsas müzakirə mövzusu Bankın nizamnamə kapitalının artırılması olmuşdur. Müşahidə Şurası tərəfindən Səhmdarların Ümumi Yığıncağına Bankın nizamnamə kapitalının 60 mln. manatadək artırılması tövsiyyə edilmişdir. Bankın Səhmdarlarının Ümumi Yığıncağının növbədənkənar iclası cari ilin avqustun sonunadək keçirilməsi nəzərdə tutulub.    

 

15 Avqust, 2016 il.

NIKOIL | Bank-ın bankın əsas səhmdarı nizamnamə kapitalını artırmaqda davam edir.

NIKOIL | Bank-ın əsas səhmdarı tərəfindən depozit hesablara vəsaitlərin daxil edilməsi prosesi davam edir. Bugün də,  NIKOIL | Bank-ın majoritar səhmdarlarından biri olan “Topaz İnvestisiya” QSC tərəfindən 10 mln. ABŞ dolları məbləğində növbəti tranş daxil edilmişdir. Xatırladaq ki, 10 mln. ABŞ dolları məbləğində ilk tranş cari ilin 29 iyul tarixində banka yerləşdirilmişdir. Bu məbləğdən kreditləşmənin bütün istiqamətlərdə gücləndirmək məqsədi ilə istifadəsi planlaşdırılır. Qeyd edək ki, avqust ayında səhmdarlar tərəfindən növbəti 10 mln. ABŞ dolları məbləğində tranş banka yerləşdiriləcək və sentyabr ayının sonunda analoji məbləğli dördüncü tranş daxil ediləcək. Həmçinin sadə aksiyaların emissiyası barədə qərarın elan edilməsi gözlənilir. Bütün bu əməliyyatlar  NIKOIL | Bank –ın kapitalının artırılması və Bankın yeni inkişaf mərhələsinə keçməsi istiqamətində atılan ilk addımlardır.

 

5 Avqust, 2016 il.

NIKOIL | Bank debet kartları üzrə nağdlaşdırma komissiyası indi 0%!

NIKOIL | Bank daima olduğu kimi müştərilərin qayğısına qalaraq onların rahatlığı üçün yeniliklər tətbiq edir.  Bugündən etibarən NIKOIL | Bank öz bankomat və pos-terminal şəbəkələrində nağd pulun çıxarılması üçün bütün komissiyaları ləğv edir. İndi  növ və dəyərindən asılı olmayaraq  debet plastik kart sahibi olan hər kəs həm müasir ödəniş sisteminə malik olur, həm də komissiyalar üzrə tam güzəşt əldə edir.  Göstərilən şərtlər həm mövcud, həm də yeni müştərilər üçün keçərlidir.  Bugün NIKOIL | Bank-ın plastik kartlar üzrə məhsul çeşidində Visa Electron, Visa Classic, Visa Gold, Visa Platinum, MasterCard Maestro, MasterCard Standard və MasterCard Gold kimi plastik kartlar təqdim olunur. Qeyd edək ki, Visa Platinum kartını əldə edərkən sizə Priority Pass kartı hədiyyə edilir. Bu kart vasitəsilə dünyanın istənilən hava limanlarının VİP istirahət məkanlarından sərbəst istifadə edə bilərsiniz. NIKOIL | Bank-dan plastik kart əldə etməyə tələsin!

 

29 İyul, 2016 il.

NIKOIL | Bank-ın əsas səhmdarı depozit portfelini artırır

Nikolaz Şurqaianın NIKOIL | Bank-ın İdarə heyəti sədri vəzifəsinə və Fərhad Hacınski ilə Sergey Xmurinin İdarə Heyəti üzvü vəzifəsinə təyinatının ardı ilə bu həftə, NIKOIL | Bank-ın mojaritar səhmdarlarından olan “Topaz İnvestment” QSC  Bankda 20 mln. ABŞ dolları həcmində uzunmüddətli depozitin  yerləşdirilməsi haqda qərar qəbul edib.  İlk 10 mln. ABŞ dolları Banka artıq mədaxil edilib, ikinci tranş isə cari ilin avqust ayının 12-nə qədər mədaxil olunması gözlənilir. Səhmdarların bu qərarı bankın kapitalının artırılması ilə yanaşı Azərbaycanda biznesin və əhalinin kreditləşməsinə yönəldilib. Xatırladaq ki, 30 iyun 2014-cü il tarixindən etibarən bank səhmdarlarının heyəti aşağıdakı kimi formalaşdırılıb: "Topaz İnvestment" QSC - 56,4%, "NİKOİL" QSC – 42.6%  və "ISR Holding"-1% MMC. Bugün NIKOIL | Bank əhaliyə milli və xarici valyutada  həyata keçirilən  hesablaşma,  kredit, kart, zəmanət, banklararası, sənədli və digər əməliyyatların da daxil olduğu xidmətlərin tam paketini təklif edən universal maliyyə-kredit təşkilatıdır. Bankın filial şəbəkəsi Bakı, eləcə də Azərbaycanın bölgələrində yerləşmiş 21 satış məntəqəsindən ibarətdir.Bankın sosial şəbəkədə rəsmi səhifəsinin ünvanı:https://www.facebook.com/bank.nikoil

 

22 İyul, 2016 il.

Nikoil Bankın idarə heyətinə yeni sədr təyin edilib

Nikoloz Şurgaia Nikoil Bankın idarə heyətinə sədrtəyin edilib. Bu barədə bu gün bankın mətbuat xidmətindən rəsmi açıqlamada bildirilmişdir. O, bu vəzifədə 2005-ci ildən bankın idarə heyətinin sədri vəzifəsində çalışan Vasiliy Viktoroviç Xamazanı əvəz etmişdir. Nikoloz Azərbaycan, Belarus, Gürcüstan, Rusiya və Böyük Britaniyada maliyyə sektorunda 20 illik təcrübəsi olan peşəkar bankirdir. Hazırda o, Belarus və Gürcüstanda bir neçə bankın və Gürcüstan Fond Birjasının müşahidə şuralarının üzvüdür. Cənab Nikoloz London Biznes Məktəbi, eləcə də Tbilisi Dövlət Universitetinin məzunudur. Rəhbərlik dəyişikliyi bankın Azərbaycanda biznes qurumları və fərdi şəxslərə müasir keyfiyyətli maliyyə xidmətlərini təqdim edən etibarlı bir tərəfdaşa transformasiya prosesini sürətləndirməmlə izah olunur.

 

20 İyul, 2016 il.

NIKOIL | Bank-ın plastik kartları ilə alış-veriş edin, pulsuz danışıq dəqiqələri əldə edin!

NIKOIL | Bank-dan plastik kart sahiblərinə növbəti şad xəbər! Bugündən etibarən plastik kartla nağdsız pul dövriyyəsi zamanı müştəri NIKOIL | Bank tərəfindən Bakcell danışıq dəqiqələri əldə edəcəkdir. Belə ki, ay ərzində kart üzrə dövriyyə 300-500 ş.v. məbləğində olduqda 10 dəqiqə, ay ərzində kart üzrə dövriyyə 501-700 ş.v. məbləğində olduqda 20 dəqiqə, ay ərzində kart üzrə dövriyyə 701-1000 ş.v. məbləğində olduqda 30 dəqiqə və ay ərzində kart üzrə dövriyyə 1001 ş.v. məbləğindən artıq olduqda Bakcell mobil operatorundan 50 dəqiqə pulsuz danışıq dəqiqələri əldə edəcəkdir. Bildirmək istərdik ki, NIKOIL | Bank-da Visa Electron, Visa Classic, Visa Gold və Visa Platinum, həmçinin, MasterCard Maestro, MasterCard Standart və MasterCard Gold kimi plastik kart növlərini əldə etmək mümkündür.  Siz banka yaxınlaşmadan NIKOIL | Bank-ın http://nikoil.az/az/ordercard/səhifəsindən plastik kart sifariş edə bilərsiniz.  NIKOIL | Bank-da mövcud olan plastik kart növləri iləhttp://nikoil.az/az/cards/ səhifəsinə daxil olaraq tanış ola bilərsiniz.  

 

19 İyul, 2016 il.

NIKOIL | Bank növbəti hündür zirvəni fəth edir!

16-17 iyultarixlərindəNIKOIL | Bank-ınalpinistlərdən ibarət yığma komandasıGürcüstanda növbəti təlim-məşq toplantısı keçiriblər. Bu tədbirdə NIKOIL | Bank-ın baş ofisi daxil olmaqla bankın 21 filialından təmsilçi iştirak edirdi. NIKOIL | Bank-ın İdarə Heyətinin sədri Vasiliy Viktoroviç Xamaza başda olmaqla 34 nəfərdən ibarət yığma komanda qonşu ölkənin Muxadze (3200 m.) və Tikanadze (3400 m.) zirvələrini fəth etdi. Ənənəyə uyğun olaraq hər iki zirvədə Azərbaycan RespublikasınınvəNIKOIL | Bank-ın bayraqları qaldırıldı. Qeyd etmək istərdik ki, Muxadze zirvəsi mürəkkəblik dərəcəsinə görə 1A kateqoriyasına, Tikanadze zirvəsi isə mürəkkəblik dərəcəsinə görə 2A kateqoriyasına aiddir. NIKOIL | Bank-ın alpinistlərdən ibarət yığmasının qarşısında Azərbaycan, Gürcüstan, Rusiya və İranda artıq heç bir fəth edilməz zirvə qalmayıb. Bankın alpinist yığması üzvlərinin sayı hər il artmaqdadır. NIKOIL | Bankda futbol fitnes və yaxtinq kimi idman növlərinə aid komandaların mövcudluğu, bank rəhbərliyinin kollektivdə milli ruhun artırılması və sağlam həyatın təbliğatı istiqamətində böyük işlər gördüyünün nəticəsidir. Bankın sosial şəbəkədə rəsmi səhifəsinin ünvanı: https://www.facebook.com/bank.nikoil

 

18 İyul, 2016 il.

NIKOIL | Bank Sizə pulsuz danışıq dəqiqələri hədiyyə edir!

NIKOIL | Bank daima əhaliyə ən mükəmməl bank xidmətlərini təklif edir.  Bugün biz, nəinki, sürətli və rahat, hətta daha sərfəli pul köçürmə sistemlərini təklif edirik. Bugündən etibarən beynəlxalq pul köçürmə sistemlərinin hər hansı birindən istifadə etdikdə, NIKOIL | Bank tərəfindən müştəriyə Bakcell danışıq dəqiqələri hədiyyə ediləcəkdir. Müştəri 500-1000 ş.v. məbləği arasında pul köçürməsi etdikdə - 10 dəqiqə, 1001-5000 ş.v. məbləği arasında pul köçürməsi etdikdə - 20 dəqiqə, 5001-10000 ş.v. məbləği arasında pul köçürməsi etdikdə 30 dəqiqə, 10001 ş.v. məbləğindən artıq pul köçürməsi etdikdə 50 dəqiqə pulsuz danışıq dəqiqələri əldə edəcəkdir. Hal-hazırda NIKOIL | Bank-da  "Zolotaya Korona", "Contact", "Caspian Money Transfer", "Lider", "Western Union", "Blizko", "Monex" və "Forsaj" kimi pul köçürmə sistemləri  mövcuddur. NIKOIL | Bank-da mövcud olan beynəlxalq pul köçürmə sistemləri haqqında məlumatı http://nikoil.az/az/moneytransfer/səhifəsinə daxil olaraq əldə edə bilərsiniz.  

 

13 İyul, 2016 il.

NIKOIL | Bank “Məlumat Mərkəzi” üçün vakansiya elan edir!

-Cinsi: qadın, kişi; -Yaş: 20-30; -İş təcrübəsi: tələb olunmur; -Ali təhsil; -Dil biliyi;  Azərbaycan dili – mükəmməl;  Rus dili – mükəmməl;  İngilis dili – yaxşı;  -Şifahi və yazılı formada öz fikirlərini ifadə etmək bacarığı, düzgün nitq, ünsiyyət qurmaq bacarığı;  -Məsuliyyət, dəqiqlik, fəallıq;  -Fərdi və komandada işləmək bacarığı;  -Zəngin lüğət ehtiyatı və savadlı danışıq qabiliyyəti;  -Kompyuter proqramlarını (Word, Excel, Outlook, Power Point) əla səviyyədə bilmək;    Öhdəlikləri:   -Daxil olan zənglərin qəbul edilməsi; -Müştərilərin bank məhsulları haqqında məlumatlandırması; -Müştərilərə onların hesablarının vəziyyəti haqqında məlumat verilməsi; -Kross-satış; -Müştərilərin  şikayətlərinin qəbulu və onlara baxılması; -Məktubların qəbulu və cavablandırılması; -"Onlayn məsləhətçi”  xidməti vasitəsilə müştərilərlə əlaqəyə girib suallarının cavablandırılması; - Zənglərə əsasən bank məhsullarının satışının təşkil edilməsi (Telemarketinq).   CV formasını mövzu hissədə “Məlumat mərkəzi” adını qeyd edərək  hr@nikoil.az ünvanına göndərə bilərsiniz.   

 

8 İyul, 2016 il.

NIKOIL | Bank-ın səhmdarlarının növbəti yığıncağı keçiriləcəkdir.

22 iyul tarixində Moskvada şəhərində NIKOIL | Bank-ın əsas səhmdarı  “LUKOYL” neft şirkətinin prezidenti Vahid Ələkbərovun iştirakı ilə səhmdarların  növbəti Ümumi Yığıncağı keçiriləcəkdir. Tədbir zamanı carı maliyyə göstəriciləri, plan üzrə başa çatmış işlər, ilin əvvəlində Bankın yeni strukturun iş keyfiyyəti, iqtisadi normativlər və böhrana qarşı atılan addımlar müzakirə olunacaqdır. Sahmdarların Ümumi Yığıncağının gündəliyində duran əsas məsələlər isə aşağıdakılardır: NIKOIL | Bank-ın Müşahidə Şurasının tərkibinə dəyişiliklərin edilməsi; 2015-ci ilin yekunlarına əsasən, kənar auditor tərəfindən təsdiq olunmuş illik maliyyə hesabatının baxılması; Kredit portfeli üzrə əlavə məqsədli ehtiyatların yaradılması məsələsinə baxılması; NIKOIL | Bank-ın məcmu kapitalın artırılması məsələsinə baxılması; İmtiyazlı səhmlərinin buraxılması məsələsinə baxılması; NIKOIL | Bank-ın Nizamnaməsinə dəyişikliklərin edilməsi. Bu gün NIKOIL | Bank əhaliyə milli və xarici valyutada  həyata keçirilən  hesablaşma,  kredit, kart, zəmanət, banklararası, sənədli və digər əməliyyatların da daxil olduğu xidmətlərin tam paketini təklif edən universal maliyyə-kredit təşkilatıdır. Bankın filial şəbəkəsi Bakı, eləcə də Azərbaycanın bölgələrində yerləşmiş 21 satış məntəqəsindən ibarətdir. NIKOIL | Bank -ın bütün bank məhsulları, aksiyaları və xüsusi təklifləri haqqında məlumatı (012) 981 qısa nömrəsinə zəng edərək almaq mümkündür. Bankın sosial şəbəkədə rəsmi səhifəsinin ünvanı:https://www.facebook.com/bank.nikoil

 

16 İyun, 2016 il.

NIKOIL | Bank premium kartları üzrə Visa aksiyasına qoşuldu!

NIKOIL | Bank-ın Visa Gold və Visa Platinum premium növlü plastik kart sahiblərinə şad xəbər! Yuxarıda qeyd olunmuş kartlar vasitəsilə 50 AZN-dən yuxarı nağdsız ödəniş etdiyikdə, hər müştəri stimullaşdırıcı lotereyada iştirak etmək şansını qazanacaq. Lotereyada 6 ədəd, hər biri 6350 AZN dəyərində olan səyahət paketləri və 120 ədəd Azərbaycanda fəaliyyət göstərən tanınmış parfumeriya mağazaları şəbəkələrindən hədiyyə kuponları oynanılacaqdır. Lotereyada iştirak etmək üçün aksiya müddəti ərzində plastik kartınızı və etdiyiniz bütün ödənişləri www.visa.com.az saytında qeydə almağınız zəruridir. Yay tətilləri tezliklə başlayacaqdır, “Arzularınızın səyahətini” qazanmaq şansını əldən qaçırmayın!

 

13 İyun, 2016 il.

NIKOIL | Bank iş rejimini yenilədi!

Bakı şəhərində 17-19 iyun tarixləri arasında keçiriləcək “Formula-1” Avropa Qran Prisi ilə əlaqədar Maliyyə Bazarlarına Nəzarət Palatasının tövsiyəsi ilə NIKOIL | Bank -ın Puşkin  küçəsi 30 ünvanında yerləşən Baş ofisi və Ü.Hacıbəyli 27 ünvanında yerləşən 13 saylı filialı yeni iş rejimində fəaliyyət göstərəcəkdir.  21 iyun daxil olmaqla yuxarıda göstərilən NIKOIL | Bank -ın satış nöqtələri səhər saat 09:00-dan axşam saat 21:00-dək qücləndirilmiş iş rejimində fəaliyyət göstərəcəkdirlər. Yenilənmiş iş rejiminə əsasən, müştərilərə kassa-hesablaşma və əməliyyat  xidmətləri göstəriləcəkdir. Müştərilərin və şəhərimizin qonaqlarının rahatlığının təmin olunması və yüksək keyfiyyətli xidmətin göstərilməsi  NIKOIL | Bank -ın əsas  məqsədlərindən biridir.  

 

7 İyun, 2016 il.

Nikoil | Bank-ın alpinistlərdən ibarət komandası Xızıda təlim-məşq toplantısı keçirdilər.

Bu dəfəki yürüşün əsas fərqli cəhətlərindən biri də kluba bank əməkdaşlarından təşkil olunmuş yeni üzvlərin daxil olması idi. Yürüş bir o qədər də çətin olmasa da kluba yeni daxil olmuş əməkdaşlar üçün əhəmiyyətli təcrübə qazandırdı. 22 nəfər üzvdən ibarət komanda 04.06.2016-cı il saat 08:00 radələrində Bakıdan Xızıya istiqamət götürdü. Artıq 2 saatdan sonra təyin olunmuş məntəqəyə çatdılar. Bir gün öncədən yağan güclü yağış öz təsirini göstərmişdir. Lakin çətinliklərə baxmayaraq komanda bütün heyəti ilə birlikdə təxminən 2.5 saata 6-7 km məsafəni qət edərək müəyyən edilmiş hədəfə müvəffəqiyyətlə çatdı. Ənənəvi olaraq Azərbaycan Respublikasının üçrəngli bayrağı və Nikoil Bankın bayrağı ilə xatirə şəkili çəkdirdikdən sonra komanda üzvləri bazaya qayıtdılar. Saat 20 :00 radələrində komanda artıq Bakıya çatmışdı.   Nikoil | Bank Azərbaycanda dağ idman yürüşlərinin təşkil olunmasında yaxından iştirak edir. İyul ayında komanda daha böyük heyət ilə Gürcüstan Respublikasının Gudairi rayonunda yerləşən hündürlüyü 3386 metr olan Muxadze (Gürcüstan, 3386 m.) zirvəsini yenidən fəth etməyi, avqust ayında isə Avropanın ən hündür zirvəsi olan Elbrus (RF, 5642 m.) zirvəsini fəth etməyi panlaşdırır.

 

1 İyun, 2016 il.

NIKOIL | Bank-n kollektivi ənənəvi donor aksiyası keçirdi

Bugün “NİKOYL” Bankın Baş ofisində 1 iyun - Beynəlxalq uşaqların müdafiəsi gününə həsr olunmuş ənənəvi xeyriyyə qanvermə aksiyası keçirildi.  İdarə heyətinin sədri Vasiliy Viktoroviç Xamaza başda olmaqla, aksiyada “NİKOYL” Bankın həm Baş ofisinin, həm də paytaxt filiallarının əməkdaşları iştirak etdilər. Artıq 10 ildən çoxdur ki, “NİKOYI” Bank fəxri donor adını daşıyır və bankın kollektivi müntəzəm olaraq bu və ya digər qlobal hadisələrə həsr olunan qanvermə aksiyalarında iştirak edir. “NİKOYL” Bankın qanvermə ənənəsi 2006 ildən etibarən yaranmışdır və bankın korporativ sosial məsuliyyət layihəsi çərçivəsində keçirilir.

 

19 Aprel, 2016 il.

NIKOIL Bank "Yay təcrübə proqramı" elan edir!

  NIKOIL Bank paytaxtın və regionların  ali təhsil müəssisələrinin məzunları üçün  "Yay təcrübə proqramını" açıq elan edir! Cari ilin may ayının 1-dən avqust ayının 1-dək müvafiq olaraq Bankın Baş ofisində və filiallarında mikro və kiçik biznesin kreditləşdirilməsi üzrə praktik məşğələlər keçiriləcəkdir.  Proqramının davam etdiyi bütün dövr ərzində təcrübəçilər “NİKOYL” Bank, Azərbaycan Respublikasının bankları haqqında qanun, korporativ davranış və yazışmalar kodeksi,  biznes kreditlərin verilməsi qaydası haqqında tam informasiya ilə tanış olacaq, eləcə də ölkə iqtisadiyyatında mikromaliyyələşdirmənin rolu, effektiv satışlar texnikası, kreditlərin verilməsi zamanı risklərin qiymətləndirilməsi, borcalanın balansının maliyyə təhlili və sairə  kimi mövzuların müzakirə olunacağı treninqlərdə iştirak edəcək   Namizədlərə olan tələblər:   Bu proqramda iştirak etmək istəyən bütün 21-30 yaşlı ali təhsilli (ali iqtisadi təhsilə üstünlük verilir) şəxslər hr@nikoil.az elektron poçt ünvanına “Yay təcrübə proqramı” qeydi ilə CV göndərməklə qeydiyyatdan keçməlidirlər. Məhdud sayda anket seçildikdən sonra gələcək  təcrübəçilər ənənəvi müsahibə üçün Banka dəvət ediləcək, həmin müsahibənin gedişində onlara məntiq üzrə testlər təqdim olunacaqdır.  Yüksək bal toplayan şəxslər avtomatik olaraq NIKOIL Bankın adı çəkilən proqramının iştirakçıları siyahısına daxil ediləcəklər. Xatırladaq ki, ən fəal təcrübəçilər proqram başa çatdıqdan sonra  gələcəkdə Bankda işə düzəlməyin nəzərə alınması ilə filiallardan birində təcrübə keçmək imkanı əldə edəcəklər.   "Yay təcrübə proqramı" layihəsi haqqında daha ətraflı məlumatı (012) 981 qısa nömrəsinə zəng vuraraq NIKOIL Bankın əlaqə mərkəzində və yaxud Bankın korporativ saytında  www.nikoil.az əldə etmək olar.   NIKOIL Bank bu ğun – milli və xarici valyutalarda həyata keçirilən hesablaşma, kredit, ödəniş, kart, banklararası, sənədləşmə və digər əməliyyatların daxil olduğu  tam xidmətlər paketini təqdim edən universal maliyyə-kredit təşkilatıdır. Bankın filial şəbəkəsinə həm Bakıda, həm də Azərbaycanın regionlarında yerləşən 21 satış nöqtəsi daxildir. Sosial şəbəkədə bankın rəsmi səhifəsinin ünvanı https://www.facebook.com/bank.nikoil     l

 

18 Fevral, 2016 il.

NIKOIL | Bank-dan valyuta kreditləri olan müştərilərinə güzəşt. 1 USD = 1.30 AZN!

Artıq 22 il di ki NIKOIL | Bank öz maliyyə siyasətini və geniş sosial mədəniyyətini inamla nümayiş etdirir. Bank inkşaf edir və cəmiyyət qarşısındakı məsuliyyətin vacibliyini anlayaraq, Azərbaycan vətəndaşlarının iqtisadi və sosial səviyyələrinin artırılması üzərində işləyir. İldən-ilə Bank həm fiziki, həm də hüquqi şəxslərə göstərilən bank xidmətlərinin sürətini və həcmini artırır. 2015-ci ilin dekabr ayında milli valyutanın növbəti devalvasiyasından sonra, NIKOIL | Bank növbəti “Etibarlı dost dar gündə tanınar” adlı, ABŞ dolları ilə verilən istehlak və biznes kreditlərin sağlamlaşdırmasına yönələn, aksiyaya start verdi.  Cari ilin 31 mart tarixinədək müştərilərə hər bir təminatsiz istehlak və biznes krediti üçün 1 USD = 1.30 AZN məzənməsi ilə  kreditin tam qalığını ödəmək imkanı veriləcək! Digər borcalanlar üçün fərqli güzəştli proqramlar  tətbiq olunur. Kredit ödənişi zamanı əsas borcunu silinməsi ilk növbədə aparılacaq.  Bundan əlavə müştərilərə valyuta kreditləri üzrə illik faiz dərəcəsinin azaldılması və ya kreditin müddətinin uzadılması imkanı verilir. Qeyd edək  ki, bu kampaniya istehlak və biznes kreditlərinə şamil olunur. Kampaniya haqqında ətraflı məlumatı  (012) 981  qısa nömrəsinə zəng vuraraq ala bilərsiniz.   Bugün NIKOIL | Bank  əhaliyə milli və xarici valyutada  həyata keçirilən  hesablaşma,  kredit, kart, zəmanət, banklararası, sənədli və digər əməliyyatların da daxil olduğu xidmətlərin tam paketini təklif edən universal maliyyə-kredit təşkilatıdır. Bankın filial şəbəkəsi Bakı, eləcə də Azərbaycanın bölgələrində yerləşmiş 21 satış məntəqəsindən ibarətdir.Bankın sosial şəbəkədə rəsmi səhifəsinin ünvanı:https://www.facebook.com/bank.nikoil

 

21 Yanvar, 2016 il.

NIKOIL | Bankın kollektivi İdarə Heyətinin Sədri Vasiliy Viktoroviç Xamaza başda olmaqla Şəhidlər Xiyabanını ziyarət etdilər.

 

21 Yanvar, 2016 il.

“Nikoil Bank” ASC-də 20 Yanvar hadisələrinə dair toplantı keçirilmişdir

Azərbaycan Respublikası Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevın sərəncamına əsasən “20 Yanvar faciəsinin iyirmi altıncı ildönümünnün keçirilməsi ilə bağlı “Tədbirlər planı” təsdiq edilmişdir.Sərəncama əsasən respublikanın şəhər və rayonlarında, o cümlədən idarə və təşkilatlarda 20 Yanvar hadisələri ilə bağlı konfrans, toplantı və mühazirələrin təşkili, mədəniyyət ocaqlarında faciəyə həsr olunmuş tamaşaların göstərilməsi, bədii və sənədli filmlərin nümayiş etdirilməsi, bu tədbirlərin kütləvi informasiya vasitələrində geniş işıqlandırılması, dünya ictimaiyyətinin diqqətini faciəyə yönəltmək məqsədilə Azərbaycanın xarici ölkələrdəki səfirlikləri, diplomatik nümayəndəlikləri, diaspor qurumları və icmaları vasitəsilə müvafiq tədbirlərin keçirilməsi, dünyanın aparıcı kütləvi informasiya vasitələrində, eləcə də televiziya kanallarında və internet şəbəkələrində 20 Yanvar faciəsi barədə materialların verilməsi nəzərdə tutulub.Qeyd olunan sərəncamın icrasi ilə əlaqədar “Nikoil Bank” ASC tərəfindən Tədbirlər planı hazırlanmışdır və İdarə Heyətinin Sədri Vasiliy Xamaza tərəfindən müvafiq tapşırıq verilmişdir. Tapşırığın İcrasından irəli gələn işlər üzrə 19.01.2016-cı il tarixində Bankın Baş Ofisində İdarə Heyətinin üzvləri və diqər rəhbər şəxslərin iştirakı ilə toplantı keçirilmişdir. Həmin tədbirdə 20 yanvar faciəsində həlak olmuş şəxslərin əziz xatirəsi 1 dəqiqəlik sükutla anılmışdır. Baş vermiş qanlı hadisənin xronolojı ardıcılığı, 19-20-ə keçən gecə Azərbaycanın azadlığı naminə şəhid olmuş şəxslərin, həmçinin həmin hadisənin ətraflı müzakirəsi İdarə Heyəti sədrinin müavini Emil Məmmədov çıxışında öz əksini tapmışdır. Çıxışda bundan əlavə, özünə və ailəsinə qarşı yaranan təhlükədən qorxmadan, məhz xalqının yanında olduğunu və ona dayaq olduğunu bir daha sübut edən Ümumilli lider H.Əliyevin Moskvada bu istiqamətdə apardlğı siayası iradə barədə əməkdaşlara məlumat verilmişdir. Bundan başqa ölkə rəhbəri cənab İlham Əliyev bu sahədə apardığı daxili və xaricı siyasət barədə əməkdaşları məlumatlandırdı. Toplantı açıq müzakirə şəklində keçirilmişdir, diqər əməkdaşların çixışları dinlənilmişdir və yekdil olaraq ölkə rəhbərinin bu sahədə siyasətı dəstəkləndiyini bildirilmişdir. Toplantının yekununda hər il olduğu kimi, 20 yanvar 2016-ci il tarixində şəhidlər xiyabana ziyarət olunması qərara alınmışdır. Allah şəhidlərimizə rəhmət eləsin.

 

7 Yanvar, 2016 il.

NIKOIL | Bank sağlam həyat tərzini təbliğ edir!

İlin yekununda NİKOİL / Bankın kollektivi dünya azərbaycanlılarının həmrəylik gününə həsr olunmuş ənənəvi yeni il qaçış yarışını həyata keçirdi. Bankın öz əməkdaşları ilə yanaşı, bu tədbirdə eyni zamanda, əməkdaşların ailə üzvləri, müştərilər və Bankın partnyorları da iştirak etdilər. Dənizkənarı bulvarda müəyyən olunmuş marşrut üzrə qaçışı həyata keçirərək NİKOİL /Bankın komandası hər zaman sağlam həyat tərzini təbliğ edən kollektivin birgəliyini bir daha göstərdi! Qaliblər Bankdan dəyərli hədiyyələr qazandılar.  

 

7 Yanvar, 2016 il.

Nikoil Bank 2015-ci ilin yekunlarına görə ən yaxşı əməkdaşları mükafatlandırdı!

 

8 Dekabr, 2015 il.

NIKOIL | Bank-ın kollektivi yanğın zamanı həlak olan neftçilərin xatirəsini yad etdi!

 

3 Dekabr, 2015 il.

NIKOIL | Bank ənənəvi qanvermə aksiyası keçirdi

NIKOIL | Bank-ın kollektivi 1 dekabr, QİÇS-lə Ümumdünya mübarizə günündə növbəti ənənəvi qanvermə aksiyasını keçirdi. Bankın Puşkin küçəsi 30 ünvanında yerləşən Baş Ofisində bütün filiallar və eyni zamanda mərkəzi ofisin əməkdaşları qeyd olunan aksiyada iştirak etmişdirlər. Aksiyanın gedişi müddətində ümumi həcmdə 7 litr qan toplanıb.  QİÇS-ə qarşı ümumdünya mübarizə günü hər il dekabr ayının 1-də keçirilir. Bu hadisə 1988-ci ildən bəri müntəzəm olaraq, QİÇS haqqında qlobal maarifləndirmə və bu dəhşətli infeksiya qarşısında beynəlxalq mübarizəni göstərmək məqsədilə qeyd olunur. 10 ildən artıqdır ki, NIKOIL | Bank-ın əməkdaşları müntəzəm olaraq bu və ya digər qlobal hadisələrə həsr olunan qanvermə aksiyalarında iştirak etməklə özlərini fəxri donor adlandıra bilərlər. Ildə iki dəfə keçirilən bu ənənəvi aksiya bankın korporativ sosial məsuliyyəti çərçivəsində keçirilir. Qeyd etmək lazımdır ki, NIKOIL | Bank müntəzəm olaraq keçirilən qanvermə aksiyalarının könüllü iştirakçısıdır və Mərkəzi Qan Bankı və Talassemiya Mərkəzi ilə sıx əməkdaşlıq edir.

 

3 Dekabr, 2015 il.

NIKOIL | Bank-ın №3 filialı indi yeni ünvanda!

Bugün NIKOIL | Bank-ın №3 saylı filialının yeni ünvanda təntənəli açılışı baş tutmuşdur. Filial Səməd Vurğun küçəsi 166 ünvanında (Azərbaycan Tibb Universiteti ilə üzbəüz) yerləşir. Rəmzi qırmızı lenti Bankın İdarə Heyətinin Sədri Vasiliy Xamaza və filial direktoru İlham Allahverdiyevlə birlikdə kəsdilər. Filial müştərilərinə bank xidmətlərinin bütün növlərini təqdim edir: müddətli əmanətlər üzrə əməliyyatlar, istehlak kreditləri, kiçik və orta biznes kreditləri, plastik kartlar üzrə əməliyyatlar, pul köçürmələrinin müxtəlif növləri, kommunal xidmətlərin və mobil operatorların ödənişi. Bütün satış məntəqələrində olduğu kimi, №3 saylı filialda pərakəndə istiqamətdə davam edəcək, bununla bərabər, korporativ müştərilərə də xüsusi diqqət ayrılacaqdır və xidmət göstəriləcəkdir. Səmimi münasibət və yüksək peşəkar xidmət, sərfəli şərtlər və müxtəlif kampaniyalar – NIKOIL | Bank-ın təklif etdiyi xidmətlərin hamısı deyil. Beləliklə, bugünki gündə bankın filial şəbəkəsi Bakı, eləcə də Azərbaycanın bölgələrində yerləşmiş 21 satış məntəqəsindən ibarətdir.

 

25 Noyabr, 2015 il.

Əsas səhmdar NIKOIL | Bankın depozit portfelini artırdı

NIKOIL | Bankdan alınan məlumata görə, onun əsas səhmdarı keçən həftə Bankda ümumi həcmi 10 mln. ABŞ dolları məbləğində əmanət yerləşdirmişdir, bununla Bankın məcmu depozit portfelinin həcmini 266 mln. AZN-dək artırmışdır. Onu da qeyd etmək istərdik ki, 2015-ci ilin üçüncü rübünün sonuna  NİKOİL | BANK-ın fiziki şəxslərin müddətli əmanətləri üzrə depozit portfelinin həcmi əvvəlki ilin analoji dövrü ilə müqayisədə 35% artaraq  211 mln. AZN təşkil etmişdir. Əhalinin müddətli əmanətlərinin həcmi birinci rübün əvvəlinə 165 mln. AZN təşkil etmiş, cari il üzrə  artım 46 mln. AZN olmuşdur. Həmçinin 23 noyabr tarixindən etibarən Nikoil | Bank ənənəvi yeni il “Nikoil | 2016” əmanət aksiyasının başlanmasını elan etmişdir.  İstənilən şəxs 1000 AZN/USD/EUR məbləğindən az olmayaraq, 3 aydan 60 aya qədər müddətə əmanət yerləşdirməklə bankdan əmanət faiz dərəcəsinə +1% hədiyyə qazanacaqdır. Aksiya 25 yanvar 2016-cı ilə qədər davam edəcək. Əmanət üzrə sərfəli faiz dərəcəsi ilə yanaşı  hər bir əmanətçi Bankdan dəyərli hədiyyə - 15 000 USD məbləğində pul kisəsi və 20 ədəd müasir smartfon qazanmaq üçün  şans əldə edəcəkdir.

 

23 Noyabr, 2015 il.

Nikoil | Bank ənənəvi əmanət aksiyasına start verir!

Siz yeni il möcüzəsinə inanırsınız? Nikoil | Bank ənənəvi əmanət aksiyasına start verir! Siz yeni il möcüzəsinə inanırsınız? O zaman Nikoil | Bank-da əmanət yerləşdirin və bütöv bir torba pul qazanın! 23 noyabr tarixindən etibarən Nikoil | Bank ənənəvi yeni il Nikoil | 2016 əmanət aksiyasının başlaması haqqında elan edir. İstənilən şəxs 1000 AZN/USD/EUR məbləğindən az olmayaraq, 3 aydan 60 aya qədər müddətə əmanət yerləşdirə bilər. Belə ki, O, Bankdan əmanət faiz dərəcəsinə +1% hədiyyə qazanacaqdır. Aksiya 25 yanvar 2016-ci ilə qədər davam edəcək. Əmanət üzrə sərfəli faiz dərəcəsi ilə bərabər, hər bir əmanətçi Bankdan dəyərli hədiyyə - 15 000 USD məbləğində torba və 20 ədəd müasir smartfon telefon əldə etmək üçün uduşa şans əldə edəcəkdir. Lotereyanın şərtlərinə əsasən, hər 1000 – 5000 AZN/USD/EUR dəyərində əmanət yerləşdirənə 1 şans, növbəti 5000 AZN/USD/EUR isə 1 şansa bərabərdir. Belə ki, bir əmanətçi maksimum 10 şans əldə edə bilər. Bir əmanətçi yalnız 1 dəyərli hədiyyə qazana bilər. Uduşda, eyni zamanda, hazırda aktiv olan bütün əmanətlər iştirak edir. Əmanətlər üzrə məhsul xətti aşağıdakı əmanət növlərindən ibarətdir: NIKOIL | Vergisiz (maksimal illik gəliri 12% AZN-də və 7,7%-ə qədər USD-də), əmanətin unikallığı ondan ibarətdir ki, əmanət üzrə vergi ödənişləri müştərilərə Bank tərəfindən hədiyyə olunacaq. (http://nikoil.az/az/deposits/d5). NIKOIL | Sabit (maksimal illik gəliri 14,5%-ə qədər AZN-də, 10%-ə qədəri USD-də və 8%-ə qədəri EUR-da). Bu əmanət növü sığortalanmış və yüksək faiz dərəcəsini özündə birləşdirir. Bu əmanət növündə əmanətin müddəti 3 aydan 60 aya qədərdir (http://nikoil.az/az/deposits/d4). NIKOIL | Private  (maksimal illik gəliri 13,7%-ə qədər AZN-də, 9,1%-ə qədər USD-də və 7,6%-ə qədər EUR-da), ilkin əmanət məbləğinin yüksək olması şərti ilə yüksək faiz dərəcəsi təklif edir. Bu əmanət növü VİP müştərilər üçün nəzərdə tutulmuşdur (http://nikoil.az/az/privatbanking/). Eyni zamanda qeyd etmək istərdik ki, 2015-ci il üçüncü rübün yekun nəticələrinə əsasən, NIKOIL | BANK-ın əmanət portfeli üzrə fiziki şəxslərin müddətli əmanətləri ötən ilin eyni müddətinin yekunları ilə müqayisədə 34,85% artmışdır. Son 9 ay ərzində Bankın fiziki şəxslərin əmanət portfelində 45 832 609 AZN məbləğində artım olmuşdur.   Uduş fondu 29 yanvar 2016-ci ildə, Bankın Puşkin küçəsi 30 ünvanında yerləşən Baş Ofisində oynanılacaqdır.  

 

17 Noyabr, 2015 il.

Vasiliy Xamaza: «NIKOYL|Bank bugün – güvənilən bankdır»

NIKOYL|Bank-ın İdarə Heyətinin Sədri Vasiliy Xamazanın müsahibəsi. Vasiliy Viktoroviç, bilirik ki, bu ay Sizin Azərbaycanda NİKOYL / Bank-a rəhbərlik etməyinizin 10 ili tamam olur. Deyə bilərsinizmi, bu illər Sizin və Bank üçün necə olub, bu illər ərzində nələr dəyişib? NİKOİL|Bank-ın keçən il 20 illik yubileyini qeyd etdiniz, belə bir  gənc bank sistemi üçün bu müddət əhəmiyyətlidir.  Siz, Bankın bazarda yerini və brendin özünü necə qiymətləndirirsiniz? Həqiqətən, Bank bu illər ərzində böyük yol qət edib. Mən banka gələndə bankın valyuta balansı cəmi 18 mln. manat təşkil edirdi, işçi heyəti isə 50 nəfərdən bir az çox idi. Kabinetimdə döşəmədə dayananda  tavana əlim çatırdı. Bugün isə Bank peşəkar  hazırlanmış 700-dən artıq əməkdaşdan ibarət komandadan, 2013-cü ildə səhmdarlarımız tərəfindən açılışı baş tutan müasir Mərkəzi Ofisdən, VİP müştərilər üçün PRİVATE|Bank şöbəsindən və Bakıda və Azərbaycanda yerləşən 21 filialdan ibarətdir. Biz əminliklə deyə bilərik ki, Azərbaycan Bankları arasında əsas göstəricilərə görə ilk 15-liyə daxil oluruq. Əsas rəqabət üstünlüyümüz bizim dəyərlərimizdir. Biz dürüst, siyasiləşməyən, tamamilə bazar biznesi həyata keçiririk, aktiv şəkildə xeyriyyəçiliklə məşğul oluruq,  sosial məsuliyyət,  mənəvi yyat və sağlam həyat tərzini nəinki kollektiv arasında, həmçinin müştərilər arasında da aşılamağa çalışırıq. Bizim Dənizkənarı  Milli parkda, əməkdaşlarımız və müştərilərimiz üçün olan Yeni İl Kross qaçışımız ənənə halı almışdır,  alpinist təlim toplanışları və alpinizm üzrə bank əməkdaşlarından ibarət komandamızın zirvələrə qalxması müntəzəm  hala çevrilib, yaxtaçılarımızın reqatası, futbol  yarışlarında iştirak, xəstə uşaqlara, korlar cəmiyyətinə xeyriyyə ziyarətlərimiz, idmançılara, musiqiçilərə, rəssamlara, 2-ci Dünya və Qarabağ müharibəsi veteranlarına dəstək, talassemiyadan əziyyət çəkən xəstələrə qanvermə üzrə kütləvi aksiyalar... Bilirsiniz, ən önəmli, xoş olan nədir? Bu aksiyalara, zirvələrdə və futbol döyüşlərində tökülən tərlərə, xəstə uşaqlar üçün ayrılan zamana, verilən qanlara görə biz pul ödəmirik və aksiyalara əməkdaşlarımızı  “çubuqla qovmuruq”.  İnsanlar səmimi qəlbdən köməyimizə ehtiyacı olanlar, doğma və yaxınları, dövləti və növbəti zirvəyə qaldırdıqları bayraq  qarşısında öz məsuliyyətlərini dərk edirlər. Bununla da, bizim tərəfdaşlarımızın sayı hər il artır. 31 dekabr, saat 10.00-da Dənizkənarı Milli parka – keçmiş paraşüt qülləsinə gəlin və siz mənim sözlərimə əmin olacaqsınız!  Brend üzrə isə - o, yetərincə tanınandır. O,  insanların güvəndiyi brenddir. Biz indi qəti şəkildə məhkəmə vasitəsilə ayrı-ayrı şəxslər tərəfindən, öz şəxsi fikirlərinə, şaiyələrə, yoxlanılmamış əsassız məlumatlara və yaxud  əsassız qisas məqsədi ilə bizim Banka  KİV-də qara yaxmağa çalışanlara qarşı tədbirlər görürük. Biz bu izləməni davam etdirəcəyik. Bu nə qədər sərt görünsə də, real mənbələrə əsaslanmamış, yoxlanılmamış fərziyyələrin mətbuatda yayılmasını və belə onsuzda asan olmayan zamanda gərəksiz narahatçılığın yaranmasına qarşı olacayıq. Bugün banklar haqqında yoxlanılmamış məlumatlarla bağlı yüksək dərəcədə ehtiyatlı olmaq lazımdır. Belə ki, bu məsələlərin  əsasən  sosial əhəmiyyəti nəzərə alınmalıdır. Eynilə, bu şəkildə banklar da ümumi-iqtisadi vəziyyətin fəsadları və manatın devalvasiyası nəticəsində kredit ödəmələrində çətinlik çəkən müştərilərə dəstək üçün müxtəlif yollar axtarmalıdır.   Cari il ölkə iqtisadiyyatı üçün heç də asan olmadı. Devalvasiya əhəmiyyətli dərəcədə bank sektorunu sarsıddı. NİKOYL | Bank bunu necə keçirdi və hadisələrin gələcəkdə inkişafı üçün Sizin hansı proqnozlarınız var? Siz bankların inkişafı üçün perspektivi nədə görürsünüz? Bildiyiniz kimi, bu il həqiqətən də asan il olmadı. Lakin, biz müştərilərimizin devalvasiyadan minimal əziyyət çəkməsi üçün tədbirlər həyata keçirdik. Biz, belə hesab edirəm ki, dollarla verilən kreditlərə heç bir əlavə komissiya tutmadan, kreditlərin restruktrizasiyasını uğurla həyata keçirdik. Bununla yanaşı, çalışdıq ki, müştərilərə fürsət yaradaq ki, müştərilərin aylıq ödənişinin manatla ekvivalenti dəyişməz olaraq qalsın və kreditin ödəmə müddəti artırılsın. Beləliklə də, 10 mln AZN dəyərində, 1000-dən artıq kreditlərin vaxtını uzatdıq. Tam vaxtında, banklara və eyni zamanda bizə də, belə çətin zamanda, güzəştlər və borc alınmış vəsaitlər təqdim etməklə, Mərkəzi Bank yardım etdi. Yetərincə böyük maddi yardım isə  Bankın imicinin qorunub saxlanılmasının, müəyyən olunmuş çərçivədə bütün normativ göstəricilərin qorunmasının  vacibliyini dəyərləndirən səhmdarlarımızdan gəldi. Ən vacibi isə mən hesab edirəm ki, o oldu ki, bu müdddət ərzində, 21 və 22 fevral da daxil olmaqla, Bank bir dəfə də olsun nağdlaşma əməliyyatlarında və eyni zamanda əmanətlərin bütün və nadir hallarda vaxtından öncə çıxarılmasında müştərilərinə imtina etmədi. Ümumi problemləri nəzərə almasaq, bu il biz 10 ay ərzində təxminən 6 mln. manat gəlir əldə etmişik, bu da, əvvəlki ilə nisbətən ikiqat çoxdur. Müştərilərin maliyyə vəziyyətinin pisləşməsinə və kreditləşmədə məhdudiyyətlərə baxmayaraq,  filiallarımız keçən illərlə müqayisədə gözəçarpan dərəcədə effektiv  fəaliyyət göstəriblər. Proqnozlara görə, filialların 90%-dən çoxu gəlir üzrə illik tapşırıqlarını artıqlaması ilə icra ediblər. Bu il 8 saylı “ipoteka” filialımız yeni, daha müasir məkana köçdi.  3 saylı filialı da bu ay ərzində yeni daha geniş məkana köçürülməsi gözlənilir. Növbəti ildə Bakıda minimum bir yeni filial açılmasını və 10 saylı filialımızın əməkdaşlarının əmək qabiliyyətinin yaxşılaşdırılması üçün, onu daha rahat ofisə köçürməyi planlaşdırırıq. İlin nailiyyətlərindən:  biz onlayn ödənişlərin həyata keçirilməsini imkan verən  yeni veb-saytımızı istifadəyə verdik;  çox yaxşı nəticələr göstərən, müştəri sayının aylıq artımını təşkil edən və onların hesabdakı  qalıqlarını göstərən yeni  NIKOYL|Forex xidmətini müştərilər üçün tədbiq etdik. NIKOYL | Bank Azərbaycan İpoteka Fondunun xətti ilə ipoteka kreditləri verilməsini  uğurla davam etdirir. Bugün, dövlət xətti ilə verilən ipoteka kredit portfeli  40 mln. AZN-dən yuxarı təşkil edir.  2015-ci il üçün NIKOYL | Bank AİF  tərəfindən 6,5 mln. AZN məbləğində kredit limiti ayrılmışdır. Bundan əlavə, bankımızda olan ipoteka kreditləşməsini  yüksək keyfiyyətini nəzərə alaraq, İpoteka Fondu bu il, 7,2 mln. AZN dəyərində ipoteka kreditini Bank  Technique-dən  və 5,6 mln. AZN dəyərində Bank of Azerbaijan-dan xidmət üçün bizə ötürüb. Mindən çox müştəri  yeni mənzil əldə etdiklərinə  görə NIKOYL | Bank-a minnətdardırlar. Sahibkarlığa dəstək fondu bu il bankımıza əlavə olaraq 5 mln. manat vəsait ayırıb. Biz bu məbləği yüksək keyfiyyətlə 15 000 AZN-dək  məbləğdə, kredit risklərinin yüksək diversifikasiyasına nail olaraq, kiçik kənd istehsalçıları arasında yerləşdirdik. Belə borcalanların sayı artıq 700-ü keçib. Növbəti  ildə biz, bu sahədə Dünyada tanınmış  şirkətlərdən biri ilə Bankın 3 illik strateji inkişaf planını hazırlanmasını planlaşdırırıq. Bugün öz inkişaf istiqamətini görmək və onu izləmək olduqca önəmlidir. Biz hesab edirik ki, hazırki gündə əsas inkişaf istiqaməti innovasiya, texnologiya və xidmətin keyfiyyətidir. Bank məhsulları üzrə komissiyalar və faiz dərəcələri üzrə rəqabət aparmaq dövrü artıq keçmişdə qaldı. Hal-hazırda, bügün banklarda aşağı-yuxarı bənzər məhsul  çeşidi,  oxşar müddət və faiz dərəcələridir. Artıq müştərilər bank seçimi zamanı onun reputasiyası və rahatlığını, əməliyyatların texnolji  əsasını  və müştəriyönümlülüyünü rəhbər tuturlar. Hamı evdən çıxmadan bir çox əməliyyat aparmaq, iş saatlarında  Bankın filiallarında növbə gözləməmək, eyni zamanda öz smartfonlarından istifadə etmək istəyir. Biz bu istiqamətdə çox işləyirik. Bizdə istənilən müasir smartfona yüklənə bilən və dünyanın istənilən nöqtəsində istifadəsi mümkün olan plastik kartlar üçün Mobil Bank fəaliyyət göstərir. Bugün, bizim müştərilərimiz təkcə onlayn rejimdə və ya ödəmə terminalları vasitəsilə təkcə kredit ödəmələrini deyil, eyni zamanda, hesablaşma hesabını, plastik kartını, FOREX – hesabını bizim bankda oxşar yollarla artıra bilərlər. Bu il biz müştərilərimizə hüquqi şəxslər üçün çox-funksiyalı İnternet-Bank xidmətini təqdim etdik. Bununla edilən bütün əməliyyatlar Dövlət sistemi olan “Asan İmza” elektron imzası vasitəsilə tamamilə təhlükəsizdir. Biz müştərilərin rahatlığı üçün ”təmassız” adlanan kartlar dövriyyəyə buraxdıq. Bankdaxili proseslərin avtomatlaşdırılması üçün çox işlər görülür ki, bunlar da öz növbəsində müştərilərə xidməti sürətləndirir. Hazırda bizim üçün əsas prioritet – ölkə əhalisi üçün ən yaxşı İnternet və Mobil Bank sistemini həyata keçirməkdir. Cari ildə onun həyata keçirilməsi mümkün olacaq. Biz bütün gücümüzü bu tapşırığın həllinə sərf edirik, çünki bankçılığın gələcəyi texnologiyalar əsasında qurulur, belə ki, insana “divanda uzanaraq” bütün bank hesablarını, kreditlərini, kartlarını və əmanətlərini smartfondan idarə etməyə imkan verir. Və bu asan və cəlbedicidir. Hazırda əhali getdikcə daha çox banklarda əmanətlərini saxlamağa şübhə ilə yanaşırlar. Buna devalvasiya kimi, Bankların bazarda olan salsılmış  vəziyyəti də səbəb oldu. Bugün, NİKOYL  Bank-a və ümumilikdə banklara güvənmək olarmı? Bilirsinizmi, özünü tərifləmək və sinəsinə döyərək bizim bankın nə dərəcədə güvənli  və etibarlı olmasını kiməsə göstərmək, mənim tərəfimdən biraz gülməli  olardı. Buna görə də, mən çalışacam ki, güclü arqumentlər verim.  Özümüzü, komandamızı  tərifləməyi düzgün hesab etmirəm. Komandaya yox, bankın səhmdarlarına  baxmaq lazımdır. Nə dərəcədə onlar imkanlı, siyasi və iqtisadi dayanıqlıdırlarsa, o qədər də bankın gələcəyi dayanıqlıdır. Bizim bankın əsas səhmdarı, Lukoyl şirkətinin Prezidenti Vahid Yusif oğlunu Ələkbərovu oxuculara təqdim etməyə ehtiyac yoxdur. Bu insan dünya səviyyəsində tanınan və sayılan iş adamlarındandır. Öz şirkətini o sıfırdan yaratdı və neftin əldə olunması və emalı üzrə dünya liderləri sırasına gətirdi. Sualın bu hissəsində rəylərə ehtiyac yoxdur. Səhmdarlar texnologiyalarla, məsləhətlərlə və resurslarla kömək etməklə, bizim müraciət  və xahişlərimizə  diqqətlə yanaşırlar.    Biz, 2 – 4 ildən sonra effektiv işləməyə başlayan  gələcəyin texnologiyasına investisiya yatırırıq. Biz buna inanırıq və təyin olunmuş plana əsasən addımlayırıq. Bütün bazardakı dəyişkənliyə və dünyada müşahidə olunan qeyri-sabitliyə baxmayaraq, biz texnologiya və yeniliklərə üstünlük verərək, bankın inkişaf strategiyası istiqamətində çalışırıq. Biz yeni satış məntəqələri açırıq və hazırda fəaliyyət göstərənləri təkmilləşdiririk. Mərkəzi Bank sərt şəkildə normativləri izləyərək və banklara dəstək göstərərək Bank sektorunu ciddi nəzarətda saxlayır.   Dediyim kimi, dövlət fondları AİF və SKMF, bizim kreditləri 11,5 mln. AZN dəyərində maliyyələşdirdi və daha 12,5 mln. AZN  təqib üçün bizə ötürmüşdür.  Bu Sizcə nədən bəhs edir? Və nəhayət ki, bizim bütün İdarə heyətinin üzvləri kimi mən də öz pullarımı bizim bankda saxlayıram. Biz ona güvənirik Əmanətlərin artımı bu il üçün 19 mln. manata yaxın təşkil edir, bu da ümumi müddətli əmanət üzrə 200 mln. manata yaxınlaşır.   Bugün, güvən faktoru çox şey ifadə edir. Əmanətçilər arasında panika yaradmaqla İstənilən bankı, onun nə dərəcə dayanıqlı olmasından asılı olmayaraq,  zəiflətmək mümkündür. İSTƏNİLƏN, çünki borcalanlar üçün müddətli əsasla yerləşən bütün pullar əmanətçilər və səhmdarlar  üçün işləyir. Onları eyni vaxtda geri qaytarmaq mümkün deyil, çünki konkret geri qaytarma vaxtı ilə fəaliyyət göstərən kredit müqavilələri  mövcüddür. Bəli, sabitlikdə marağı olan səhmdarlar, Əmanətlərin Müdafiə Fondu,  Mərkəzi Bank mövcuddur. Lakin, daha çoxu sizinlə birlikdə bizdən, bizim qarşılıqlı anlayışımızdan və məsuliyyətimizdən - əməkdaşlardan, əmanətçilərdən və sadəcə bankın müştərilərindən asılıdır.   Biz öz müştərimizə inanırıq, çətin suallardan yan keçmirik, heç bir sualı və müraciəti cavabsız qoymuruq. Bizim kabinetlərimizin qapıları sualları və şübhəsi olan hər kəs üçün açıqdır.   Yeri gəlmişkən, uzun illər ardıcıl olduğu kimi, 5 dekabrda, biz VİP müştərilərimiz  üçün əvvəlki illərdə olduğu kimi, caz stilində ənənəvi  VİP gecəsi  keçiririk. Bu dəfə bizim qonaqlarımız maestro Vaqif Gərayzadənin rəhbərliyi  altında valehedici kollektiv və mənim dostum Emil Afrasiyab olacaq... Mən Azərbaycanda keçən 10 il üçün taleyimə minnətdaram. Burada mənim uşaqlarım doğulub, burada mənim yeni dostlarım yaşayır. Və bizim hamımız bu ölkə ilə, qürurlu adı Azərbaycanla fəxr edirik!

 

13 Oktyabr, 2015 il.

NIKOIL | Bankın İpoteka filialı - yeni ünvanda!

İpoteka krediti üzrə portfelin günü gündən artması  və  ipoteka krediti  almaq arzusunda olan müştərilərin sayının yüksək olması  ilə əlaqədar  NIKOIL  Bankın rəhbərliyi  ipoteka kreditlərinin verilməsi üzrə ixtisaslaşmış №8  filialın müasir və geniş yerə köçürülməsi  haqqında qərar qəbul etmişdir.  Oktyabr ayının 12-si  Filialın yeni ünvanda açılışı baş tutmüşdür. İndi Bank müştərilərə Bakı şəhəri,  Salatın Əsgərova küçəsi  161 ünvanında yerləşən  yeni ofisində xidmət göstərəcəkdir.   İpoteka kreditlərinin verilməsindən başqa filial həmçinin bütün standart bank əməliyyatlarını həyata keçirir. Burada siz kommunal  ödənişləri həyata keçirə bilərsiniz, plastik kartları sifariş edərək  qısa müddətdə əldə edə bilərsiniz,  ölkə daxilinə və xaricinə pul köçürmələrini  həyata keçirə bilərsiniz, istehlak kreditlərinin alınması üçün müraciət edə bilərsiniz,  həmçinin bank xidmətlərinin bütün spektrindən istifadə edə bilərsiniz. Dövlət İpoteka kreditləşdirməsinin şərtlərinə uyğun olaraq, kreditlər 3 ildən 25/30 ilə qədər, illik faiz dərəcəsi 4% / 8% olmaqla, 50 000 AZN məbləğində verilir. Kreditin məbləği ipoteka götürülən daşınmaz əmlakın bazar dəyərinin 70% / 80%-dən çox olmamalıdır. Belə ki, kredit üzrə ilkin ödəniş 30% / 20% təşkil edir.    İxtisaslaşdırılmış filialın açıldığı tarixdən  (2006-cı ildən) bu günədək  51 075 045 manat məbləğində 1108 ipoteka krediti verilmişdir. Bunlardan  güzəştli şərtlərlə 8 680 150 AZN dəyərində 235, adi şərtlərlə isə 36 394 895 AZN  dəyərində 873 ipoteka krediti verilib. Bu günkü günə ipoteka kreditləri üzrə ixtisaslaşmış filialın portfeli  39 839 843 manat (1066 kredit) təşkil edir, bunlardan 222 kredit  8 984 822 manat məbləğində – güzəştli,  844 kredit  30 855 021 manat məbləğində isə adi kreditlərdir. Cari ilin sentyabr ayında  AİF tərəfindən NIKOIL  Banka  1 500 000 AZN məbləğində limit ayrılıb. Qeyd olunan limit Banka aktiv şəkildə ipoteka kreditlərinin verilməsi üçün imkan yaradır.  NIKOIL  Bank ipoteka kreditləşməsi nəticəsində, əhalinin maliyyə xidmətləri məsələləri üzrə maarifləndirmənin artırılması istiqamətində fəaliyyətini gücləndirib və əhalinin həyat səviyyəsinin yüksəldilməsi və mənzil ilə təmin olunması üzrə fəaliyyətini davam etdirir.  Azərbaycan İpoteka Fondunun xətti ilə verilən İpoteka krediti, NIKOIL  Bankın strateji istiqamətində prioritetlərdən biridir. Bu gün "NİKOYL" İKB  əhaliyə milli və xarici valyutada  həyata keçirilən  hesablaşma,  kredit, kart, zəmanət, banklararası, sənədli və digər əməliyyatların da daxil olduğu xidmətlərin tam paketini təklif edən universal maliyyə-kredit təşkilatıdır. Bankın filial şəbəkəsi Bakı, eləcə də Azərbaycanın bölgələrində yerləşmiş 21 satış məntəqəsindən ibarətdir. “NIKOIL Bank”ın bütün bank məhsulları, aksiyaları və xüsusi təklifləri haqqında məlumatı (012) 981 qısa nömrəsinə zəng edərək almaq mümkündür. Bankın sosial şəbəkədə rəsmi səhifəsinin ünvanı:  https://www.facebook.com/bank.nikoil  

 

23 Sentyabr, 2015 il.

NIKOIL | Bank bayram günlərində “açıq qapı” günləri elan edir!

NIKOIL | Bank Müqəddəs Qurban  Bayramı münasibəti ilə xalqımızı  təbrik edir və bununla əlaqədar olaraq bayram günlərində kreditlər üzrə ödənişləri qəbul edilməsi məqsədi ilə “açıq qapı” günləri elan edir. 24 və 25 oktyabr tarixlərində saat 10:00 - 16:00-ə qədər Bankın bütün filiallarında, Puşkin küçəsi  30 ünvanında yerləşən Bankın Baş Ofisi daxil olmaqla, bütün kredit növləri üzrə ödənişləri qəbul ediləcəkdir.

 

23 Sentyabr, 2015 il.

NIKOIL | Bank Qurban bayramı münasibəti ilə uşaq evlərinin yetirmələrini təbrik etdi

Müqəddəs Qurban bayramı ərəfəsində, NIKOIL | Bankın  kollektivi növbəti xeyriyyə aksiyasını  keçirdi, bu dəfə Qaradağ rayonun Qızıldaş qəsəbəsində məskunlaşan, Abşeron yarımadasının müxtəlif  internatlarının  və uşaq evlərinin yetirmələri olan 40 aztəminatlı ailəni Müqəddəs Qurban bayramı münasibətilə təbrik etdi. Hər ailə bank kollektivi adından öz bayram payını aldı. Uşaqlara isə müxtəlif hədiyyə dəstlərini təqdim olundu. Qəsəbə sakinləriylə görüş yaşadıqları №8 saylı Texniki peşə məktəbinin yataqxanasında həyata keçirilmişdir. Bu gün "NİKOYL" İKB  əhaliyə milli və xarici valyutada  həyata keçirilən  hesablaşma,  kredit, kart, zəmanət, banklararası, sənədli və digər əməliyyatların da daxil olduğu xidmətlərin tam paketini təklif edən universal maliyyə-kredit təşkilatıdır. Bankın filial şəbəkəsi Bakı, eləcə də Azərbaycanın bölgələrində yerləşmiş 21 satış məntəqəsindən ibarətdir.“NIKOIL Bank”ın bütün bank məhsulları, aksiyaları və xüsusi təklifləri haqqında məlumatı (012) 981 qısa nömrəsinə zəng edərək almaq mümkündür. Bankın sosial şəbəkədə rəsmi səhifəsinin ünvanı:https://www.facebook.com/bank.nikoil

 

23 Sentyabr, 2015 il.

NIKOIL | Bankın alpinistlərdən ibarət komandası Savalan zirvəsini fəth etmişdirlər!

Sentyabrın 19-də NIKOIL | Bankın tərkibində 6 nəfər alpinistdən  ibarət komandası İranın şimal-qərbində,  Ərdəbil şəhərinin yaxınlığında yerləşən Savalan zirvəsinə uğurlu yürüş həyata keçirmişdirlər. Zirvənin hündürlüyü dəniz səviyyəsi üzərindən 4821 metrdir hündürlükdə yerləşir. Mülayim hava şəraitindən istifadə edərək idmançılarımız zirvədə Azərbaycanın bayrağı qaldırmağa müvəffəq olmuşdurlar. Alpinistlər zirvəni fəth etmək üçün 7,5 saat sərf etmişdirlər. Bu gün "NİKOYL" İKB  əhaliyə milli və xarici valyutada  həyata keçirilən  hesablaşma,  kredit, kart, zəmanət, banklararası, sənədli və digər əməliyyatların da daxil olduğu xidmətlərin tam paketini təklif edən universal maliyyə-kredit təşkilatıdır. Bankın filial şəbəkəsi Bakı, eləcə də Azərbaycanın bölgələrində yerləşmiş 21 satış məntəqəsindən ibarətdir.“NIKOIL Bank”ın bütün bank məhsulları, aksiyaları və xüsusi təklifləri haqqında məlumatı (012) 981 qısa nömrəsinə zəng edərək almaq mümkündür. Bankın sosial şəbəkədə rəsmi səhifəsinin ünvanı:https://www.facebook.com/bank.nikoil?ref=hl  

 

4 Sentyabr, 2015 il.

NIKOIL | Bank əlverişli kreditlər təklif edir!

"NİKOYL" İKB Açıq Səhmdar Cəmiyyəti istehlak kreditləri üzrə məhsul çeşidlərini yenilədi və kreditləri aşağıda göstərilən məhsullar üzrə bütün arzu edənlərə nağd şəkildə əldə etməyitəklif edir: 5 000-ə qədər ümumi istehlak məqsədləri üçün zaminsiz kredit Dövlət qulluqçularına 48 ayadək 5 000-ə qədər zaminsiz xüsusi kredit 4 000-ə qədər təqaüdçülərə zaminsiz 12 aydan 36 ayadək xüsusi kredit Qızıl girovu ilə zaminsiz 10 000-ə qədər krdit 5 il müddətinə 70000-dək Daşınmaz əmlak girovu ilə kredit.     Əlavə məlumat üçün bankın ən yaxın filialına müraciət edin və ya (012) 981 qısa nömrəsinə zəng edin. Məlumatı həmçinin bankının rəsmi saytından www.nikoil.az və sosial şəbəkədəki rəsmi səhifəsindən  https://www.facebook.com/bank.nikoil   əldə edə bilərsiniz.

 

13 İyul, 2015 il.

NIKOIL | Bank müştərilərə 50.000 manatadək Biznes kreditlər təklif edir.

"NİKOYL" İKB ASC milli valyutada 50.000  məbləğində mikro, kiçik və orta bizneslər üzrə sərfəli kreditlər təklif edir. Kreditin müddəti 12 aydan 18 ayadək, illik faiz dərəcəsi isə, 30%-dən başlayaraq nəzərdə tutulub. Bundan başqa, Bank kredit sifarişlərinə qısa müddətdə baxılmasını təmin edir. Bu kampaniyanın əsas üstünlüyü isə kreditin Azərbaycanın milli valyutasında verilməsidir. Şəxsi biznesin üfüqünü genişləndirmək - hər bir sahibkarın borcudur. "NİKOYL" Bankının maliyyə - kredit proqramlarının əsas məqsədlərindən biri isə uğurlu biznesi dəstəkləməkdir. Bu gün "Nikoyl" İKB  əhaliyə milli və xarici valyutada  həyata keçirilən  hesablaşma,  kredit, kart, zəmanət, banklararası, sənədli və digər əməliyyatların da daxil olduğu xidmətlərin tam paketini təklif edən universal maliyyə-kredit təşkilatıdır. Bankın filial şəbəkəsi Bakı, eləcə də Azərbaycanın bölgələrində yerləşmiş 21 satış məntəqəsindən ibarətdir. “Nikoil Bank”ın bütün bank məhsulları, aksiyaları və xüsusi təklifləri haqqında məlumatı (012) 981 qısa nömrəsinə zəng edərək almaq mümkündür. Bankın sosial şəbəkədə rəsmi səhifəsinin ünvanı: https://www.facebook.com/bank.nikoil 

 

8 İyul, 2015 il.

NIKOIL | Bank “Asan İmza”nı tətbiq edərək hüquqi şəxslər üçün İnternet-bankinq xidmətini təqdim edir

“NİKOYL” İKB ASC hüquqi şəxslər üçün yeni İnternet-banking – distant bankçılıq xidməti sistemini təqdim edir. “İnternet banking” sistemi müştəri – hüquqi şəxslərin öz hesablarını İnternet vasitəsilə, məsafədən idarə etməyə və aşağıdakı qeyd olunan əməliyyatları həyata keçirməyə imkan verir: Bütün hesablar üzrə balans və hərəkət cədvəlinə baxış Bankdaxili, ölkədaxili və ölkə xaricinə ödəniş tapşırıqları Valyuta köçürmələri Valyuta konvertasiyasına tapşırıq Valyuta alışına tapşırıq Valyuta satışına tapşırıq Banka sərbəst formatda sənədlər Çıxarış üçün sorğular Sənədə rəy üçün sorğular Təklif edilən xidmət növünü istifadə edə bilmək üçün Müştəri, internet bankçılıq xidmətinin göstərilməsi barədə müqavilə bağlamalıdır. Əməliyyatın sistemdə avtorizasiyası tamamilə təhlükəsizdir, belə ki, internet bankçılıq xidməti “Asan İmza” mobil elektron imza və SSL protokolu vasitəsilə hazırlanıb. Bankın müştəriləri internet bankçılıq xidmətinə ilk 6 ay ərzində ödənişsiz, 7-ci aydan başlayaraq illik 30 AZN ödəməklə qoşula bilər. “NIKOIL Bank” haqqında "NİKOYL" İKB  əhaliyə milli və xarici valyutada  həyata keçirilən  hesablaşma,  kredit, kart, zəmanət, banklararası, sənədli və digər əməliyyatların da daxil olduğu xidmətlərin tam paketini təklif edən universal maliyyə-kredit təşkilatıdır. Bankın filial şəbəkəsi Bakı, eləcə də Azərbaycanın bölgələrində yerləşmiş 21 satış məntəqəsindən ibarətdir. “NIKOIL Bank”ın bütün bank məhsulları, aksiyaları və xüsusi təklifləri haqqında məlumatı www.nikoil.az rəsmi internet səhifəsinə daxil olaraq və ya (012) 981 qısa nömrəsinə zəng edərək almaq mümkündür. Bankın sosial şəbəkədə rəsmi səhifəsinin ünvanı: https://www.facebook.com/bank.nikoil   “Asan İmza” haqqında “Asan İmza” mobil elektron imza – mobil telefonu rəqəmsal şəxsiyyət vəsiqəsi və elektron imza vasitəsi kimi istifadə etməyə imkan verən texnologiyadır. “Asan İmza” texnologiyasını önə çıxaran başlıca cəhət smart kartın oxunması üçün əlavə qurğuların və proqram təminatının istifadəsinə ehtiyacın olmamasıdır. Xidmətin istifadəsi üçün autentifikasiya və elektron imza rəqəmsal açarlarının saxlanıldığı SIM karta əsaslanan mobil telefonun mövcudluğu kifayətdir. Ətraflı məlumat üçün: www.asanimza.az “Asan İmza” mobil elektron imza sistemində istifadə olunan autentifikasiya və elektron imza sertifikatları Vergilər Nazirliyinin Asan Sertifikat Xidmətləri Mərkəzi (ASXM) tərəfindən təqdim edilir. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə birgə yaradılmış və Rabitə və Yüksək Texnologiyalar Nazirliyində akkreditasiyadan keçmiş ASXM dövlət və yerli özünüidarəetmə orqanlarının əməkdaşlarına, hüquqi və fiziki şəxslərə təkmil sertifikatlar təqdim etmək hüququna malikdir. Ətraflı məlumat üçün: www.asxm.gov.az

 

29 İyun, 2015 il.

NIKOIL | Bank Sizin təklifləriniz üçün açıqdır!

NIKOIL| Bank xidmət səviyyəsinin keyfiyyətini artırmaq məqsədilə yeni xidmət növünü təqdim edir. Bankın müştəriləri hər hansı bir məhsul və ya xidmətlə bağlı təklif, irad və istəklərini 012 981 qısa nömrəsinə zəng edib, əlavə olaraq 8000 yığmaqla öz fikirlərini bildirə bilərlər. Səsli mesaj vasitəsilə edilən avtomatik qeydiyyatdan sonra, Bankın müraciətlərlə iş üzrə xüsusi qrupunun əməkdaşları bu və ya digər təklif, şikayət və iradlarla bağlı bütün müraciətlərə baxılma müddəti barədə müraciət edənləri geri zəng vasitəsilə məlumatlandıracaq. Qeyd olunan xidmət növü həftəsonlarını da nəzərə almaqla günboyu fəaliyyət üçün nəzərdə tutulub. Bu cür xidmət növünün əlavə edilməsi “Nikoyl” Bankın öz müştərilərinə olan inamlı əlaqələrini bir daha vurğulayır. Xatırladaq ki, bu gün "NİKOYL" İKB  əhaliyə milli və xarici valyutada  həyata keçirilən  hesablaşma,  kredit, kart, zəmanət, banklararası, sənədli və digər əməliyyatların da daxil olduğu xidmətlərin tam paketini təklif edən universal maliyyə-kredit təşkilatıdır. Bankın filial şəbəkəsi Bakı, eləcə də Azərbaycanın bölgələrində yerləşmiş 21 satış məntəqəsindən ibarətdir. “NIKOIL Bank”ın bütün bank məhsulları, aksiyaları və xüsusi təklifləri haqqında məlumatı www.nikoil.az rəsmi internet səhifəsinə daxil olaraq və ya (012) 981 qısa nömrəsinə zəng edərək almaq mümkündür. Bankın sosial şəbəkədə rəsmi səhifəsinin ünvanı: https://www.facebook.com/bank.nikoil?ref=hl  

 

3 İyun, 2015 il.

NIKOIL | Bank “Elektron hökumət” portalına qoşuldu

“NİKOYL” İKB ASC “Elektron hökumət” - www.e-gov.az  portalına qoşuldu. İndi bütün vətəndaşlar “Elektron hökumət” portalından qeydiyyatdan keçməklə fərdi şəkildə özləri haqqında şəxsi məlumatları formalaşdıra  bilərlər. Bunu etməklə banklarda kreditləşdirmə prosesini özləri üçün sadələşdirmiş olacaqlar. Sadəcə onlayn yaradılan elektron arayışı   banka göndərmək lazımdır. Qeyd olunan elektron arayış banklarda kredit verilməsi üçün sənədlər toplusunun yığılışını sadələşdirir. Qeyd edək ki, elektron arayışı  www.e-gov.az saytına daxil olaraq onlayn qeydiyyatdan keçməklə və ya bankın filiallarında quraşdırılmış xüsusi komyuterlər vasitəsilə formalaşdırmaq mümkündür.  Daha ətraflı məlumat almaq üçün vətəndaşlar Portalın operatoru ilə 157 qısa nömrəsi ilə əlaqə saxlaya bilərlər.  Bu gün "NİKOYL" İKB  əhaliyə milli və xarici valyutada  həyata keçirilən  hesablaşma,  kredit, kart, zəmanət, banklararası, sənədli və digər əməliyyatların da daxil olduğu xidmətlərin tam paketini təklif edən universal maliyyə-kredit təşkilatıdır. Bankın filial şəbəkəsi Bakı, eləcə də Azərbaycanın bölgələrində yerləşmiş 21 satış məntəqəsindən ibarətdir.“NIKOIL Bank”ın bütün bank məhsulları, aksiyaları və xüsusi təklifləri haqqında məlumatı (012) 981 qısa nömrəsinə zəng edərək almaq mümkündür. Bankın sosial şəbəkədə rəsmi səhifəsinin ünvanı:https://www.facebook.com/bank.nikoil?ref=hl  

 

20 Mart, 2015 il.

Bayram günlərində Nikoyl Bank öz müştərilərinin dollarla götürülmüş kreditlərinin müddətini faizsiz uzadır

Nikoyl Bank Novruz bayramı münasibətilə hamını təbrik edir və bununla əlaqədar olaraq 23 – 27 Mart tarixləri arasında borcalanları üçün “Açıq qapı günləri” elan edir! Bu günlər ərzində bankın bütün filiallarında kredit ödənişləri qəbul olunacaq, eyni zamanda, müştərilər “Dollarla kredit götürən borcalanlar üçün maliyyə dəstəyi” aksiyasından istifadə edə biləcəklər. Məlumat üçün xatırladaq ki, qeyd olunan aksiya Bankın istehlak və ya biznes məqsədilə dollarla kredit götürmüş borcalanları üçün nəzərdə tutulmuşdur. Belə ki, kredit ödənişi üzrə gecikmə müddəti 30 günü keçməsin. Əgər müştəri yuxarıda qeyd olunan kriteriyalara uyğundursa, Bank müştərinin müraciətindən sonra faiz dərəcəsini, əlavə komissiya və digər ödənişləri əlavə etmədən kredit ödənişinin müddətini 40%-a qədər artırır. Bu isə öz növbəsində kreditin aylıq ödənişini azaldır. Bu mexanizm kredit üzrə aylıq ödənişin manat ekvivalentini əvvəlki səviyyədə saxlamağa imkan verir. Bankın filial şəbəkəsi Bakı və Azərbaycanın regionlarında yerləşən 21 satış nöqtəsindən ibarətdir. Bütün bank məhsulları, aksiyalar və xüsusi təkliflərlə bağlı ətraflı məlumat üçün (012) 981 qısa nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Bankın sosial şəbəkədə rəsmi səhifəsi: https://www.facebook.com/bank.nikoil

 

22 Avqust, 2014 il.

Azərbaycanın alpinistlərdən ibarət komandası NIKOIL | Bankın İdarə Heyəti Sədrinin iştirakı ilə Elbrus zirvəsini fəth etmişdir – 5642 m.

Azərbaycanın alpinistlərdən ibarət komandası başda Azərbaycan alpinizm Federasiyasının Prezidenti İsrafil Aşurlu və NIKOIL | Bankın İdarə Heyəti Sədrinin - Vasiliy Viktorovic Xamaza iştirakı ilə Azərbaycan bayrağını Avropanın ən yüksək zirvəsi olan Elbrus üzərində qaldırmışdırlar. Yürüş çətin hava şəraitində9-13 avqust tarixlərində baş tutmuşdur. Birinci gün iqlimləşmə məqsədi ilə alpinistlər 3800 metr hündürlükdə yerləşən baza düşərgəsinə qalxmışdırlar, ikinci gün 4200 metr hündürlüyə, üçüncü gün isə 4850 metr hündürlüyünə qədər yürüş həyata keçirmişdirlər. Bir gün istirahətdən sonra , 5-ci gün saat 2:30-da komanda Elbrus zirvəsinə qalxmağa başlamışdırlar. Nə güclü külək, nə də güclü şaxta alpinistlər komandasına saat 9:30-da Azərbaycanın və NIKOIL | Bankın bayrağlarını Elbrus üzərində sancmağa mane ola bilmədilər, bununlada kollektivin ruh gücünü, xarakterini, iradəsini və sağlam həyat tərzinə sadiqliyini, qardaş Azərbaycan və Rusiya xalqlarının birlik və dostluğunu ifadə etmişdirlər. AAF Prezidentinin təcrübə və ustalığı Elbrus dağının ətəyində yerləşən Azau qəsəbəsinə təhlükəsiz yürüş və eniş etməyə imkan vermişdir. Komandanın 2015-ci il üçün olan planlarında Elbrus dağına "yarım-xaç" formatı üzrə hər iki zirvəsinə yürüş nəzərdə tutulur. Elbrus dağının iki zirvəsi mövcuddur: qərb - hündürlüyü 5642 metr və şərq - hündürlüyü 5621 metr. Onlar biri birindənhündürlüyü 5300 metr olan gəzdəklə bölünüblər və biri birindən 3000 metr aralıdırlar. Onuda qeyd edək ki, sözügedən yürüş "Nikoil" İKB ASC-nin 20 illiyinə həsr olunmuşdur, "20 il yüksəkdə" silsilə yürüş çərçivəsində Bankın alpinistlər komandasının üzvləri tərəfindən fəth olunan ilk zirvədir.  

 

11 İyun, 2014 il.

Nikoil Bank-dan “Qızıl yay”. Öz qızıl külçəni qazan!

Nikoil Bank-dan  “Qızıl yay”. Öz qızıl külçəni qazan! Sinoptiklər qızmar, “Nikoil Bank” isə qızıl yay vəd edir! 20 qızıl külçədən birini qazanmaq şansını qaçırmayın!  “Nikoil” İKB ASC 31 avqust 2014-cü il tarixinədək davam edəcək  “Qızıl yay” adlı yay əmanət aksiyasına start verdi. Maksimal sığortalanmış illik faiz dərəcəsi ilə 1000 ş.v. 12,18 və 24 ay müddətinə yerləşdirərək  Siz avtomatik olaraq gəlirin 50%-ni avans şəklində alırsınız və tiraj lotereyasının iştirakçısı olursunuz.  Məhz Sizin xoşbəxt nömrənizin Sizə qızıl külçə şəklində uğur gətirəcəyi tamamilə mümkündür! Qızıl külçələrin uduşu 10 sentyabr 2014-cü ildə Bankın Bakı şəhəri Puşkin küçəsi 30 ünvanında yerləşən Baş ofisində keçiriləcək.  Lotereyanın şərtlərinə görə hər əmanət məbləğinin 1000 ş.v. bir şansa bərabər olacaq, bu zaman bir əmanətçi bir qızıl külçə qazana bilər.   Sosial şəbəkədə bankın rəsmi ünvanı:  https://www.facebook.com/bank.nikoil?ref=hl

 

6 İyun, 2014 il.

NIKOIL|Bank bir sıra xeyriyyə aksiyaları keçirmişdir.

NIKOIL|Bank bir sıra xeyriyyə aksiyaları keçirmişdir. Bunların arasında ənənəvi donor aksiyası və sümük vərəmindən əziyyət çəkən uşaq sanatoriyasına xeyriyyə səfəri təşkil etmişdir. NIKOIL|Bank tədbirdə təmənnasız olaraq iştirak edən və uşaqlara böyük və şən bayram əhval ruhiyyəsi bəxş edən animatorlara öz dərin minnətdarlığını bildirir. Xüsusilə sabun köpükləri şousunu təşkil edən - Mr White (https://www.facebook.com/puziri.az) və sehrbaz - Anar Əliyevə -https://www.facebook.com/anar.aliyev.1420?fref=ts.

 

12 May, 2014 il.

Nikoil | Bankın alpinist komandası Muxadze zirvəsini (Gürcüstan) fəth etdi.

Nikoil | Bankın 12 nəfərdən ibarət alpinist komandası, onlardan 6 nəfəri komandanın yeni üzvləri,  tam tərkibdə 1-ci çətinlik kateqoriyalı dəniz səviyyəsindən 3400 metr hündürlükdə olan Muxadze (Çauxi dağ massivi) adına zirvəni fəth etmişdilər.  Yürüş iştirakçıları bu dağ ərazisinin gözəlliyini və idman üstünlüklərini  layiqincə qiymətləndirmişdirlər. Həmin yürüş ümummilli lider Heydər Əliyevin doğum gününün 91-ci il dönümünə həsr olunmuşdur. Marşrutun fəth olunması,  baza düşərgəsindən zirvəyədək  4 saat ərzində mümkün oldu. Zirvənin fəth edilməsi  ağır hava şəraitində həyata keçdi:  yumşaq qar örtüyü yürüşü çətiləşdirirdi.  Komandanın yeni üzvlərinin təəssüratlarına əsasən yürüş çətin, marşrut mürəkkəb idi,  yalnız yüksək komanda ruhu həmin yürüşü həyata keçirməyə imkan vermişdir. Muxadze zirvəsi  kifayət qədər uzun məsafəlidir.  Həmin zirvədən Çauxi dağ massivinə və əzəmətli Kazbekə möhtəşəm mənzərə açılır.   Nikoil | Bankın alpinist komandası iyun ayında “Uralsib” Maliyyə Korporasiyasının nümayəndələri ilə “Muxadze” zirvəsinə təkrar yürüş həyata keçirməyi planlaşdırır. 

 

18 Aprel, 2014 il.

NIKOIL|Bank yeni “Dostunu sevindir” unikal kredit aksiyasına start verdi. Öz dostlarınıza 2% endirim hədiyyə edin.

İKB “Nikoil” – “Dostunu sevindir”  unikal kredit aksiyasına start verdi.  Bankdan istehlak krediti əldə edən hər bir borcalan öz dostuna Bank kreditlərinin  illik faiz dərəcəsinə 2%-lıq  endirim kuponunu hədiyyə etmək imkanı əldə edir, özü isə beynəlxalq, universal, gəlirli Tele Kart taksit kartını əldə etmək imkanını qazanır.   Kupon sahibi onu Bankın istənilən satış nöqtəsində kredit mütəxəssisinə  təqdim etdikdə əldə etdiyi kreditə 2% endirim qazanır.

 

17 Aprel, 2014 il.

NIKOIL|Bankın əməkdaşı Avropa çempionu titulunu müdafiə etdi.

NIKOIL|Bankın əməkdaşı Avropa çempionu titulunu müdafiə etdi.    NIKOIL|Bankın əməkdaşı  Həsən Quliyev, +85 kiloqram çəkidə karate-do şotokan idman növü üzrə Avropa çempionu titulunu müdafiə etdi. Həsən Quliyev, 4-6 aprel 2014-cü il tarixlərində Eger (Macarıstan) şəhərində keçirilən  karate-do üzrə Avropa Çempionatında  qızıl medal qazandı.  Görüşlərində rumın, bolqar və ispan idmançılarına qalib gələrək finalda ev sahibi macar idmançısına şans qoymamışdır. Onuda qeyd etmək lazımdır ki, Həsən Əliyev karate-do üzrə Dünya və ikiqat Avropa çempionudur. NIKOIL|Bankın əməkdaşları  öz çempionunu Heydər Əliyev beynəlxalq Hava limanında qarşılayaraq, bununla öz həmkarlarına dövlətini və bankını beynəlxalq yarışlarda təmsil etdiyinə görə dəstəklərini və onun qələbəsinə inamlarını nümayiş etdirmişdilər. Bu gün Bankın Baş Ofisində İdarə Heyətinin sədri V.V.Xamazanın rəhbərliyi  altında çempionun təntənəli mükafatlandırma mərasimi keçirilmişdir. Tədbirə çempionun anası Züleyxa xanım və Azərbaycan karate-do federasiyasının prezidenti Ariz Ağayev dəvət olunmuşdurlar. Həsən Quliyevə pul mükafatı təqdim olundu.  Tədbirdə çıxış edən İKB “NİKOYL” ASC-nin İdarə Heyətinin Sədri Vasiliy Viktoroviç Xamaza bunları söylədi: “Həsənin unikallığı bir idmançı kimi ondan ibarətdir ki, o idmanla işdən kənar məşğul olur və bununlada çempionluq titulunu əldə edir. Biz ona hörmətlə yanaşaraq kollektivimizin tamhüquqlu üzvü hesab edirik”.   Öz təbrik nitqində Vasiliy Viktoroviç Həsənin məşqçizi Ariz Ağayevə təşəkkürünü bildirdi və onun məşqçi kimi əməyini qeyd etdi.  Ariz Ağayev isə öz növbəsində, Həsəni və karate-do Federasiyasını dəstəklədiyinə görə İKB “NİKOYL” ASC-nin İdarə Heyətinin Sədri Vasiliy Viktoroviç Xamazaya  minnətdarlıq rəmzi olaraq kimono hədiyyə etdi və 2-ci Dan qara kəmər sahibi fəxri diplomunu,  Azərbaycan Karate-do Şotokan Federasiyasının üzvü vəsiqəsini təqdim etdi. 

 

28 Fevral, 2014 il.

NIKOIL|Bank Biznes-ledilər üçün sürpriz hazırlayıb!

Hörmətli  Biznes-ledilər!  8 mart – beynəlxalq qadınlar günü ərəfəsində NIKOIL|Bank  Sizə 1,2 və ya 3 deyil düz 4% endirimlə güzəştli kredit təklif edir!  Kiçik biznesi inkişaf etdirmək və genişləndirmək üçün girovda olan əmlakı sığortalamaq daha tələb olunmur, kredit üzrə təklif olunan maksimum məbləğ  isə  15 000 AZN-dək artıb və müddəti  maksimum 24 ay  olmaqla illik 22%- təşkil edir.  NIKOIL|Bankın Biznes-ledi üçün güzəştli krediti -  işinizin  tərəqqisi üçün əlverişli maliyyə alətidir.     FIFD:    24,10%-dən  34,20%-dək.   Aksiyanın müddəti  20 fevral  2014-cü ildən 1 aprel   2014-cü il tarixinədək. Bu gün İKB «Nikoyl» -  milli və xarici valyutada aparılan  hesab, kredit, ödəniş, kart, zəmanət, banklararası, sənəd və digər əməliyyatların olduğu xidmətlərin tam paketini təklif edən universal maliyyə-kredit təşkilatıdır. Bankın filial şəbəkəsi Bakı və Azərbaycanın regionlarında yerləşən 19 satış nöqtəsindən ibarətdir. NIKOIL|Bankın fəaliyyəti, həmçinin fəaliyyətdə olan məhsul və xidmətləri  haqqında məlumatı www.nikoil.az saytından, yaxud  981 qısa nömrəsinə zəng vurmaqla əldə etmək olar. Bankın sosial şəbəkədə rəsmi səhifəsinin ünvanı: https://www.facebook.com/bank.nikoil?ref=hl.

 

28 Fevral, 2014 il.

NIKOIL|Bank «Xonça» yaz depozit aksiyasına start verdi!

Novruz bayramı ilə əlaqədar İKB «NİKOYL» «Xonça» adlı növbəti depozit aksiyasına start verdi. Aksiyanın şərtlərinə əsasən hər bir əmanətçi depoziti aşağıdakı əmanət növlərindən birində yerləşdirə bilər:   «Xonça» kiçik – 10%  illik «Xonça» böyük  - 12% illik   Əmanətin minimum məbləği - 1000 AZN/USD. Əmanətin müddəti -  12,18 və ya  24 ay. Faizlərin ödənişi həm aylıq, həm rüblük, həm də müddətin sonunda nəzərdə tutula bilər. Bundan başqa hər yeni əmanətçi bankdan zəmanətli bayram hədiyyəsi alacaqdır. Aksiyanın müddəti cari ilin aprel ayının 15-nə qədərdir.   Bu gün İKB «Nikoyl» -  milli və xarici valyutada aparılan  hesab, kredit, ödəniş, kart, zəmanət, banklararası, sənəd və digər əməliyyatların olduğu xidmətlərin tam paketini təklif edən universal maliyyə-kredit təşkilatıdır. Bankın filial şəbəkəsi Bakı və Azərbaycanın regionlarında yerləşən 19 satış nöqtəsindən ibarətdir.   NIKOIL|Bankın fəaliyyəti, həmçinin fəaliyyətdə olan məhsul və xidmətləri  haqqında məlumatı www.nikoil.az saytından, yaxud  981 qısa nömrəsinə zəng vurmaqla əldə etmək olar.   Bankın sosial şəbəkədə rəsmi səhifəsinin ünvanı: https://www.facebook.com/bank.nikoil?ref=hl.

 

9 Yanvar, 2014 il.

NIKOIL|Bank-n kreditlərini indi MilliÖN terminallarında da ödəmək olar.

            NIKOIL|Bank-n kreditlərini indi MilliÖN terminallarında da ödəmək olar. İndi NIKOIL|Bank-n müştəriləri öz kreditlərini nəinki satış nöqtələrində, həmçinin sayı daima artan və hal-hazırda 1500-dən çox olan, həftənin 7 günü, günün 24 saatı işləyən MilliÖN ödəniş terminalları vasitəsilə ödəyə bilərlər. Ödəniş köşkü vasitəsilə krediti ödəmək üçün NIKOIL|Bank müştərisinə "Bank xidmətləri" bəndini seçib "Bank Nikoil" düyməsini basmaq lazımdır. Bank müştəriləri müvafiq xanalara hesab nömrəsi və müqavilənin nömrəsini daxil etdikdən sonra zəruri olan məbləği daxil edib, çek almalıdırlar. Pul vəsaitlərinin köçürülməsi real vaxt rejimində yerinə yetirilir. Pul vəsaitlərinin qəbul edilməsi üçün komissiya alınmır. MilliÖN şəbəkəsinin Azərbaycanın bölgələri üzrə 5000-dən artıq ödəniş nöqtəsi vardır. Qeyd etmək lazımdır ki, bu bizim əməkdaşlığımızın başlanğıcıdır və tezliklə xeyli sayda yenilik təqdim edəcəyik. Xatırladaq ki, “NİKOYL” İKB ASC milli və xarici valyutada aparılan hesablaşma, kredit, ödəniş, kart, zəmanət, banklararası, sənədləşmə və digər əməliyyatlar olmaqla bank xidmətlərinin tam spektrini təklif edən universal maliyyə-kredit təşkilatıdır. Bank filial şəbəkəsi 19 satış nöqtəsindən ibarətdir ki, bunların da 4-ü 2014 cu ildə açılmışdır. NIKOIL|Bank-n fəaliyyəti, eləcə də satışda olan məhsulları və xidmətləri barədə məlumatları www.nikoil.az saytından və ya 981 nömrəsinə zəng vuraraq almaq olar. Bankın sosial şəbəkədə rəsmi səhifəsinin ünvanı: https://www.facebook.com/bank.nikoil?ref=hl

 

29 Noyabr, 2013 il.

NIKOIL | Bankın yeni Baş ofisi

25 noyabr tarixində, Bakı şəhərində “Nikoyl” İKB ASC-nin yeni Baş ofisinin  açılış mərasimi baş tutmuşdur . Təntənəli qırmızı lenti Bankın əsas səhmdarları olan "LUKOYL” ASC-nin Prezidenti Vahid Ələkbərov, "Uralsib" Maliyyə Korporasiyasının Direktorlar Şurasının Sədri Nikolay Tsvetkov, “ ISR Holding”-in  prezidenti İsgəndər Xəlilov və "NİKOYL" İKB-nin  İdarə Heyətinin Sədri Vasili Xamaza kəsmişdirlər. Hörmətli qonaqlar sırasında  Bakı və Azərbaycan Yeparxiyasının Arxiyepiskopu - Aleksandr, Rusiyanın Azərbaycandaki səfiri Vladimir Doroxin, Belorusiyanın Azərbaycandaki səfiri - Nikolay Patskeviç  , "Lukoyl" ASC-nin Avrasiya üzrə Rəhbəri - Aleksandr  Terleskiy , "Lukoyl" ASC-inin direktoru - Eduard Muxametov , və digərləri iştirak edirdilər. Daha sonra bankın Səhmdarlarıyla və İdarə Heyətinin  Sədriylə mətbuat konfransı keçirilmişdir və jurnalistlərin müxtəlif sualları cavablandırılmışdır. .

 

20 Oktyabr, 2013 il.

Baş ofis yeni ünvanda.

21 oktyabr 2013-cü il Bankın Baş Ofisi yeni ünvanda yerləşəcək: Bakı şəhəri, Puşkinin küçəsi, 30 ("Səməd Vurqun" bağı  qarşısında, "28 may" metro stansiyası)

 

11 Sentyabr, 2013 il.

Baş ofisin yeni binası üçün FQM alınmasına tender

FQM və avadanlığın quraşdırılmasına kommersiya təklifi verməyinizi xahiş edirik. ·         160 kVa On-Line (sayı 1 ədəd.) 75% yüklənmə zamanı ehtiyat  vaxtı [20 dəq.], 50% yüklənmə zamanı ehtiyat  vaxtı [30 dəq.]. Əsas tələblər: ·         Isolated Output Transformer ·         Input 3 Phase + Neutral ·         Output 3 Phase + Neutral ·         Intelligent Eco Mode (%97 Efficiency) ·         Automatically Battery Test ·         Static By-pass ·         Computer & Network Interfase ·         N+1 Evolution Paralel Systems ·         Internal Port for SNMP Card Option ·         Akku 12V x 100A ·         Support 7/24 Təchiz edilən avadanlığın zəmanət xidmətinin müddəti 2 ildən az olmamalıdır. Həmin avadanlığın quraşdırılması üzrə mütəxəssislərin sertifikatlarının surətlərini, şirkətinizin göstərilən avadanlığı Azərbaycanın ərazisində  satmaq, servis və zəmanətli xidmət göstərmək hüququnu təsdiq edən sənədlərin surətlərini əlavə etməyinizi xahiş edirik. Tender təklifində aşağıdakılar göstərilməlidir:  tələb olunan avadanlığın çatdırılma müddəti, ƏDV daxil olmaqla qiyməti. Hər hansı sənəd, çertyoj lazım olarsa, «Nikoyl» İKB Biznes inzibatçılığı departamentinin direktoru Rüstəmzadə Ayxanla+994702040413 nömrəsilə əlaqə saxlamağınız xahiş olunur.  Təklif 23 sentyabr 2013-cü il tarixinədək  üzərində «Kommersiya təklifi-açmamalı» sözləri qeyd olunmuş bağlı zərfdə «Nikoyl» İKB İdarə heyətinin sədri Xamaz V.V. adına  aşağıdakı ünvana göndərilməlidir: Bakı, Azərbaycan, Ü.Hacıbəyov 27, AZ1000, İKB «NİKOYL»  

 

3 Sentyabr, 2013 il.

Nikoil | Bank vahid məlumatlar bazasının (DWH) və biznes-analitika və hesabatlıq sisteminin (BI) əldə olunması və tətbiqi ilə əlaqədar tender elan edir.

Nikoil | Bank vahid məlumatlar bazasının (DWH) və biznes-analitika və hesabatlıq sisteminin (BI) əldə olunması və tətbiqi ilə əlaqədar tender elan edir. Tender 27.08.2013-cü il tarixindən elan edilir Tələb olunan xidmətlər: 1.      Vahid korporativ məlumatlar bazası (DWH) 2.      Biznes-analitika və hesabatlıq sistemi (BI)   Tender iştirikçıları analoji layihələrin tətbiqi ilə əlaqədar təcrübəyə malik olmalıdırlar.   Tender iştiriakçıları aşağıda qeyd olunan məlumatları təqdim etməlidirlər:   1.      Rəsmi adı, hüquqi statusu, qeydiyyatda olduğu ölkə, bank rekvizitləri, son maliyyə ilinə ddair maliyyə hesabatlığı, tələb olunan layihəyə analoji layihənin həyata keçirildiyi təşkilatdan tövsiyyə məktubu. 2.      Müxtəlif sistemlərin inteqrasiya olunması imkanı və bölgədəki qanunvericiliyin tələblərinə cavab verməsi. 3.      Tələb olunan xidmətlərə analoji veb nümayişin keçirilməsi və ya demo versiyanın təqdim olunamsı. 4.      Layihənin həyata keçirilməsi mərhələlərinin ətraflı tədbirlər planı. 5.      Layihənin  həyata keçirilməsinin  maksimal müddəti.   Biznes analitika və hesabatlıq sisteminin (BI) funksionalı:   1.      500 növdən artıq bank daxili idarəetmə hesabtalarının formalaşdırılması. 2.      AR MB və digər dövlət qurumlarına təqdim olunan icbari hesabatların formalaşdırılması. 3.      Büdcə nəzarəti. 4.      Aktiv və passivlərin (likvidliyin) idarə olunması 5.      Kapitalın idarə olunması 6.      Risklərin idarə olunması 7.      CRM (Müştəri əlaqələrinin idarə edilməsi) (seçim üzərindən) Sistemdən istifadə edəcək istifadəçilərin ilkin sayı 50 nəfər.   Maliyyə təklifi layihənin həyata keçirilməsinin ümumi dəyərini özündə dəqiq əks etdirməlidir. Layihə üzrə işə başlanması 01.10.2013 tarixindən gec olmamalıdır   Azərbaycan, Rus və ya İngilis dilində hazırlanmış, bağlı paketdə olan (əsli) sənədlər, 01 oktyabr 2013-cü il tarixindən gec olmayaraq, üzərində “Açılması qadağandır. Məxfi. Tender üçün” yazısı olmaqla bankın Bakı şəhəri, Üzeyir Hacıbəyli küçəsi 27 ünvanında yerləşən baş idarəsinə təqdim olunmalıdır. Sənədlərin qəbul olunması tarixinin bitməsindən sonra bütün təkliflər elektron şəkildə icbn.tenderdwbi@nikoil.az. ünvanına yönləndirilməlidir.   Daha ətraflı məlumat üçün iştirakçılar aşağıda qeyd olunan elektron ünvanlara müraciət edə bilərlər: mem_ee@nikoil.az, qul_ar@nikoil.az.

 

14 Avqust, 2013 il.

“Nikoyl” İKB ASC, İnternet və Mobil Bankçılıq xidmətləri üçün tələb olunan proqram təminatının əldə olunması üzrə keçirilmiş tenderin nəticələrini elan edir:

“Nikoyl” İKB ASC, İnternet və Mobil Bankçılıq xidmətləri üçün tələb olunan proqram təminatının əldə olunması üzrə keçirilmiş tenderin nəticələrini elan edir:     “Nikoyl” İKB ASC bildirir ki, İnternet və Mobil Bankçılıq xidmətləri üçün tələb olunan proqram təminatının əldə olunması üzrə keçirilmiş tenderdə iştirak etmiş iddiaçıların təklifləri və proqram təminatları qiymətləndirilmiş və qiymətləndirmənin nəticələrinə görə Rusiya Federasiyasının “BSS” şirkəti tenderin qalibi elan edilmişdir. “Nikoyl” İKB ASC tenderə maraq göstərdiyinə görə bütün iddiaçılara öz təşəkkürünü bildirir, onlara işlərində müvəffəqiyyətlər arzulayır və tenderdə iştirak etmiş iddiaçılarla gələcəkdə faydalı əməkdaşlıq etməyə ümid edir. Hörmətlə, tender komissiyası.

 

12 Avqust, 2013 il.

NİKOİL Bankın Səhmdarlarının Ümumi Yığıncağı məcmu kapitalının 56 milyon AZN-dək artırılması haqqında qərar qəbul etmişdir.

NİKOİL Bankın Səhmdarlarının Ümumi Yığıncağı məcmu kapitalının 56 milyon AZN-dək artırılması haqqında qərar qəbul etmişdir. Bankların məcmu kapitalının minimum həcminin 1 yanvar 2014-cü il tarixinədək 50 milyon AZN-dək artırılmasının zəruriliyi haqqında Azərbaycan Respublikası Mərkəzi Bankının tələblərini yerinə yetirərək, NİKOİL Bankın Səhmdarlarının Ümumi Yığıncağı məcmu kapitalının 24 milyon AZN artırılması haqqında 15 may 2013-cü il tarixində qərar qəbul etmişdir. Bankın hüquqşünasları emissiyaların qeydiyyata alınması prosesinə başlamışdır. Hal-hazırda Bankın məcmu kapitalının həcmi 32 milyon AZN təşkil edir. Yuxarıdakı qərar nəzərə alınmaqla, Bankın məcmu kapitalının həcmi ilin sonuna ən azı 56 milyon AZN təşkil edəcəkdir ki, bu da Azərbaycan Respublikası Mərkəzi Bankının minimum tələblərini aşır. Xatırladaq ki, “NİKOİL” İKB sıralarında hesablaşma, kredit, ödəniş, kart, zəmanət, banklararası, sənədləşmə və milli və xarici valyutalarda həyata keçirilən digər əməliyyatların olduğu tam xidmət paketini təklif edən universal maliyyə-kredit təşkilatıdır. Bankın filial şəbəkəsinin 18 satış nöqtəsi  var ki, onlardan 3-ü bu il açılmışdır.

 

7 Avqust, 2013 il.

Ramazan bayramınız mübarək

 

13 İyun, 2013 il.

Namizədin anketi

 Namizədin anketi

 

22 May, 2013 il.

NİKOİL Bank «NİKOİL | AVANS» depozit aksiyasına start verib

  NİKOİL Bank 20 may 2013-cü il tarixdən unikal «NİKOİL | AVANS» depozit aksiyasına start verib. Aksiyanın şərtlərinə əsasən bu depoziti açan hər bir əmanətçi yatırımın açıldığı gün depozit üzrə ümumi gəlirin 50%-ni alacaq, üstəlik yatırımın özü bazarda ən yüksək sığorta dərəcəsi – illik 12%-lə açılır. Bundan əlavə, aksiya çərçivəsində hər bir əmanətçi Bankdan zəmanətli dəyərli hədiyyə alacaq. Aksiya üzrə yatırımın minimum məbləği – 1000 AZN/ABŞ dollarıdır. Depoziti 12, 18 və yaxud 24 aylıq müddətə açmaq olar. Aksiya 31 avqust 2013-cü il tarixədək qüvvədədir. Depozit Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun şərtlərinə müvafiq olaraq sığortalanıb.  Bu gün NİKOİL| Bank əhaliyə demək olar ki, bütün tələblərə cavab verən çevik əmanət xəttini təklif edir: vəsaitlərin bir hissəsi gəlir itmədən müştərinin adından xeyriyyə məqsədləri üçün istifadə olunan - xeyriyyə əmanəti, faizlərin kapitallaşması ilə əmanətlər, həmçinin yetkinlik yaşına çatmayanlar üçün açılan uşaq yığım depoziti ola bilər. Xəttdə faizlərin müxtəlif alınma variantları olan 1 aydan 36 ayadək müddətə əmanətlər təqdim olunur: aylıq, rüblük və müddətin sonunda. Hal-hazırda NİKOİL| Bank müştərilərinə bazarda ən yüksək faiz dərəcələrindən birini –illik 13.9% faiz təklif edir. Əlavə məlumat üçün xahiş olunur bankın istənilən filiallarına, www.nikoil.az korporpativ saytına müraciət edəsiniz, yaxud 981 qısa nömrəyə zəng vurasınız.

 

3 May, 2013 il.

Nikoil Bank 01 may 2013-cü il tarixdən fiziki şəxslər üzrə faiz dərəcələrini artırır

Bankın rəsmi məlumatlarında qeyd edildiyi kimi, manat və ABŞ dolları ilə yerləşdirilmiş 12 aydan artıq əmanətlər üçün faiz dərəcələri 1 may tarixindən etibarən artırılmışdır.  Bəzi əmanət növləri üçün faiz dərəcəsinin artımı 1 %-ə çatmış, AZN-lə depozitlər üzrə faizlər orta hesabla 0,7% artmışdır.             Beləliklə, 12 ay müddətinə AZN-lə yerləşdirilmiş faizlərin hər ay hesablanması ilə standart əmanət üzrə faiz dərəcəsi 12% təşkil edəcəkdir.             Hal-hazırda Nikoil Bank əhaliyə AVRO valyutasında depozitlər üzrə bazarda ən yüksək faiz dərəcələrindən birini təklif edir. Həmçinin qeyd edilmişdir ki, hal-hazırda Nikoil Bank bütün tələbləri ödəyən çevik əmanətlər xəttini təklif edir: bunlar həm bir qismi xeyriyyə məqsədləri üçün istifadə olunan əmanətlər,  həm faizləri əvvəlcədən hesablana bilən və kapitallaşdırılan əmanətlər,  eləcə də yetkinlik yaşına çatmamış şəxslərin nəfinə açıla bilən uşaq yığım depozitidir. Bu sırada müddəti 1 aydan 36 aya qədər olub, faizləri müxtəlif variantlarla – hər ay, hər rüb və müddətin sonunda almaq imkanı olan əmanətlər təqdim olunmuşdur.             Bankın hər bir əmanətçisi avtomatik olaraq illik yeni il lotoreyasının iştirakçısına çevrilir və qiymətli hədiyyələr almaq imkanı əldə edir.             Xatırladırıq ki, Azərbaycan Əmanətləri Sığortalama Fondunun şərtlərinə görə 30000 AZN məbləğində və 12%-ə qədər faiz dərəcəsilə yerləşdirilmiş depozitlər sığortalanmış hesab olunur.             “Nikoil” İKB ASC - əhaliyə bank xidmətlərinin geniş spektrini təqdim edən universal kredit-maliyyə təşkilatıdır. Bankın depozit çantasının məcmu həcmi 30 aprel tarixinə 140 mln. AZN təşkil edir.             Bankın xidmətləri haqqında daha müfəssəl məlumatları vahid Əlaqə Mərkəzinə (012) 981 nömrəsi ilə zəng etməklə, yaxud Bankın rəsmi saytından: www.nikoil.az əldə etmək olar.     

 

3 May, 2013 il.

Nikoil Bank 01 may 2013-cü il tarixdən fiziki şəxslər üzrə faiz dərəcələrini artırır

Bankın rəsmi məlumatlarında qeyd edildiyi kimi, manat və ABŞ dolları ilə yerləşdirilmiş 12 aydan artıq əmanətlər üçün faiz dərəcələri 1 may tarixindən etibarən artırılmışdır.  Bəzi əmanət növləri üçün faiz dərəcəsinin artımı 1 %-ə çatmış, AZN-lə depozitlər üzrə faizlər orta hesabla 0,7% artmışdır.             Beləliklə, 12 ay müddətinə AZN-lə yerləşdirilmiş faizlərin hər ay hesablanması ilə standart əmanət üzrə faiz dərəcəsi 12% təşkil edəcəkdir.             Hal-hazırda Nikoil Bank əhaliyə AVRO valyutasında depozitlər üzrə bazarda ən yüksək faiz dərəcələrindən birini təklif edir. Həmçinin qeyd edilmişdir ki, hal-hazırda Nikoil Bank bütün tələbləri ödəyən çevik əmanətlər xəttini təklif edir: bunlar həm bir qismi xeyriyyə məqsədləri üçün istifadə olunan əmanətlər,  həm faizləri əvvəlcədən hesablana bilən və kapitallaşdırılan əmanətlər,  eləcə də yetkinlik yaşına çatmamış şəxslərin nəfinə açıla bilən uşaq yığım depozitidir. Bu sırada müddəti 1 aydan 36 aya qədər olub, faizləri müxtəlif variantlarla – hər ay, hər rüb və müddətin sonunda almaq imkanı olan əmanətlər təqdim olunmuşdur.             Bankın hər bir əmanətçisi avtomatik olaraq illik yeni il lotoreyasının iştirakçısına çevrilir və qiymətli hədiyyələr almaq imkanı əldə edir.             Xatırladırıq ki, Azərbaycan Əmanətləri Sığortalama Fondunun şərtlərinə görə 30000 AZN məbləğində və 12%-ə qədər faiz dərəcəsilə yerləşdirilmiş depozitlər sığortalanmış hesab olunur.             “Nikoil” İKB ASC - əhaliyə bank xidmətlərinin geniş spektrini təqdim edən universal kredit-maliyyə təşkilatıdır. Bankın depozit çantasının məcmu həcmi 30 aprel tarixinə 140 mln. AZN təşkil edir.             Bankın xidmətləri haqqında daha müfəssəl məlumatları vahid Əlaqə Mərkəzinə (012) 981 nömrəsi ilə zəng etməklə, yaxud Bankın rəsmi saytından: www.nikoil.az əldə etmək olar.

 

1 May, 2013 il.

Nikoil Bank 01 may 2013-cü il tarixdən fiziki şəxslər üzrə faiz dərəcələrini artırır

Bankın rəsmi məlumatlarında qeyd edildiyi kimi, manat və ABŞ dolları ilə yerləşdirilmiş 12 aydan artıq əmanətlər üçün faiz dərəcələri 1 may tarixindən etibarən artırılmışdır.  Bəzi əmanət növləri üçün faiz dərəcəsinin artımı 1 %-ə çatmış, AZN-lə depozitlər üzrə faizlər orta hesabla 0,7% artmışdır.             Beləliklə, 12 ay müddətinə AZN-lə yerləşdirilmiş faizlərin hər ay hesablanması ilə standart əmanət üzrə faiz dərəcəsi 12% təşkil edəcəkdir.             Hal-hazırda Nikoil Bank əhaliyə AVRO valyutasında depozitlər üzrə bazarda ən yüksək faiz dərəcələrindən birini təklif edir. Həmçinin qeyd edilmişdir ki, hal-hazırda Nikoil Bank bütün tələbləri ödəyən çevik əmanətlər xəttini təklif edir: bunlar həm bir qismi xeyriyyə məqsədləri üçün istifadə olunan əmanətlər,  həm faizləri əvvəlcədən hesablana bilən və kapitallaşdırılan əmanətlər,  eləcə də yetkinlik yaşına çatmamış şəxslərin nəfinə açıla bilən uşaq yığım depozitidir. Bu sırada müddəti 1 aydan 36 aya qədər olub, faizləri müxtəlif variantlarla – hər ay, hər rüb və müddətin sonunda almaq imkanı olan əmanətlər təqdim olunmuşdur.             Bankın hər bir əmanətçisi avtomatik olaraq illik yeni il lotoreyasının iştirakçısına çevrilir və qiymətli hədiyyələr almaq imkanı əldə edir.             Xatırladırıq ki, Azərbaycan Əmanətləri Sığortalama Fondunun şərtlərinə görə 30000 AZN məbləğində və 12%-ə qədər faiz dərəcəsilə yerləşdirilmiş depozitlər sığortalanmış hesab olunur.             “Nikoil” İKB ASC - əhaliyə bank xidmətlərinin geniş spektrini təqdim edən universal kredit-maliyyə təşkilatıdır. Bankın depozit çantasının məcmu həcmi 30 aprel tarixinə 140 mln. AZN təşkil edir.             Bankın xidmətləri haqqında daha müfəssəl məlumatları vahid Əlaqə Mərkəzinə (012) 981 nömrəsi ilə zəng etməklə, yaxud Bankın rəsmi saytından: www.nikoil.az əldə etmək olar.

 

18 Fevral, 2013 il.

NİKOİL BANK-ın yeni “SƏMƏNI” əmanəti siğortalanmiş maksimal faiz dərəcəsi və 100%-lıq hədiyyə qazanmaq imkanı verir!

18.02.2013-cü il tarixindən etibarən NİKOİL BANK-ın sığortalanmış maksimal faiz dərəcəsi ilə və 100% uduşlu ani lotereyalı "Səməni" əmanəti aksiyası start götürdü.Aksiyanın şərtlərinə görə, əmanətçilərə hər ay faizlərin götürülməsi ilə yanaşı 12 % illik gəlir, VİSA GOLD kartı hədiyyə və ani llotereyada iştirak edərək, qiymətli hədiyyə qazanmaq imkanı veririlir. Əmanətin minimal məbləği 1 000 AZN və ya ABŞ dolları, müddəti isə 1 ildən 3 ilə qədər ola bilər. Aksiya martin 29-na kimi davam edir.Əlavə məlumat 981 qısa nömrəsi və ya bankın istənilən ofisində.

 

23 Yanvar, 2013 il.

İKB “Nikoyl” ASC-də real rejimdə standart bank hesab nömrəsi (İBAN) tətbiq edilmişdir

Elektron ödəniş məkanında bank müştərilərinin identifikasiya edilməsinin təkmilləşdirilməsi, ödənişlərin emalı zamanı avtomatlaşdırılma səviyyəsinin yüksəldilməsi və bank hesablarının strukturundakı pərakəndəliyin aradan qaldırılması məqsədilə beynəlxalq təcrübəyə əsaslanaraq 07 yanvar 2013 - cü il tarixindən ölkədə banklararası hesablaşmalarda istifadə olunan bütün bank hesabları standart bank hesab nömrəsinə (İBAN) keçirilmiş və real rejimdə istifadəyə başlanılmışdır. İKB "Nikoyl" ASC də bu hadisədən kənarda qalmayaraq, İBAN-a keçmişdir. Məlumat üçün bildiririk ki, İBAN - Bankçılıq Standartları üzrə Avropa Komitəsi (ECBS) və Standartlaşdırma üzrə Beynəlxalq Təşkilat (İSO) tərəfindən müəyyən edilmiş İSO 13616 beynəlxalq standartına uyğun olaraq yaradılan standart bank hesab nömrəsidir. İBAN hal-hazırda Avropa ölkələri, Türkiyə, Səudiyyə Ərəbistanı, Pakistan, Tunis, MDB ölkələrindən Qazaxıstan və Gürcüstan da daxil olmaqla 61 ölkədə tətbiq edilir. Mərkəzi Bank tərəfindən ölkədə maliyyə institutlarının bank hesablarına IBAN-ın tətbiq edilməsi barədə qərarı 17 iyun 2010-cu il tarixində qəbul edilmişdir. İBAN-a keçidin təmin edilməsi məqsədilə Mərkəzi Bankın, aparıcı kommersiya banklarının, Banklar Assosiasiyasının və müvafiq dövlət qurumlarının nümayəndələrindən ibarət İşçi Qrupu yaradılmış və Tədbirlər Planı təsdiq edilmişdir. Bu çərçivədə, İKB "Nikoyl" ASC-də bankın İBAN-a keçidinə məsul olan İşçi Qrupu yaradılmışdır. Tədbirlər Planına uyğun olaraq, ödəniş sistemlərinin iştirakçıları üçün açılmış müxbir və submüxbir hesablar hələ 2012-ci ilin mart ayından etibarən İBAN strukturuna keçirilərək real rejimdə istifadəsinə başlanılmışdır. Ölkədə tətbiq olunan İBAN 28 simvoldan ibarət olmaqla aşağıdakı struktura malikdir. AZ NR BANK HHHH HHHH HHHH HHHH HHHH Burada, AZ - Azərbaycan Respublikasının ölkə kodudur ("AZ"). NR - hesabın doğruluğunun yoxlanılması üçün nəzarət rəqəmləridir. BANK - maliyyə institutunun SWIFT BIC -inin ilk 4 simvoludur. Nikoyl bankın misalında - NİCB HHHHHHHHHHHHHHHHHHHHH - müştəri hesab nömrəsidir. İBAN barədə ətraflı məlumat əldə etmək üçün məlumat mərkəzimizə müraciət edə bilərsiniz - tel: 981.  

 

28 Noyabr, 2012 il.

NIKOIL | BANK öz on illik yubileyi münasibəti ilə özünün mövcud müştəriləri və yeni əmanətçiləri üçün

Aksiyanın şərtlərinə görə, 11 yanvar 2013-cü il tarixinədək ən azı 1 (bir) il müddətinə, 1000 (bir min) AZN, USD, EUR və daha çox məbləğdə əmanət yerləşdirmiş və ya mövcud ən azı 1 (bir) il müddətinə, 1000 (bir min) AZN, USD, EUR və daha çox məbləğdə yerləşdirilmiş əmanət müştəriləri aksiyanın iştirakçısına çevrilirlər. Bundan əlavə, aksiyada 11.07.2012-ci il tarixinədək açılmış və bütün kreditləşmə dövrü ərzində gecikmə hesabına düşməyən, mövcud kredit hesabları üzrə xidmət alan müştərilər iştirak edəcəkdir.Lotereya üzrə uduşların oynanılması 15 yanvar 2013-cu il tarixində həyata keçiriləcəkdir. NIKOIL | BANK -ın on illik yubileyinin qeyd edilməsi ilə əlaqədar əmanət müştəriləri üçün 10(on) ədəd IPhone5, müsbət kredit tarixçəsi olan vicdanlı borcalanları üçün isə 10(on) ədəd IPad3 oynanılacaqdır.

 

16 Noyabr, 2012 il.

"Visa Int" beynəlxalq ödəniş sistemi Azərbaycan Respublikasının ərazisində 1 Noyabr 2012 - 30 İyun 2013 (8 ay) tarixlərində kampaniya keçirir.

"Visa Int" beynəlxalq ödəniş sistemi VISA kartları ilə ödəmələri stimullaşdırmaq məqsədilə Azərbaycan Respublikasının ərazisində 1 Noyabr 2012 - 30 İyun 2013 (8 ay) tarixlərində kampaniya keçirir. Kompaniyanın məqsədi: - Supermarketlərdə VISA kartları ilə ödəmələri artırmaq;- Kart sahiblərinin kartla ödəmə həyata keçirərkən öz vəsaitləri haqda narahatçılığını azaltmaq; - Kart sahiblərinin davranışını dəyişdirmək: bankomatdan pul çıxarmaq əvəzinə ticarət obyektlərində kartla ödəmə həyata keçirmək; İlk olaraq kompaniya "RAHAT" supetmarketlərində başlayır və 01.10.2012 - 31.01.2013 tarixləri ərzində davam edəcəkdir. Beləki RAHAT supermarketlər şəbəkəsindən kampaniya müddətində pos-terminal vəsitəsi ilə alış-veriş edən hər bir şəxs alış-veriş məbləğindən asılı olaraq brend hədiyyə qazanacaqdır. Alış-verişi təsdiqləyən pos-terminal çekini VISA stendindəki promoterə təqdim etdikdə, kart sahibləri yerindəcə hədiyyə əldə edəcək. Hədiyyələr aşağıda qeyd edilmiş qaydada təqdim ediləcəkdir: 1. VISA kartla 01-20 AZN ödəndikdə, kart sahibləri promoterdən soyuducu üçün maqnit əldə edəcək. 2. VISA kartla 21- 50 AZN ödəndikdə, kart sahibləri promoterdən ekoloji çantalar əldə edəcək.3. VISA kartla 51- 100 AZN ödəndikdə, kart sahibləri promoterdən brend çətir və ya termo-fincan əldə edəcək.4. VISA kartla 101AZN və daha artıq dəyərində alış-veriş ödəndikdə, kart sahibləri promoterdən üzərində Visa logosu olan cüzdan və ya USB əldə edəcək. Ödəmələrinizi Visa kartlarıyla həyata keçirin və hədiyyələri ƏLDƏ EDİN!  

 

29 Aprel, 2011 il.

IBAN. Müştəri hesablarının yeni strukturu.

Azərbaycan Respublikası Mərkəzi Bankının qərarına əsasən banklararası hesablaşmalarda iştirak edən istənilən bankdaxili və müştəri (cari, ssuda, əmanət və s.) hesablarına 2012-ci ilin sentyabr ayından IBAN tətbiq ediləcəkdir.IBAN - Bankçılıq Standartları üzrə Avropa Komitəsi (ECBS) və Standartlaşdırma üzrə Beynəlxalq Təşkilat (İSO) tərəfindən müəyyən edilmiş İSO 13616 beynəlxalq standartına uyğun olaraq yaradılan, maliyyə institutları tərəfindən müştərilərə təqdim edilən bank hesab nömrəsidir.İBAN-ın tətbiqində əsas məqsəd:- elektron ödəniş məkanında bank müştərilərinin identifikasiya edilməsinin təkmilləşdirilməsi,- ödənişlərin emalı zamanı avtomatlaşdırılma səviyyəsinin yüksəldilməsi,- hal-hazırda tətbiq edilən bank hesablarının strukturundakı pərakəndəliyin aradan qaldırılması.Bu tədbirin həyata keçirilməsi üçün Mərkəzi Bankın, Vergilər Nazirliyinin, Maliyyə Nazirliyinin, Dövlət Sosial Müdafiə Fondunun, Banklar Assosiasiyasının və kommersiya banklarının (Beynəlxalq Bank, Kapital Bank, Standart Bank, Unibank, Bank Respublika və Muğanbank) nümayəndələrindən ibarət 17.06.2010-cu il tarixində İşçi Qrup (İQ) yaradılmışdır.İQ tərəfindən IBAN strukturu müəyyən edilmiş, ödəniş sistemlərində istifadə olunan ödəniş formatlarında ediləcək dəyişikliklər dəqiqləşdirilmiş və bir sıra zəruri materiallar hazırlanmışdır.İBAN strukturlu hesablara keçid bir-neçə mərhələdə həyata keçiriləcəkdir:- İBAN-a keçidlə bağlı hazırlıq mərhələsi, hansıki artıq başlamışdır (cari ilin əvvəlindən),- İBAN-ın bankların müxbir hesabına tətbiqi mərhləsi,- İBAN-ın müştəri hesablarına tətbiq edilməsi və artıq köhnə hesablarla parallel istifadə mərhələsi,- Köhnə hesablardan imtina və İBAN-a tam keçid (sentyabr 2012-ci il üçün nəzərdə tutulubdur) Respublikada İQ tərəfindən qəbul edilmiş IBAN aşağıdakı struktura malikdir: 2 simvol - Azərbaycan Respublikasının ölkə kodudur ("AZ").2 simvol - nəzarət rəqəmidir.4 simvol - maliyyə institutunun SWIFT BIC-inin ilk 4 simvoludur.20 simvol - müştəri hesab nömrəsidir. Müştəri hesab nömrəsinin simvollarının sayı 20-dən az olarsa, onun əvvəlinə sıfırlar əlavə edilir.İBAN-a keçidlə bağlı olaraq, bankımızda bu prosesə məsul olan İşçi Qrupu (İQ) yaradılmışdır. İQ tərkibi və onların elektron poçt ünvanları aşaşıdakı kimidir:1) Rəhbər - Vüqar Salahov (e-mail ünvanı: sal_vv@nikoil.az),2) Üzv - Mahir Məlikov (e-mail ünvanı: mel_mt@nikoil.az),3) Üzv - Samirə Qəhrəmanova (e-mail ünvanı: gah_sv@nikoil.az),4) Üzv - Elnur Məmmədov (e-mail ünvanı: mem_ee@nikoil.az).İBAN ilə bağlı hər hansısa bir sualınız vəya müraciətiniz olarsa, yuxarıdakı İQ üzvləri ilə əlaqə saxlaya bilərsiniz.