NIKOIL | Bank kapitallaşma prosesini sona çatdırdı!

31.10.2016

NIKOIL | Bank-ın nizamnamə kapitalının 150 mln. manatadək artırılması başa çatdı. Bankın əsas səhmdarı olan “TOPAZ İNVESTMENTS” QSC Bakı Fond Birjasında yerləşdirilən səhmlərin emissiyasını tam aldı. Beləliklə, bankın kapitalının ümumi məbləği 184 mln. 500 min AZN təşkil edir.

Bankın son benefisiarı – Vahid Ələkbərov Bankın kapitallaşmasının uğurla sona çatdırılması və Bankın inkişafının yeni mərhələsinin başlanması münasibətilə Müşahidə Şurasını və Bankın menecmentini təbrik edir. Cənab Ələkbərov etibar və sədaqətinə görə Bankın müştərilərinə öz minnətdarlığını bildirir, Bankın Azərbaycanın biznes sahələrinin və əhalisinin maraqlarına uyğun uzun və səmərəli xidmət göstərəcəyini vurğulayır.

Bank rəhbərliyi Bankın inkişafı naminə edilmiş sərmayəyə görə əsas səhmdara dərin minnətdarlığını bildirir. NIKOIL | Bank müştərilərinə ən etibarlı və müasir xidmətlər göstərmək və ölkənin iqtisadiyyatının inkişafına layiqli töhfəsini vermək üçün yeni mərhələyə keçir.

Valyuta
17.02.2019
17.02.2019
Alış
Satış
  • USD
    1.6970
    1.7020
  • EUR
    1.8800
    1.9300
  • RUB
    0.0247
    0.0257
  • GBP
    2.1100
    2.2100
17.02.2019 Alış Satış
USD 1.6970 1.7020
EUR 1.8800 1.9300
RUB 0.0247 0.0257
GBP 2.1100 2.2100

Valyuta konvertoru