31 avqust tarixində Moskva şəhərində "NİKOYL" İnvestisiya-Kommersiya Bankı səhmdarlarının növbədənkənar yığıncağı keçirilmişdir. Yığıncağın gedişində Bankın nizamnamə kapitalının 60 mln. manat məbləğində artırılması qərarı qəbul edilmişdir. Qeyd etmək lazımdır ki, "NİKOYL" Bank səhmdarlarının bu qərarından sonra bankın nizamnamə kapitalı 94 mln. 500 min manat təşkil edəcək.
Xatırladaq ki, bu məsələ "NİKOYL" Bankın Müşahidə Şurasının bu yaxınlarda keçirilmiş iclasında müzakirə edilmişdir və iclasda nizamnamə kapitalının cari ilin sentyabr ayından gec olmayaraq artırılması tövsiyyə edilmişdir.