Lənkəran filialı, Kassa xidmətləri üzrə Kiçik kassir-əməliyyatçı / Kassir-əməliyyatçı
City
LənkəranCategory
Kiçik kassir-əməliyyatçı / Kassir-əməliyyatçıKaryerasını “Parlaq bankçılıq”da inkişaf etdirmək istəyən namizədlərimiz üçün hazırda “Lənkəran filialı, Kassa xidmətləri üzrə Kiçik kassir-əməliyyatçı / Kassir-əməliyyatçı ” vakansiyasını elan edirik. Gələcək karyera imkanlarınızı doğru şəkildə qurmaq istəyirsinizsə, Yelo bank Sizə bu arzunuzu reallaşdırmağa dəstək olacaq.
Struktur: Pərakəndə məhsulların satışı departamenti
Vəzifə: Kiçik kassir-əməliyyatçı / Kassir-əməliyyatçı
Bilavasitə tabeçiliyi: Filial müdiri və / və ya menecer
Vəzifə öhdəlikləri:
- Müştərilərə xidmət göstərilməsini təmin etmək və əməliyyat günü ərzində nağd pulların və digər qiymətlilərin mədaxil və məxaricini təsdiq etmək;
- Cari hesaba və karta mədaxil əməliyyatlarını icra etmək;
- Gündəlik nağd manat və valyuta ehtiyyacının müəyyən edilməsində iştirak etmək;
- Nağd vəsaitin və qiymətlilərin İnkassatorlara təhvil-təslimini icra etmək;
- Kassada olan pulun, digər qiymətlilər və sənədlərin lazımi qaydada yığılmasında iştirak etmək;
- Valyuta mübadiləsi əməliyyatlarını həyata keçirmək;
- Bankın məzənnəsinə uyğun olaraq kurs tablolarının dəyişdirilməsini həyata keçirmək;
- Bankomatların nağd pulla yüklənməsi və boşaldılmasını icra etmək;
- Ödəniş terminalının boşaldılmasında iştirak etmək;
- Kassada olan qiymətlilərin qorunmasına və düzgün istifadəsinə görə cavabdehlik daşımaq;
- İcrası bitmiş sənədlərin arxivə təhvil üçün tələb olunan qaydada qovluğların formalaşdırılmasında iştirak etmək.
Tələblər:
- Ali təhsil;
- Ünsiyyət qurmaq bacarığı;
- Məsuliyyətli və dəqiq olmaq;
- Riyazi biliklər;
- Komandada işləmək bacarığı.
Biz Sizə nə təklif edirik:
- Öz bilik və bacarıqlarınızı nümayiş və inkişaf etdirmək üçün rahat iş şəraiti;
- Performansın illik qiymətləndirməsi və gələcək karyeranızın qurulması üçün geniş imkanlar;
- Könüllü tibbi sığorta proqramına qoşulma;
- Müasir idarəetmə sistemi və mehriban kollektiv.
Siz elektron poçtun “mövzu” yerinə "Lənkəran/Kassa" qeyd etməklə öz CV-lərinizi [email protected] ünvanına göndərə bilərsiniz.
İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaqdır.
Please send your CV to the email [email protected] indicating the vacancy on the subject line
Apply for this vacancy