Многофункциональное мобильное приложение Yelo

Xəbərlər siyahısı

Новости

Yelo Bank отметил Международный женский день грандиозным концертом

Hər keçən gün istifadəçilərinin rahatlığını və istəklərini nəzərə alan Yelo Bank debet kartları üzrə cashback şərtlərini 01.04.2024-ci* il tarixindən daha sərfəli hala gətirəcək. Belə ki, Yelo Bank geniş partnyor şəbəkəsinə daxil olan məkanların təklif etdiyi yüksəkfaizli cashback-dən əlavə, xüsusi kateqoriya seçimləri də təqdim edir. Yelo Light və Yelo Premium kart sahibləri altı cashback kateqoriyasından üçünü seçməklə həmin ay ərzində heç bir dövriyyə tələbi olmadan daha çox cashback əldə edə bilər:


•    Kafe və restoranlarda – Yelo Light və Yelo Premium 5 %

•    Yanacaqdoldurma məntəqələrində – Yelo Light və Yelo Premium 5 %

•    Geyim mağazalarında – Yelo Light və Yelo Premium 5 %

•    Marketlərdə – Yelo Light və Yelo Premium 5 %

•    Aptek – Yelo Light və Yelo Premium 5 %

•    Elektronika – Yelo Light və Yelo Premium 5 %

Seçilmiş kateqoriyaları hər ayın 1-i Yelo App üzərindən dəyişdirə bilərsən. Yaxud heç bir seçim etmədikdə ötən ay seçdiyin kateqoriyalar üzrə növbəti ay da eyni qaydada cashback qazanmağa davam edəcəksən. Ay ərzində bu kateqoriyalar üzrə qazana biləcəyin maksimal cashback məbləği 60 AZN təşkil edir (Kafe-restoran, geyim mağazaları, market, aptek, elektronika kateqoriyalarında maksimal limit 20 AZN, YDM üzrə maksimum limit 10 AZN-dir). Bütün bunlarla yanaşı, yüzlərlə partnyordan 30%-dək əlavə cashback fürsəti də davam edir.

Məsələn, partnyorumuz olan restorana baş çəkərək həm restoranın təqdim etdiyi partnyor cashback-i, həm də kafe-restoran kateqoriyası üzrə əlavə 5% cashback qazanmaq olar. Qazandığın cashback-ləri istənilən vaxt, istənilən Yelo kartına köçürə və ya Yelo App üzərindən müxtəlif ödənişlərdə istifadə edə bilərsən.

01.04.24-cü il tarixindən ediləcək bir başqa dəyişiklik isə partnyor olmayan məkanlarda - Light kartları üzrə 0.5 %, Premium kartları üzrə 1 % təqdim edilən standart cashback-larin ləğvi ilə bağlıdır. 

Bundan əlavə 08.04.2024-cü il tarixindən həm Yelo Light, həm də Premium kart sahibləri ay ərzində kartdan-karta 3000 AZN-dək pulsuz köçürə və ya Yelo ATM-lərindən komissiyasız nağdlaşdıra bilərlər. Kartlar üzrə yenilənmiş tariflərlə aşağıdan tanış ola bilərsən. 

Yelo kart müştəriləri təkcə xərcləyərək qazanmır. Eyni zamanda kartdakı qalıq məbləğdən də gəlir əldə edirlər. Belə ki, AZN valyutalı Yelo Light kartlarına illik 4% və Yelo Premium kartlarına isə illik 6% gəlir hesablanır. 

Yelo App ilə Yelo kartlarını idarə etmək də çox rahatdır. Tətbiq vasitəsilə köçürmə və ödənişlər edə, qazandığın cashback-ləri və həyata keçirdiyin əməliyyatları izləyə, kart üzrə limitlər təyin edə, habelə yeni debet kart sifarişi edə və digər üstünlüklərdən faydalana bilərsən. Sifariş üçün: https://bit.ly/ylplshs 

* 28-31 mart tarixlərində aparılan əməliyyatlar üzrə hesablaşma Banka 01 apreldən sonra daxil olduğu halda, cashback tarifləri yenilənmiş şərtlərə əsasən hesablanacaq.

Əlavə sualın var? O zaman 981 nömrəsinə zəng et və ya Facebook, Instagram, Whatsapp hesablarımıza yaz, qısa zamanda cavablandıraq! 

Yelo Bank – Parlaq bankçılıq!

Yelobank мобильное приложение