Yelo-dan çoxfunksiyalı mobil əlavə

Xəbərlər siyahısı

Xəbərlər

Ödəmə terminallarının alışına dair açıq tender

“Yelo Bank” ASC üçün yeni ödəmə terminallarının alışına dair açıq tender elan olunur. Tender iştirakçıları aşağıdakı meyarlara sahib olmalıdırlar:


-  Müvafiq sahədə peşəkarlığı, təcrübənin, texniki və maliyyə imkanları, işçi qüvvəsi, idarəetmə səriştəsi və etibarlığı olmalı;
-  Ödəmə qabiliyyəti olmalı;
-  Öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı olmalı, əmlakı üzərinə həbs qoyulmamalı, ödəniş yönəlmiş girovu olmamalı;
-  Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin olmamalı;
-  Müvafiq sahibkarlıq fəaliyyəti növünün həyata keçirilməsi və ya müəyyən hərəkətlərin yerinə yetirilməsi üçün müvafiq lisenziyaya və ya icazəyə malik olmalı;
-  Müflis elan olunmamalı, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmamalıdır.

 

Tender təklifinin təqdim edilməsinin son tarix vaxtı:
-  Tender təklifləri 29 yanvar 2024-cü il, Bakı vaxtı ilə saat 17:00-a qədər Bakı ş. Həsən bəy Zərdabi 81K ünvanına bağlı və küncləri möhürlənmiş zərflər şəklində təqdim edilməlidir. 

-  Zərflərin hər küncü möhürlənməlidir.
-  Göstərilən tarixdən və vaxtdan sonra təqdim olunan zərflər qəbul edilməyəcək.


Məhsul üzrə texniki şərt və tenderdə iştiraka dair tələblər ilə aşağıdakı linklərə keçid edərək tanış ola bilərsiniz:

 

Yelo-dan çoxfunksiyalı mobil əlavə